Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbn Həzm (ərəb. ابن حزم‎) və ya Əbu Məhəmməd Əli ibn Əhməd ibn Səid ibn Həzm əl-Əndəlüsi əl-Qurtubi (7 noyabr 994, Kordova, Əndəlüs – 15 avqust 1064, Uelva[d],

İbn Həzm

  • Ana Səhifə
  • Vikipediya
  • İbn Həzm

İbn Həzm (ərəb. ابن حزم‎) və ya Əbu Məhəmməd Əli ibn Əhməd ibn Səid ibn Həzm əl-Əndəlüsi əl-Qurtubi (7 noyabr 994, Kordova, Əndəlüs – 15 avqust 1064, Uelva[d], Əndəlüs və ya Almeriya, Əndəlüs) — Zahiri məzhəbinin ikinci imamı, üsulçu, fəqih, mühəddis, tarixçi və şair.

İbn Həzm
ərəb. ابن حزم‎
Doğum tarixi 7 noyabr 994(0994-11-07)
Doğum yeri
  • Kordova, Kordova vilayəti[d], Əndəlüs, İspaniya
Vəfat tarixi 15 avqust 1064(1064-08-15) (69 yaşında)
Vəfat yeri
  • Uelva[d], Uelva vilayəti[d], Əndəlüs, İspaniya və ya
  • Almeriya, Almeriya vilayəti, Əndəlüs, İspaniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

İbn Həzmin Kordovadakı abidəsi

Bəzi mənbələrin yazdığına görə fars, bəzi mənbələrə görə isə ispan əsilli olub. Atası Əndəlüs Əməvilərinə vəzirlik edib. Sarayda oxumağı və yazmağı öyrənmiş Quranı əzbərləmişdir. İbn Həzmin ilk müəlimi Əbül-Qasım Əbdürrəhman ibn Əbu Yezid əl-Əzdi olmuşdur. İbn Həzm ondan hədis, kəlam, cədəl (debat) və dil öyrənmişdir. əl-Qəttanidən məntiq öyrənmişdir. Bunlardan başqa İbn Həzm, Əbu Ömər Əhməd ibn Məhəmməd ibn Cəsur, Yəhya ibn Məsud ibn Vəchil-Cənnə, Əbu Bəkr Hümam ibn Əhməd əl-Qadi, Abdullah ibn Rəbi, Məhəmməd ibn Səid ibn Nəbat, Əbdürrəhman ibn Abdullah ibn Xalid, Abdullah ibn Yusif, Qazı Yunus ibn Abdullah ibn Muqis, Əhməd ibn Ömər ibn Ənəs əl-Uzri kimi bir çox alimdən dərslər almışdır. Vəba epidemiyasında əvvəl qardaşını, sonra isə atasını itirmişdir. Bərbərlərin evlərini qarət etməsi nəticəsində Qurtubəni tərk edərək Məriyəyə köçmək məcburiyyətində qalmışdır. Əməvi sülaləsini hakimiyyətə gətirmə iddiası ilə günahlandırılaraq Məriyə əmiri tərəfindən həbs edilmişdir. Bir-neçə ay həbsdə qaldıqdan sonra Hüsnül-Qəsrə sürgün edilmişdir. Burada bir müddət yaşadıqdan sonra Bələnsiyəyə gedərək Əbdürrəhman əl-Mürtəzanı dəstəkləmişdir. Əbdürrəhman əl-Mürtəza tərəfindən vəzir təyin edilən İbn Həzim, Əbdürrəhman əl-Mürtəzanın ölümündən sonra yenidən təzyiqlərə məruz qalaraq həbs edilmişdir. O, Qasım ibn Həmmudun xilafəti dövründə Qurtubəyə qayıtmış və 1021-ci ilə qədər burada qalmışdır. V Əbdürrəhman əl-Müstəzhir ibn Hişamın vəziri olan İbn Həzm, Müstəzhir-Billahın öldürülməsindən sonra taxta çıxan III Məhəmməd əl-Müstəkfi-Billah tərəfindən yenidən həbs olunmuşdu. III Hişam əl-Mutəd-Billahın hakimiyyətə gəlməsinə qədər həbsdə qalan İbn Həzm, Bərbərlərin qiyam qaldırması nəticəsində qaçaraq Şatibəyə gəlmiş və burada "Təvqül-hümamə" adlı əsərini qələmə almışdır. Buradan Malyorkaya gələrək Maliki alimi Əbülvəlid əl-Baci ilə debat etmişdir. Debatı uduzan İbn Həzm İşbilyəyə getmiş və burada onun kitablarını yandıran Mötəzid-Billah Abbad ibn Məhəmməd əleyhinə "Nəqtül-Ərus" adlı əsərini qələmə almışdır. İşbilyədə də rahatlıq tapmayan İbn Həzm əcdadlarının vətəni olan Ləbləyə gəlmiş və burada 1064-cü ilin Şaban ayında vəfat etmişdir.

Əsərləri

İbn Həzmin qələmə aldığı "Təvqül-hümamə" (Leyden Universitetinin Kitabxanası).

Əsərlərindən bəziləri bunlardır:

  • Əl-İhkəm. Üsulu fiqh haqqında qələmə alınmış əsərdir.
  • Əl-Mühəlla. Zahirilik nöqtəyi-nəzərindən qələmə alınmış əsərdir.
  • Əl-Fəsl. Dinlər və məzhəblər haqqında qələmə alınmış əsərdir.
  • Müdəvətün-Nüfus. Əxlaqla bağlı qələmə alınmış əsərdir.

Həmçinin bax

  • Davud əz-Zahiri
  • Zahirilik

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Həzm haqqında məlumat. İbn Həzm nədir? İbn Həzm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xanabad

  • Fevral 27, 2026

    Geosentrik sistem

  • Fevral 25, 2026

    Sarcopterygii

  • Fevral 27, 2026

    Xocasən

  • Fevral 27, 2026

    AMC (telekanal)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst