Muvatta (ərəb. الموطّأ) — Malik ibn Ənəsin səhih hədisləri cəmlədiyi ən məşhur fiqh kitabı. "Muvatta", fiqh və hədis elmi sahəsində ən erkən və ən mühüm əsərlərdən biridir. Bu əsər həm fiqh qaydalarını, həm də peyğəmbər və səhabələrdən gələn rəvayətləri ehtiva edir.
| Muvatta | |
|---|---|
| ərəb. الموطّأ | |
| |
| Müəllif | Malik ibn Ənəs |
| Janr | hədislər toplusu[d] |
| Orijinalın dili | ərəb dili |
| Ölkə | |
Etimologiyası
Ərəb dilində "Muvatta", "asanlaşdırılmış", "aydınlaşdırılmış yol" mənasına gəlir. Malik əsərinə bu adı, insanlara dini məsələləri öyrənmələrində asanlıq olsun deyə vermişdir.
Əsər
Əsər 61 kitabdan ibarətdir. Bu 61 kitabda 1720 rəvayət vardır. Bu rəvayətərin 600-ü müsnəd, 222-si mürsəl, 613-ü məvkuf və 285-i məktudur. Əsərdə Malikin şəxsi fiqhi ictihadları və Mədinə əhli arasında məşhur olan tətbiqlər də var. Əsas mövzular: Namaz, oruc, zəkat, həcc, ticarət, nikah, cəza hüququ və s.
Müəllif
Əsərin müəlllifi Malik ibn Ənəsdir. O, Mədinədə dünyaya gəlmiş və orada vəfat etmişdir. Maliki məzhəbinin qurucusudur.
Əsərin əhəmiyyəti
Mədrəsələrdə əzbərlətilən ilk kitab olan "Muvatta", həm də İslam dünyasında yazılmış ilk fiqh və hədis toplusudur. Malik Mədinə əhlindən çoxlu hədis və tətbiq öyrəndiyi üçün bu əsər Mədinə təliminin güzgüsü kimi qiymətləndirilir. Bir çox alim "Muvatta"nı "səhih kitabların ən üstünü" kimi qəbul edib, xüsusilə də "Səhih Buxari" və "Səhih Müslim" dövründən əvvəl.
Nəşrlər
Şərhlər
Əsərə yazılmış bəzi şərhlər bunlardır:
- əl-Muntəqa fi şərhil-Muvatta.
- əl-Məsalik əla Muvattai-imam Malik.
- Tənvirul-Həvalik şərhu-Muvattai-Malik.
- Şərhul-Muvatta.
- əl-Məsva (əl-Musəvva) şərhul-Muvatta.
- Əvcəzul-Məsalik şərhu-Muvattai-imam Malik.
- əl-İstizkar fi şərhi-Məzahibi-Uləmail-Əmsar mimmə Rasəməhul-imam Malik fil-Muvatta minəs-Rəy vəl-Əsar.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muvatta haqqında məlumat. Muvatta nədir? Muvatta nə deməkdir?
