Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərdəbil xanlığı — XVIII əsrin 40-cı illəri — XIX əsrin əvvəllərində Cənubi Azərbaycan ərazisində (indiki İran) mövcud olmuş xanlıq. Ərazisi Talış, Qaradağ, Təbr

Ərdəbil xanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Ərdəbil xanlığı
Bu məqalə Ərdəbil xanlığı haqqındadır. Digər mənalar üçün Ərdəbil (dəqiqləşdirmə) səhifəsinə baxın.

Ərdəbil xanlığı — XVIII əsrin 40-cı illəri — XIX əsrin əvvəllərində Cənubi Azərbaycan ərazisində (indiki İran) mövcud olmuş xanlıq. Ərazisi Talış, Qaradağ, Təbriz, Marağa və Gilan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri idi.

Xanlıq
Ərdəbil xanlığı
Ərdəbil xanlığı sərhədləri ilə
Ərdəbil xanlığı sərhədləri ilə
1747 — 1808
Paytaxt Ərdəbil
Ən böyük şəhər Ərdəbil, Zəncan, Miyanə
Rəsmi dilləri Azərbaycan dili,
fars dili
Din İslam (Şiəlik)
Əhalisi azərbaycanlılar
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Şahsevən eli
Xan
 • (1736-1757) Bədr xan Şahsevən (ilk)
 • (1797-1808) II Nəzərəli xan Şahsevən (son)

Mündəricat

Tarixi

XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığı olmuşdur. Talış, Qaradağ, Qarabağ, Sərab və Gilan xanlıqları ilə həmsərhəd olan xanlığın mərkəzi Ərdəbil idi. Xanlığın əsasənı Şahsevən tayfasından olan Bədir xan qoymuş və dövləti siyasi cəhətcə möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarından ibarət divanxana idarə edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndlərdə kəndxudalar tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi qoşunu var idi. Bədir xanın oğlu Nəzərəli xan Şahsevənın dövründə (1747–1783) zəndlər və qacarlarla münasibət kəskinləşmişdi. Nəzərəli xan Şahsevən nikah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmişdi. Talış xanlığı ilə də mehriban qonşuluq münasibətində idi.

Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, xüsusilə, Rusiyanın narazılığına səbəb oldu. Ona görə də Fətəli xan Ərdəbili tərk etməli oldu.

Qubalı Fətəli xanın Həsən xan Muğanlı ilə Ərdəbil xanlığına yürüşü. may 1784-cü il

Nəzərəli xanla şərik hakimiyyətə malik olan Nəsir xanın (1763–1808) dövründə, 1797-ci ildən etibarən xanlıq müstəqilliyini itirərək Qacarlardan asılı vəziyyətə düşmüşdü. Xanlığın fəaliyyətinə 1808-ci ildə Qacarlar sülaləsi tərəfindən son qoyulmuşdu.

Hakimləri

Sıra Xan Hakimiyyət illəri Haqqında
1
Bədir xan Şahsevən
1736–1757
Şahsevənlərin ən böyük başçısı kimi
2
Nəzərəli xan Şahsevən
Həsən xan Muğanlı
1757–1792
may 1784-fevral 1785
Bədir xan Şahsevənin oğludur.
Qubalı Fətəli xan vassalları ilə Ərdəbili tutduqdan sonra Həsən xanı Ərdəbilə hakim təyin etmişdi.
3
Nəsir xan Şahsevən
1792–1797
Nəzərəli xan Şahsevənin oğludur.
5
II Nəzərəli xan Şahsevən
1797–1808
Nəsir xan Şahsevənin oğludur.

Həmçinin bax

  • Azərbaycan xanlıqları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərdəbil xanlığı haqqında məlumat. Ərdəbil xanlığı nədir? Ərdəbil xanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dəliməmmədli

  • Fevral 27, 2026

    YouTuber

  • Fevral 27, 2026

    Əfşan Qədimbəyova

  • Fevral 27, 2026

    Arqun (çay)

  • Fevral 27, 2026

    Numerologiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst