Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Bəkr Əbdürrəzzaq ibn Həmmam ibn Nafi əs-Sənani əl-Himyəri (ərəb. عبد الرزّاق الصنعاني‎; 744[…] – 827) — yəmənli mühəddis.

Əbdürrəzzaq əs-Sənani

  • Ana Səhifə
  • Vikipediya
  • Əbdürrəzzaq əs-Sənani

Əbu Bəkr Əbdürrəzzaq ibn Həmmam ibn Nafi əs-Sənani əl-Himyəri (ərəb. عبد الرزّاق الصنعاني‎; 744[…] – 827) — yəmənli mühəddis.

Əbdürrəzzaq əs-Sənani
ərəb. عبد الرزاق الصنعاني‎
Doğum tarixi 744(0744)[…]
Vəfat tarixi 827(0827) (82–83 yaşında)
Elm sahəsi hədis
Tanınmış yetirmələri İshaq ibn Rəhaveyh, Əli ibn Mədini

Bioqrafiyası

Sənada doğulub. İbn Cüreyc ilə görüşüb və ondan hədis alıb. Hicaz, Şam və İraq kimi yerlərə elmi səfərlər edib. Buralarda Məmər ibn Rəşid, Süfyan əs-Səvri, Süfyan ibn Uyeynə, Malik ibn Ənəs və başqa şəxslərdən təhsil alıb. Bunlardan ən çox bəhrələndiyi Məmər ibn Rəşid olmuşdur. Fiqhi biliklərini Əvzai, Süfyan əs-Sövri və Əbu Hənifədən alıb. Yəhya ibn Məin, Əli ibn Mədini, İshaq ibn Rahuyə, Züheyr ibn Hərb, Əhməd ibn Hənbəl və başqa şəxslər ondan hədis rəvayət ediblər. Müəllimləri Süfyan ibn Uyeynə ilə Mötəmir ibn Süleyman ondan hərəsi 1, Buxari 110, Müslüm isə 409 hədis rəvayət etmişdir.

Əsərləri

Onun çoxsaylı əsər müəllifi olduğu deyilsə də, qələmə aldığı əsərlərdən dövrümüzə qədər gəlib çatanları bunlardır:

  • əl-Müsənnəf fil-hədis. 1971–1975-ci illərdə Beyrutda on bir cilt halında nəşr olunmuşdur.
  • ət-Təfsir. Əsərin bir nüxsəsi Misirdəki Darül-kütubil-Misriyyə kitabxanasında, digər bir nüsxəsi isə Türkiyədəki Dil və Tarix-Coğrafiya Fakültəsi kitabxanasında (İsmayıl Saib Səncər, № 4216, 110 vərəq) saxlanılır.
  • Kitabüs-Səlat. Məlum olan yeganə nüsxəsi Zahiriyyə kitabxanasında saxlanılır (Məcmuə, № 94, 11 vərəq).
  • əl-Əmali fi əsaris-səhabə.
  • əs-Səhifə.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbdürrəzzaq əs-Sənani haqqında məlumat. Əbdürrəzzaq əs-Sənani nədir? Əbdürrəzzaq əs-Sənani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nemət Bəsir

  • Fevral 27, 2026

    Pol Makkartni

  • Fevral 27, 2026

    Antarktika

  • Fevral 27, 2026

    Frigiya

  • Fevral 26, 2026

    Fransa frankı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst