Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rayon mərkəzindən 12 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Xancuğaz, Qafqazın 5 vers

Xancığaz

  • Ana Səhifə
  • Vikipediya
  • Xancığaz

Gözəldərə, Xancığaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd.

Kənd
Gözəldərə
40°52′37″ şm. e. 44°25′01″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Pəmbək mahalı
Rayon Böyük Qarakilsə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.675 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 380 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Gözəldərə xəritədə
Gözəldərə
Gözəldərə

Mündəricat

Tarixi

Rayon mərkəzindən 12 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Xancuğaz, Qafqazın 5 verstlik xəritəsində Xancuqaz, formasında qeyd edilmişdir.

Erməni mənbələrində kəndin qədim adının Xuncuğaz olduğu göstərilir.

Kənd İbrahim adlı xana məxsus olmuşdur. Ona görə də kənd İbrahimli də adlanırmış.

Toponim «varlı», «sahibkar», «ağa» mənasında, işlənənxan sözünə kiçiltmə mənası bildirən - cığaz şəkilçisinin artırılması yolu ilə əmələ gəlib, kiçik xana məxsus kənd mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Gözəldərə, sonra Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Aznavadzor qoyulmuşdur.

Coğrafiyası və iqlimi

Dağların, meşələrin arasında yerləşir. Qışı çox soyuq, yayı sərin keçir.

Əhalisi

Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 393 nəfər, 1908-ci ildə 523 nəfər, 1914 - cü ildə 650 nəfər, 1916-cı ildə 576 nəfər, 1919 - cu ildə 582 nəfər yalnız azərbaycanlılar yaşamışdır.

1919-cu ilin yazında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra Kəndin sakinləri 1920-ci ilin axırlarında öz ata-baba yurdlarına qayıda bilmişdir.

Burada 1922-ci ildə 712 nəfər, 1926-cı ildə 697 nəfər, 1931-ci ildə 880 nəfər, 1939 - cu ildə 822 nəfər, 1959 - cu ildə 624 nəfər, 1970-ci ildə 1041 nəfər, 1979 - cu ildə 1091 nəfər, 1987-ci ildə 1220 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayının axırında Ermənistan dövləti kəndin sakinlərini qırğınlarla deportasiya etmiş və kəndə erməniləri yerləşdirmişdir. İndi ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri

  • Xıdır Mustafayev (Mustafayev Xıdır Həsən oğlu) - Sovet İttifaqı Qəhrəmanı.
  • Hüseynov Etibar Həbib oğlu - Sərbəst güləş üzrə idman ustası.
  • Xıdır Alovlu
  • Aloyev Vəli - El ağsaqqalı
  • Aloyev Bayram - Qərbi Azərbaycanda Quqark rayon Baş polis müstəndiqi, sonralar polis rəisi.
  • Qasımov Vəli - Ermənistan SSR və SSSRovçular cəmiyyətinin üzvü, sərrast atıcı, mahir ovçu.
  • Qasımov Səməd - APİ - nin Lokoped üzrə dekanı, professor.
  • Məmməd Məmmədov - Böyük Vətən müharibəsinin fəal iştirakçısı, qvardiya mayoru, "Qızıl Ulduz" və "Qırmızı Bayraq" ordenləri ilə təltif olunmuşdur.
  • Məhər Məmmədov - Böyük Vətən müharibəsinin fəal iştirakçısı, bir çox medal və ordenlərlə təltif olunmuşdur. M Hüseyzadə ilə birlikdə vuruşmuş, "İntiqam" romanında adı çəkilir.
  • Cəfərov Xançoban - İtaliya  partizanı
  • Hüseynov Hüseyn Həbib oğlu - Dağıstan muxtar vilayətinin Yazıçılar İttifaqının və Jurnalislər birliyinin üzvü, əməkdar jurnalist.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xancığaz haqqında məlumat. Xancığaz nədir? Xancığaz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Leon dili

  • Fevral 27, 2026

    Şahbulaq qalası

  • Fevral 27, 2026

    Armud

  • Fevral 27, 2026

    Hun dili

  • Fevral 27, 2026

    Müdafiə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst