Ər-Riyad (ərəb. الرياض) — Səudiyyə Ərəbistanın paytaxtı. Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzi.
| Ər-Riyad | |||
|---|---|---|---|
| الرياض | |||
| |||
| |||
| 24°39′00″ şm. e. 46°42′36″ ş. u.HGYO | |||
| Ölkə | |||
| Tarixi və coğrafiyası | |||
| Əsası qoyulub | 1746 | ||
| Sahəsi |
| ||
| Mərkəzin hündürlüyü | 612 ± 1 m | ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəsmi dili | |||
| Rəqəmsal identifikatorlar | |||
| Poçt indeksi | 11564–12665 | ||
| Digər | |||
| riyadh.sa/en/ | |||
![]() Ər-Riyad | |||
Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzidir.
Əhalisi
Şəhər əhalisinin sayı 6,506,700 nəfərdən artıqdır. Əhalinin sıxlığı hər kv km-ə görə 3,600 nəfərdir.
Tarixi
Paytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə İslam dövlətinin inzibati mərkəzi kimi salınmışdır. Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir.
Sənayesi
Şəhərdə neft emalı, sement, yeyinti, toxuculuq, maşınqayırma sənaye müəssisələri, istilik və atom elektrik stansiyaları fəaliyyət göstərir.
Təhsil
Ər-Riyadda bir neçə ali məktəb fəaliyyət göstərir. 1957-ci ildən fəaliyyət göstərən Ər-Riyad universiteti ölkənin ilk ali məktəbidir. Bu universitetdə təhsil ərəb və ingilis dillərindədir. Şəhərdə İslam universiteti də fəaliyyət göstərir. O da qeyd olunmalıdır ki, Səudiyyə Ərəbistanından olan gənclərin bir qismi Qərbi Avropa və Amerika universitetlərində təhsil alırlar.
Həmçinin bax
- Səudiyyə Ərəbistanı
- Səudiyyə Ərəbistanı coğrafiyası
- Səudiyyə Ərəbistanın dövlət quruluşu
- Səudiyyə Ərəbistanında ali təhsil
- Səudiyyə Ərəbistanı şəhərləri
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ər-Riyad haqqında məlumat. Ər-Riyad nədir? Ər-Riyad nə deməkdir?

