Hədis elmi (ərəb. علوم الحديث) — hədis üsulu və onun alt bölmələrini (rical, cərh və s.) əhatə edən elm sahəsi.
Haqqında
Hədis elmi iki hissədən ibarətdir:
- Rəvayətül-hədis: hadisələrin Məhəmməd peyğəmbərə fasiləsiz (ardıcıl) şəkildə necə isnad edildiyini, ravilərin (rəvayətçilərin) zəbt (yaddaş) və ədalət baxımından vəziyyətlərini, həmçinin isnadın (sənədin) ittisəl (bitişik) və ya inkitə (qırıq) olması baxımından keyfiyyətini araşdırır.
- Dirayətül-hədis: qəbul və ya rədd edilmə nöqteyi-nəzərindən ravi və mərvinin vəziyyəti bildirən qayda və məsələlərin cəmi ifadə edir. Hədis elminin bu hissəsinə "ülumül-hədis", "müstələhul-hədis", "qəvaidül-hədis", "üsulul-hədis" də deyilir.
Hədis elmini "rəvayətül-hədis" və "dirayətül-hədis" olmaqla iki başlıq altında dəyərləndirən ilk alim İbn əl-Əkfani olmuşdur. Ona görə rəvayətül-hədis (hədisin rəvayət edilməsi elmi) Məhəmməd peyğəmbərin söz və əməllərinin qorunması (zəbti), rəvayət olunması və nəql edilməsi ilə məşğul olduğu halda, dirayətül-hədis (hədisin dərk edilməsi elmi) rəvayətin mahiyyəti, şərtləri, növləri və hökmləri, ravinin (rəvayətçinin) vəziyyəti və daşımalı olduğu şərtlər, rəvayət olunan mətnlərin növləri və bu sahəyə aid digər məsələləri araşdırır.
Taşköprüzadə isə rəvayətül-hədisi qiraət elmi ilə birlikdə nəqlə əsaslanan şəri elmlər sırasında qeyd etdiyi halda, dirayətül-hədisi Quranın təfsiri elmi ilə yanaşı, nəqllərin başa düşülməsinə yönəlmiş bir elm kimi göstərmişdir.
Həm Sünni, həm də Şiə ədəbiyyatında hədis elminə verilən təriflərin ortaq cəhəti budur ki, bu elm Məhəmməd peyğəmbərin söz, əməl və davranışlarından, bunlar haqqında nəql edilən rəvayətlər və həmin rəvayətlərin qorunub saxlanmasından (zəbti), nəhayət, səhih olanların qeyri-səhih olanlardan ayırd edilməsindən bəhs edir.
Həmçinin bax
- Muksirun
- Əhli-Hədis
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hədis elmi haqqında məlumat. Hədis elmi nədir? Hədis elmi nə deməkdir?