Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yan Tinberqen (nid. Jan Tinbergen; 12 aprel 1903, Haaqa, Niderland — 9 iyun 1994, Haaqa, Niderland) — Niderland iqtisadçısı. 1969-cu ildə Raqnar Friş ilə birlik

Yan Tinberqen

  • Ana Səhifə
  • Vikipediya
  • Yan Tinberqen

Yan Tinberqen (nid. Jan Tinbergen; 12 aprel 1903, Haaqa, Niderland — 9 iyun 1994, Haaqa, Niderland) — Niderland iqtisadçısı. 1969-cu ildə Raqnar Friş ilə birlikdə ilk dəfə olaraq İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Həmçinin Raqnar Frişlə birlikdə ekonometrikanın qurucularından hesab olunan və zəif inkişaf etmiş ölkələrdə iqtisadi planlama mövzusunda apardığı tədqiqatlarla məşhurlaşmış bir iqtisadçıdır.

Yan Tinberqen
nid. Jan Tinbergen
Doğum tarixi 12 aprel 1903
Doğum yeri Haaqa Niderland Niderland
Vəfat tarixi 9 iyun 1994 (91 yaşında)
Vəfat yeri Haaqa Niderland Niderland
Vətəndaşlığı Niderland Niderland
Elm sahəsi İqtisadiyyat
İş yeri Erasmus Universiteti
Təhsili
  • Leyden Universiteti (1921–1926)
Elmi rəhbəri Pol Ehrenfest
Tanınır İlk makroekonometrik modelləşdirmə
Üzvlüyü
  • Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d],
  • Macarıstan Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • ABŞ Milli Elmlər Akademiyası (1974),
  • Ekonometrik Cəmiyyət (1933),
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (1963),
  • Dei Linçei Akademiyası (1982)
Mükafatları Nobel mükafatı 1969 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

M.Pronk, Yan Tinberqen və De Seynes. Haaqa iqtisadi simpoziumunda. 23 may 1975

Beş uşaqlı bir ailənin ilk övladı idi. Demək olar ki, bütün ailə üzvləri elm sahəsində öz sözünü demiş insanlardı. Atası orta məktəbdə dil bilgisi üzrə müəllimdi. Yan Tinberqenin yazdığı əsərlərin sadə dildə olmasında da atasının xüsusi təsiri vardı. Ailəsindən təsirlənərək onda da siyasi maraq formalaşmışdı. O, ilk əvvəl Sosialist Gənclər Təşkilatına, daha sonra isə Sosial Demokrat Partiyasına qoşuldu. Siyasi düşüncələrinə görə hərbi xidmətdən imtina etdi və bunun əvəzində hökumət işlərində məcburi xidmətə başladı. Məcburi xidmətinin bir hissəsini Dövlət Statistika Bürosunda yerinə yetirdi.

Bir müddət universitetdə köməkçi kimi fəaliyyət göstərdikdən sonra yenidən statistika bürosunda işə başladı. Universitetdə fizika ixtisası üzrə təhsil almışdı. Buna baxmayaraq doktorluq müdafiəsinin adı "Fizika və iqtisadiyyatda minimum problemlər" idi. Bundan sonra fəaliyyət sahəsi getdikcə iqtisadiyyata meylləndi. Universitetdə qazandığı riyazi biliklər və statistika bürosunda qazandığı təcrübə iqtisadiyyat sahəsindəki fəaliyyətində bu iki elmdən də qarşılıqlı şəkildə istifadə etməsinə səbəb oldu. Yan Tinberqen məsələlərə bu şəkildə yanaşmağını iqtisadi konyukturada dalğalanmalar mövzusunda da tətbiq etməyə çalışdı. Həm dalğalanmaları izah edən, həm də konyuktura nəzəriyyələrini emprik olaraq sınaqdan keçirən ekonometrik modellər qurdu. Bu işlərində C.M.Keynsin düşüncələrindən də istifadə etməsinə baxmayaraq, Keyns tərəfindən tənqid olundu. Bu işlər 1960-cı illərə qədər lazımi diqqəti çəkə bilmədi.

Yan Tinberqen daha sonralar rifah iqtisadiyyatı və inkişaf mövzusunda tədqiqatlara başladı. Xüsusilə bu sahədə bir sıra beynəlxalq qurumlarda işlədi.

Türkiyədə Dövlət Planlama Təşkilatının qurulmasında aktiv fəaliyyət göstərdi. İlk planların giriş-çıxış analizlərinə əsasən hazırlanmasında xüsusi rol oynadı.

Düşüncələri gəlirlərin bölüşdürülməsində ədalət prinsipi üzərində qərarlaşdı. Ancaq analizləri gəlirlərin ədalətli bölüşdürülməsindən çox rifahın ədalətliliyinə əsaslanırdı. 1969-cu ildə Raqnar Frişlə birlikdə "dinamik modelləri təkmilləşdirərək iqtisadi analizlərə uyğunlaşdıran" tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü.

Əsərləri

  • Amerika Birləşmiş Ştatlarının biznes tsiklı (1919-1932). 1939
  • Biznes tsiklı nəzəriyyəsinin statistik sınaqları. 1939
  • Beynəlxalq İqtisadi Kooperasiyalar. 1946
  • İqtisadi siyasət nəzəriyyəsi. 1952
  • İqtisadi siyasət: prinsipləri və quruluşu. 1956
  • Biznes tsikllarının dinamikası: iqtisadi dəyişikliklərin öyrənilməsi. 1974. ISBN 0-226-80418-6
  • Gəlirlərin paylanması: analiz və siyasətlər. 1975
  • İqtisadi siyasət: prinsipləri və quruluşu. 1978
  • İqtisadi siyasətdə mərkəzləşmə və mərkəzdənyayınma. 1981. ISBN 0-313-23077-3

Həmçinin bax

  • Ekonometrika
  • İqtisadiyyat üzrə Nobel mükafatı
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yan Tinberqen haqqında məlumat. Yan Tinberqen nədir? Yan Tinberqen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İsim

  • Fevral 23, 2026

    Klod Şennon

  • Fevral 25, 2026

    Sosial dövlət

  • Fevral 27, 2026

    Optika

  • Fevral 27, 2026

    Burqonlu Mariya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst