Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

əl-Müsənnəf (ərəb. المصنف‎) və ya əl-Müsənnəf fil-hədis (ərəb. المصنف في الحديث‎) — ilk təsnif edilən hədis məcmuələrindən biri.

Müsənnəf Əbdürrəzzaq

  • Ana Səhifə
  • Vikipediya
  • Müsənnəf Əbdürrəzzaq

əl-Müsənnəf (ərəb. المصنف‎) və ya əl-Müsənnəf fil-hədis (ərəb. المصنف في الحديث‎) — ilk təsnif edilən hədis məcmuələrindən biri.

Müsənnəf Əbdürrəzzaq
ərəb. المصنف في الحديث‎
Müəllif Əbdürrəzzaq əs-Sənani
Janr hədis elmi
Orijinalın dili ərəb dili

Əsər

Herld Matski əsərin hicri 144–153-cü (761–770) illər arasında yazıldığı iddia etmişdir. Lakin bu iddianı sübata yetirəcək dəqiq məlumat yoxdur. Əhməd ibn Hənbəl ilə Yəhya ibn Məin Əbdürrəzzaq əs-Sənanidən hədis öyrənmək üçün hicri 200-cü (815–816) ildən əvvəl Yəmənə getmişdilər. Bu fakt əsərin bu tarixdən əvvəl yazıldığını güman etməyə əsas verir.

Əsər tədvin dövrünün bəzi xüsusiyyətlərini özündə ehtiva edir. Başda "Kütubi-Sittə" olmaqla, bir çox hədis məcmuəsində bu əsərdən iktisab edilən rəvayətlər vardır. Əsərin hədis kitabları arasındakı mövqeyi haqqındakı İbn Həzm ilə Şah Vəliyyullah əd-Dəhləvinin dəyərləndirmələri olduqca mühümdür. İbn Həzm mərfu, məvkuf və məqtu hədisləri birlikdə ehtiva edən kitabları dəyərləndirərkən "əl-Müsənnəf"i birinci yerdə, "Muvatta"dan əvvəl qeyd etmişdir. Dəhləvi isə "əl-Müsənnəf"i üçüncü təbəqədən olan hədis kitabları arasında qeyd etmişdir. Bu əsər, mühüm və fiqhi məzhəblərin təşəkkül dövründən əvvəlki tədqiqatları özündə ehtiva etdiyi halda elm düny8ası tərəfindən lazimi diqqəti görməmişdir. Bunun da səbəbi müəllifə yönləndirilən əsassız şiəlik ittihamları olmuşdur.

Əsər otuz bir bölmədən (kitabdan) ibarətdir. On beşinci bölmə olan "Kitabu Əhlil-kitab" ilə sonuncu bölmə olan "Kitabu Əhlil-kitabeyn" arasında mühüm oxşarlıqlar mövcuddur. Buna görə, bunların eyni bölmənin fərqli rəvayətləri olduğu irəli sürülmüşdür. Lakin həm məzmun, həm də rəvayət texnikası baxımından fərqli olmaları bu iddiaları əsaslandırmır. Bundan əlavə, on dördüncü bölmə kimi göstərilən "Kitabül-Məğazi", əz-Zöhrinin "Məğazi" əsərinin Məmər ibn Rəşid tərəfindən rəvayət edilən nüsxəsi olduğu təəssüratını yaradır və həm tərtib, həm də rəvayət üslubu baxımından "əl-Müsənnəf"in digər bölmələrinə bənzəmir.

Əsərin birinci nəşrinə görə (Beyrut 1971–1975), "əl-Müsənnəf"də 2133 bab və 19418 hədis (Məmər ibn Rəşidin "əl-Cəmi"si ilə birlikdə 21033) mövcuddur. Əsərdə həmçinin Həmmam ibn Münəbbihin "əs-Səhifə"sindən 32 hədis vardır.

Həbibür-Rəhman əl-Əzəmi əsərin Murad Molla kitabxanasındakı nüsxəsini Millət (Feyzullah Əfəndi), Zahiriyyə və Dəməşq İslam kitabxanalarındakı nüsxələri ilə müqayisə edərək nəşr etmişdir (I–XI, Beyrut, 1971–1975). Bu nəşrin X cildinin 379–468-ci, XI cildinin isə 3–471-ci səhifələri arasında Məmər ibn Rəşidin "əl-Cəmi"isinə yer verilmişdir. Əsər 1983-cü ildə bəzi dəyişikliklərlə ikinci dəfə çap edilmişdir. Məktəbül-İslami tərəfindən "Fəhərisu Müsənnəfi-Əbdirrəzzaq və Kitabil-Cəmi" adlı bir fihrist (Beyrut, h.q. 1407), Ümmü Abdullah bint Məhrus əl-Əsəli tərəfindən isə İbn Əbu Şeybənin "əl-Müsənnəf"i ilə birlikdə başqa bir fihrist (I–II, Riyad, 1987) nəşr olunmuşdur.

Həmçinin bax

  • Sünni kitablarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müsənnəf Əbdürrəzzaq haqqında məlumat. Müsənnəf Əbdürrəzzaq nədir? Müsənnəf Əbdürrəzzaq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çinari

  • Fevral 27, 2026

    Cavad (Sabirabad)

  • Fevral 27, 2026

    Qərb xristianlığı

  • Fevral 27, 2026

    Yan Tinberqen

  • Fevral 23, 2026

    Saxara

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst