Əs-Səhifətus-Səhihə (ərəb. الصَّحِيفَةُ الصَّحِيحَةُ) — ilk yazılı hədis mənbələrindən biri.
| Əs-Səhifətus-Səhihə | |
|---|---|
| ərəb. الصَّحِيفَةُ الصَّحِيحَةُ | |
| Müəllif | Həmmam ibn Münəbbih |
| Janr | hədis |
| Orijinalın dili | ərəb dili |
| Ölkə | Əməvilər |
Əsər
Əsər "Səhifətu-Həmmam ibn Münəbbih" (ərəb. صحيفة همام بن منبه) də adlanır. Əsər dövrümüzə qədər gəlib çatmış ilk yazılı hədis mətnlərindən biridir. Həmmamdan Məmər ibn Rəşid, ondan tələbəsi Əbdürrəzzaq əs-Sənani, ondan da Əhməd ibn Hənbəl, Buxari və Müslim kimi mühəddislər bu məcmuəni rəvayət etmişlər. Bu əsərdə Allahın sifətləri, sünnənin əhəmiyyəti, namaz, oruc, cihad, tövbə, əxlaq, keçmiş ümmətlər, peyğəmbərlər, cənnət və cəhənnəm kimi mövzularda 139 (bəzi mənbələrdə 138 və ya 136) hədis yer alır.
Müəllif
Nəşrlər
Əsər müxtəlif tarixlərdə Heydərabadda, Parisdə, Qahirədə, Beyrutda, Ankarada və İstanbulda dəfələrlə nəşr edilmiş, ingilis, fransız, urdu və türk dillərinə tərcümə edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əs-Səhifətus-Səhihə haqqında məlumat. Əs-Səhifətus-Səhihə nədir? Əs-Səhifətus-Səhihə nə deməkdir?