Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Juan (port. João I de Portugal; 11 aprel 1357, Lissabon – 14 avqust 1433[…], Lissabon) — X Portuqaliya kralı və Avis sülaləsinin banisi. 1383-1385-ci illər ta

I Juan

  • Ana Səhifə
  • Vikipediya
  • I Juan

I Juan (port. João I de Portugal; 11 aprel 1357, Lissabon – 14 avqust 1433[…], Lissabon) — X Portuqaliya kralı və Avis sülaləsinin banisi. 1383-1385-ci illər taxt böhranı dövründə taxta çıxaraq ölkəni Kastiliya təhlükəsindən qorudu. Onun dövründə Portuqaliya siyasi sabitlik qazandı, İngiltərə ilə ittifaq möhkəmləndi və dəniz kəşflərinə zəmin hazırlandı.

I Juan
port. João I de Portugal
X Portuqaliya kralı
6 aprel 1385 – 14 avqust 1433
ƏvvəlkiI Ferdinand və ya İnfanta Beatrisa
SonrakıI Duarte
Şəxsi məlumatlar
Doğum tarixi 11 aprel 1357(1357-04-11)
Doğum yeri
  • Lissabon, Portuqaliya
Vəfat tarixi 14 avqust 1433(1433-08-14)[…] (76 yaşında)
Vəfat yeri
  • Lissabon, Portuqaliya
Fəaliyyəti siyasətçi
Atası I Pedro
Həyat yoldaşları
  • Lankasterli Filipa (1387)
Uşaqları
  • I Duarte,
  • İnfant Pedru,
  • Dənizçi Enrike,
  • Portuqaliyalı İzabella,
  • İnfant Juan,
  • İnfant Ferdinand,
  • I Alfonso (Braqanza hersoqu)
Ailəsi Avis sülaləsi
Dini xristianlıq

Təltifləri Knight of the Garter — 1408
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Juan 1357-ci ildə Lissabonda dünyaya gəldi. Atası kral I Pedro, anası isə kralın evlənmədiyi məşuqəsi Tereza Laurenko idi. Juan uşaqlıqdan Aviz ordeninin baş ustadı oldu və bu dini-hərbi təşkilatın rəhbəri kimi hərbi və siyasi təcrübə qazandı.

1383-cü ildə kral I Ferdinand geridə oğul varis qoymadan vəfat etdi. Taxtın varisi onun qızı Beatrisa idi, lakin Beatrisa Kastiliya kralı I Xuan ilə evli olduğundan, Portuqaliya xalqı ölkənin Kastiliya ilə birləşdirilməsindən narahat idi.

Bu dövrdə Avisli Juan xalqın və zadəganların dəstəyi ilə Portuqaliya müstəqilliyini müdafiə etmək üçün liderliyə yüksəldi. 6 aprel 1385-ci ildə Koimbradakı Korteslər birliyi tərəfindən qanuni kral elan olundu. Kastiliya ilə toqquşmaların nəticəsində 14 avqust 1385-ci ildə baş verən Aljubarrota döyüşü oldu; burada Juanın ordusu Kastiliya kralını məğlub etdi və onun hakimiyyəti rəsmən möhkəmləndi.

I Juanın kral seçilməsi Portuqaliyanın suverenliyini qorudu və ölkəni Kastiliya işğalından xilas etdi. O, yerli əyanlarla yaxın münasibətlər qurdu və idarəçiliyi sabitləşdirdi. 1386-cı ildə Vindzor müqaviləsi ilə Portuqaliya-İngiltərə ittifaqı quruldu. 1387-ci ildə I Juan, İngiltərə kralı III Eduardın nəvəsi Lankasterli Filippa ilə evləndi. Bu evlilik, siyasi baxımdan əhəmiyyətli idi və uzunmüddətli müttəfiqlik yaratdı. Cütlüyün bu nigahdan 6 övladı dünyaya gəldi.

  • I Duarte, Portuqaliya kralı
  • Pedro, Koimbra hersoqu
  • Enrike, Vizey hersoqu
  • İzabella, Burqundiya hersoginyası
  • Juan, infant
  • Ferdinand, infant

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Juan haqqında məlumat. I Juan nədir? I Juan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vermont Respublikası

  • Fevral 27, 2026

    Spetsnaz

  • Fevral 27, 2026

    Con Berrouz

  • Fevral 28, 2026

    Baldırğan

  • Fevral 26, 2026

    Dərviş

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst