Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, şə

Qaradağ xanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Qaradağ xanlığı

Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, şərqdən Talış xanlığı, şimaldan Naxçıvan xanlığı, Qarabağ xanlığı, Cavad xanlığı, cənubdan isə Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi.

Xanlıq
Qaradağ xanlığı
Qaradağ xanlığı sərhədləri ilə
Qaradağ xanlığı sərhədləri ilə
1748 — 1828
Paytaxt Əhər
Rəsmi dilləri Azərbaycan dili (danışıq dili),
fars dili (rəsmi)
Din İslam
Əhalisi azərbaycanlılar
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Qaradağlı eli
Xan
 • (1747-1763) Kazım xan Qaradağlı (ilk)
 • (1813-1828) Məhəmmədqulu xan Qaradağlı (son)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu.

Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu. Bu ittifaq məqsədinə nail ola bilməmişdi. Qaradağ xanı Qarabağ xanlığına, Kərim xan Zəndə (1761), sonra isə Ağa Məhəmməd Qacara (1791) tabe olmuşdu.

Qaradağ xanı Abbasqulu xan XIX yüzilin əvvəllərində Pavel Sisianova məktub yazaraq Rusiyaya sadiq qalacağını bildirmiş, lakin 1804-1813-cü illər rus-İran müharibəsində Rusiyaya qarşı çıxmışdı.

Xanları

  • Kazım xan (Məhəmmədkazım xan) (1747-1763)
  • Mustafaqulu xan (1763-1782, 1786-1791)
  • İsmayıl xan (1782-1783, 1791-1797)
  • Nəcəfqulu xan (1783-1786)
  • Abbasqulu xan (1797-1813)
  • Məhəmmədqulu xan (1813-1828)

Hakimləri

Xanlığın hakim ailəsi Ustaclı türkmanlarının Toxmaqlı oymağına mənsub idi. I Şah Təhmasib tərəfindən Qaradağın irsi hakimləri kimi tanıdıqları Qızılbaş iyerarxiyasında 8-ci yeri tutdular, onların ən qədim tanınmış əcdadı Sivasda anadan olmuş İlyas Xəlifə idi.

1.I İlyas xəlifə1500—?
2.Maqsud sultan Kəngərli1589—?
3.I Şəmsəddin xəlifə?—1603
4.II İlyas xəlifə 1603—1610
5.Bürhanəddin xəlifə1611—?
6.II Şəmsəddin xəlifə
7.Əhməd xəlifə
8.Mahmud sultan
9.Bayandur sultan1701—?
10.Məhəmmədqasım xan?—1721
11.Əbdürrəzzaq xan1721—1729
12.Kazım xan Qaradağlı1730—1763
13.Mustafaqulu xan Qaradağlı1763—1782,1786—1791
14.İsmayıl xan Qaradağlı1782—1783,1791—1797
15.Nəcəfqulu xan Qaradağlı1783—1786
16.Abbasqulu xan Qaradağlı1797—1813
17.Məhəmmədqulu xan Qaradağlı 1813—1828
18.Həsənliağa xan?—1847
19.Həsənəli xan Qaradağlı1848—1929
20.Məhəmmədhüseyn xan Qaradağlı?—1891
21.Sadatqulu xan Qaradağlı
22.Fazil xan Qaradağlı1783—1786

Həmçinin bax

  • Azərbaycan xanlıqları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaradağ xanlığı haqqında məlumat. Qaradağ xanlığı nədir? Qaradağ xanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bilal

  • Fevral 27, 2026

    Steroidlər

  • Fevral 27, 2026

    Sebu

  • Fevral 27, 2026

    .lk

  • Fevral 27, 2026

    Veronikanın Saçları

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst