Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massi

Araz çayı

  • Ana Səhifə
  • Vikipediya
  • Araz çayı

Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycanı bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur.

Araz
türk. Aras, fars. ارس‎, erm. Արաքս
Culfa yaxınlığında Araz çayı
Culfa yaxınlığında Araz çayı
Xəritə
Ölkələr
  •  Türkiyə
  •  Azərbaycan
  •  İran
  • Ermənistan Ermənistan
Mənbəyi Ərzurum ili, Türkiyə
 • Yüksəkliyi 2 990 m
Mənsəbi Kür çayına, Suqovuşan, Azərbaycan
 • Yüksəkliyi -15 m
Uzunluğu 1 072 km
Su sərfi 285 m³/san
Hövzəsinin sahəsi 109886,6 km²
Araz (Qafqaz)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Araz çayı Qafqazın fiziki xəritəsində:

39°20′ şm. e. 41°19′ ş. u.HGYO

40°01′ şm. e. 48°27′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Araz çayı

Mündəricat

Toponimi

Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər. Bu məsələyə geniş yer verməkdən imtina edərək, təkcə onu deməklə kifayətlənirik ki, Altay-dil ailəsinə mənsub tunqus-mancur dillərində mu, mye su deməkdir.

Hidronimi

Araz hidroniminin mənası barədə müxtəlif fikirlər deyilmişdir. Lakin bu fikirlərin heç biri düz deyil. Erməni tarixçiləri Araz adını Urartu dili vasitəsi ilə izah etməyə təşəbbüs etmişlər. Məsələn, erməni tarixçilərinə görə Urartu mənbələrində indiki Ermənistan ərazisində qeyd olunan Eriaxi əyalətinin adından yaranmışdır. Lakin Eriaxi adının sonunu təşkil edən xi hissəsi Urartu dilində əlavə olunmuş şəkilçisidirsə, Eria sözündən Araz (ermənicə tələffüzdə Eracx) adı necə yarana bilər? H.Y.Marr bu hidronimi qədim fars dili əsasında ariləri qoruyan mənasını verdiyini yazmışdır. Y.B.Yusifov bu adın hind- Avropa dillərində art su, çay və türk dillərindəokus çay su sözlərinin, Ə.Ş.Haqverdiyev isə türk dillərində ar çay, su və az, us, üz, çay, su sözlərinin birləşməsindən əmələ gəldiyini yazmışlar. Bu nöqteyi nəzərlərdə inandırıcı deyil. Ona görə ki, çayın adı eynimənalı iki sözün birləşməsindən yarana bilməz. Əslində Araz hidronimi qədim türk dillərində ərəz, uras, oraz, uraz, sakit, dinc, xeyirxah, xeyirli sözündəndir. Bu ad çayın sahillərində yaşamış tayfaların təsərrüfat həyatında müsbət rolu ilə əlaqədar olaraq yaranmışdır. Araz çayından onun hər iki sahilində yaşamış xalqlar suvarma əkinçiliyi məqsədilə tarix boyu arxlar və kanallar çəkmiş və suyunu içmişlər.

Etimologiyası

Həqiqətən də azərbaycanlılar işərisində Kürə nisbətən Araz sakit, aramlı çay sayılır. Kür Dəli Kür, Araz isə Xan Araz kimi mənalandırırlır. X əsr ərəb coğrafiyaşünası İbn Havrəlin Araz barədə yazdıqları yada düşür: Araz çayının suyu şirin, ləzzətli və yüngüldür. Müqayisə üçün deyək ki, qədim Sırdərya çayına qədim türklər Sil deyirdilər, bu da qədim türk dillərində təmiz, yaxşı sözündəndir. Heredotun yazdığlna görə Sırdərya çayı da Araz adlanırdı. Həm Orta Asiyada, Həm cənubi Qafqazda iki çayın Araz adlanması antik mənbələrdə Araz çayları barədə məlumatların məkan koordinatlarının müəyyənləçdirilməsində dolaşıqlar əmələ gətirmişdir. Orta Asiyanın irandilli xalqları Amu-dərya çayına Behrot deyirdilər. Bu ad qədim farsca brh xoşxasiyyətli, xeyirxah və rot (rud) çay söpzlərindən ibarətdir. Şərqi Türkiyədə və Naxçıvan MR ərazisindən axan Arpa şaylarının adları da heç də arpa, taxıl bitkisinin adı ilə yox, Altay dil ailəsinə mənsub bızi dillərdə abra xeyir verən, xilas edən, firavan yaşamağa səbəb olan sözündəndir. Göründüyü kimi, Araz çayı adının təklif etdiyimiz etimologiyası sıra təşkil edir. Qeyd etmək lazımdır ki, Ksenefont (er.əv.V əsr) Mesopotomiyada bir çayın adını Araz kimi qeyd etmişdir.

Ekoloji vəziyyəti

Araz çayında yaranan ekoloji vəziyyət Kür çayında olduğundan da təhlükəlidir. Çayın sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yer tutur. Razdan, Çarensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. 1980-ci illərdə Razdana buraxılan çirkab sularının orta illik miqdarı 210 mln. m3 təşkil etmişdir. Yay aylarında Arazda səviyyə aşağı düşdüyü dövrdə Razdanda çirkab sularının sərfi azalmır. Nəticədə "Araz" su qovşağı su anbarında çox təhlükəli vəziyyət yaranır. İsti hava şəraitində suyun "çiçəklənməsi" baş verir və balıqların kütləvi qırılmasına səbəb olur.

Həmçinin bax

  • Kür
  • Xəzər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Araz çayı haqqında məlumat. Araz çayı nədir? Araz çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Qətər

  • Fevral 24, 2026

    Mədəniyyət

  • Fevral 24, 2026

    Qara Yanvar

  • Fevral 23, 2026

    19 fevral

  • Fevral 24, 2026

    Halikarnas

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst