Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xırmandalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Xırmandalı kənd inzibati ərazi dairəsində kənd.

Xırmandalı (Biləsuvar)

  • Ana Səhifə
  • Vikipediya
  • Xırmandalı (Biləsuvar)

Xırmandalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Xırmandalı kənd inzibati ərazi dairəsində kənd.

Xırmandalı
39°27′04″ şm. e. 48°36′17″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 8.541 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1317
Xırmandalı xəritədə
Xırmandalı
Xırmandalı

Mündəricat

Toponimikası

Bayat tayfasında bir tirənin adı olub.

Yaşayış məntəqəsinin adı türkdilli Xırmandalı tayfasının adı ilə bağlıdır. Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları göstərilir. Bu tayfanın adına İran və İraq toponimiyasında da rast gəlmək mümkündür. Qubalı Fətəli xan dövründə (1758-1789) xırmandalıların bir hissəsi Cənubi Azərbaycanın Ərdəbil əyalətindən köçüb Quba xanlığının Müşkür və Şabran mahallarına gəlmişlər. Füzuli rayonundakı Mandılı oykonimi də Xırmandalı adının təhrif olunmuş formasıdır.

Tarixi

Oruc bəy Bayatın «Relaciones de Don Juan de Persia» kitabında bu tayfanın adı çəkilir və təsvir edilir ki, “Xırmandalı biz markizlərə deyirik.”

Tarixi abidələri

Xırmandalı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
865 Toraqaytəpə kurqanları Dəmir dövrü Xırmandalı kəndinin yanında Arxeoloji Ölkə

Coğrafiyası və iqlimi

Kənd Muğan düzündə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 7348 3540 3808
2009 ↗8541 ↗4189 ↗4352

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə Xırmandalı kənd kitabxana filialı, Xırmandalı kənd Mədəniyyət Evi, Xırmandalı Poçt Şöbəsi (AZ1317) və Xırmandalı EATS fəaliyyət göstərir.

Təhsil

Kənddə Xırmandalı kənd 1 saylı və 2 saylı tam orta məktəbləri, eləcə də Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Xırmandalı kənd körpələr evi-uşaq bağçası və Xırmandalı kənd uşaq bağçası fəaliyyətdədir.

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Biləsuvar rayonunun Xırmandalı kəndində 40 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 854 000 manat vəsait ayrılmışdır.

Din

Kənddə 01 iyul 2011-ci ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100111 A1-542-3 olan Xırmandalı kəndi "Əli Əkbər" məscidi dini icması və 01 iyul 2011-ci ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100111 A1-542-8 olan Xırmandalı kəndi "İmam Zaman" məscidi dini icması fəaliyyət göstərir.

Səhiyyə

Kənddə Xırmandalı kənd sahə xəstəxanası yerləşir.

Həmçinin bax

  • Xırmandalı tayfası
  • Xırmandalı (Masallı)
  • Oruc bəy Bayat

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xırmandalı (Biləsuvar) haqqında məlumat. Xırmandalı (Biləsuvar) nədir? Xırmandalı (Biləsuvar) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Adıqlar

  • Fevral 25, 2026

    Şarl Furye

  • Fevral 27, 2026

    Vokalçı

  • Fevral 27, 2026

    Süni seçmə

  • Fevral 24, 2026

    Novodeviçye qəbiristanlığı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst