Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmişli rayonunun ən böyük kəndidir. Əhalisinin sayı 7256 nəfərdir və 1900 evdən ibarətdir. Xəlfəli kəndindən indiyədək çox sayda vəzifəli şəxslər və dövlət xadi

Xəlfəli (İmişli)

  • Ana Səhifə
  • Vikipediya
  • Xəlfəli (İmişli)

Xəlfəli — Azərbaycan Respublikasının İmişli rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd.

Xəlfəli
İmişli rayon Xəlfəli kəndi
39°47′24″ şm. e. 48°13′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon İmişli rayonu
Tarixi və coğrafiyası
Sahəsi 52 km²
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 7.256 nəfər
Etnoxronim Xəlfəli tayfası
Xəritəni göstər/gizlə
Xəlfəli xəritədə
Xəlfəli
Xəlfəli

Mündəricat

Coğrafiyası

İmişli rayonunun ən böyük kəndidir. Əhalisinin sayı 7256 nəfərdir və 1900 evdən ibarətdir. Xəlfəli kəndindən indiyədək çox sayda vəzifəli şəxslər və dövlət xadimləri çıxmışdır. Kənd əhalisi türk mənşəli Xəlfəli tayfasına mənsubdur. Tayfanın əhalisi Böyük Səlcuq imperiyasının dövründə Xorasandan köçərək Azərbaycan ərazisində, həmçinin indiki İmişli rayonunda məskunlaşmışdır. XIX əsrin ortalarından isə bu ərazilər Xəlfəli adlanmağa başlayıb. Kənd Muğan düzündə yerləşir. Baş-Muğan kanalı da Xəlfəli kəndi ərazisindən keçir. Xəlfəli kəndi şimalda Kürdmahmudlu kəndi ilə, cənubda Hacalmuradlı kəndi ilə, şərqdə Saatlı rayonu ilə, qərbdə Qulubəyli və Nurulu kəndləri ilə həmsərhəddir. Kənd ərazisi böyük olduğundan bir neçə hissədən ibarətdir — 1.əsas (Xəlfəli); 2. Gülmirzə yaşayış məntəqəsi; 3.Körəbazlı yaşayış məntəqəsi; 4.Mərcanlı yaşayış məntəqəsi; 5.Hacman yaşayış məntəqəsi; Həmçinin Hacalmuradlı, Qulubəyli və Kürdmahmudlu kəndləri də Xəlfəli kənd inzibati ərazi vahidinə aiddir. Kənd ərazisində bir neçə göl də var. (Xəlfəli gölü, Gülmirzə gölü və s.) Kənddə təhsil yüksək inkişaf etmişdir. Kənddə 2 mərtəbəli, böyük bir tam orta məktəb, 1 uşaq bağçası, böyük və müasir məscid, kitabxana, klub və digər biznes obyektləri fəaliyyət göstərir. Kənddə əhalinin istirahətini təmin edən 2 kafe və 1 çayxana da fəaliyyət göstərir. Xəlfəli kənd tam orta məktəbi Birinci Qarabağ müharibəsi qurbanı, İmişli rayon Xəlfəli kənd sakini Qabil Mərdəliyevin adını daşıyır. Məktəbdə 700-dən çox şagird təhsil alır. Məktəbdən hər il ali təhsil müəssisələrinə 15–20 şagird qəbul olur. Xəlfəli kənd ərazi vahidindən Birinci Qarabağ müharibəsi zamanı 186, Aprel döyüşləri zamanı 30, İkinci Qarabağ müharibəsi zamanı isə 352 nəfər döyüşlərdə iştirak etmişdir. Birinci Qarabağ müharibəsi zamanı 12, İkinci Qarabağ müharibəsi zamanı isə 3 nəfər şəhid olmuşdur. Həmçinin 2013-cü ildə ön xətdə xidmət edən Xəlfəli kənd sakini də şəhid olmuşdur. 2023-cü il sentyabr ayında həyata keçirilən antiterror əməliyyatı zamanı isə kənddən olan bir nəfər hərbçi (gizir) şəhidlik zirvəsinə yüksəlmişdir. Ümumilikdə Qarabağ uğrunda döyüşlər zamanı Xəlfəli kəndi 17 şəhid vermişdir. Qarabağ döyüşləri zamanı daha 124 nəfər isə qazi olmuşdur. İkinci Dünya müharibəsi zamanı kənddən döyüşlərdə 134 nəfər iştirak etmiş, 74 nəfər həlak olmuş, 41 nəfər isə ağır dərəcəli xəsarətlər almışdır.

Əhalisi

Şəhidləri

  • Mərdəliyev Qabil Əliağa oğlu (1975–1993).
  • Qəhrəmanov Abbas İmamverdi oğlu (1971–1992).
  • İbayev Qəni Novruz oğlu (1973–1993).
  • İbayev Nəbi Novruz oğlu (1973–1993).
  • Tarverdiyev Qoşqar Zülfəli oğlu (1972–1993).
  • Qasımov Gülnəzər Abuzər oğlu (1947–1991).
  • Quliyev Şiraslan Qəzənfər oğlu (1957–1991).
  • Abışov Tacəddin Elşən oğlu (2001–2020).
  • Abışov Qabil Sərxoş oğlu (1973–1991).
  • İmanov Elman Yaqub oğlu (1994–2013).
  • Əhmədzadə Həsən İnşallah oğlu (1936–1991).
  • Əliyev Barat Sumbat oğlu (1970–1994).
  • Əliyev İmamverdi Barat oğlu (1950–1991).
  • Vəliyev Qismət Bəyiş oğlu (1961–1994).
  • Vəliyev Tural İlham oğlu (2001–2020).
  • Gülalıyev Əlnur Seymur oğlu (1997–2020).
  • Babaşov Ucal Nərbala oğlu (1995–2023).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xəlfəli (İmişli) haqqında məlumat. Xəlfəli (İmişli) nədir? Xəlfəli (İmişli) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Tənəffüs sistemi

  • Fevral 26, 2026

    Kapetinqlər sülaləsi

  • Fevral 27, 2026

    Vladimir Bağırov

  • Fevral 27, 2026

    Urfa

  • Fevral 25, 2026

    Qrinviç saatı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst