Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şiələr: İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər • İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər

Müşəbbihilər

  • Ana Səhifə
  • Vikipediya
  • Müşəbbihilər

İslam

İslam tarixi

İmanın şərtləri

Tövhid • Mələklər
Kitablar • Peyğəmbərlər
Məad • Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət • Namaz
Oruc • Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər • Matüridilər • Qədərilər (Mötəzililər) • Cəbrilər • Mürcilər • Cəhmiyyə • Müşəbbihilər • Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər • Malikilər • Şafiilər • Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər • Auzailər • Leysilər • Səvrilər • Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər •
İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər • Xəttabilər) • Vaqifiyyə • Rafizilər (Batinilər) • Qeysanilər • Xürrəmilər • Baziğiyyə • Qurabiyyə
Xaricilər:
Mühakkimə • Əcrədilər (Meymunilər • Səələbilər) • Əzraqilər • Bəyhəsilər • İbadilər • Nəcdatilər • Süfrilər

Həmçinin bax

Sufilər • Yəsəvilik • Nəqşibəndilik • Sührəvərdilik • Xəlvətilik • Səfəvilik • Bayramilik • Bəktaşilik • Cəlvətilik • Cərrahilik • Çiştiyyə • Ehqaqiyə • Gülşənilik • Hürufilik • Kübravilik • Məlamətilik • Mövləvilik • Nemətullahiyyə • Nöqtəvilik • Qələndərilik • Qadiriyyə • Rahmaniyyə • Rifailik • Rövşənilər • Sənusilər • Şaziliyyə • Zahidiyyə • Nüseyrilər • Druzlar • İslam fəlsəfəsi

Müşəbbihilər — Tanrını insan keyfiyyətləri ilə təsəvvür edənlər Orta əsr müsəlman məzhəbi. Onlar mücəssimilər kimi də tanınırlar. Dinşünaslıq terminologiyasında isə bu cür inanış şəklinə "antropomorfizm" deyilir. Müşəbbihilər müsəlmanların ənənəvi dünyagörüşündən fərqli olaraq, Allahı onun yaratdıqlarına aid sifətlərlə təsəvvür edirdilər.

Mündəricat

Etimologiya

Müşəbbih sözü təşbih (تشبيه) sözüylə eyni kökə sahibdir və mənası bənzəmə, bənzətmə və ya analogiya deməkdir.

Yaranması

İslam dünyasında bu fikrin banisi Cəhm ibn Səfvan (vəfatı: 746-cı il) sayılır. O, İlahi sifətləri inkar edib, Allahı insana bənzətmişdir. Əbdülqahir Bağdadi (vəfatı: 1037-ci il), "Təriqətlər arasında fərqlər" əsərində müxtəlif müsəlman təriqətləri haqqında məlumat verərkən, müşəbbihiləri iki qrupa bölmüşdür:

  1. Allahın mahiyyətini yaradılmışların mahiyyətinə bənzədənlər;
  2. Yalnız İlahi sifətləri yaradılmışların sifətlərinə bənzədənlər.

Qolları

Orta əsrlərdə bir neçə müşəbbihi təriqəti mövcud olmuşdur. Bunlardan ən tanınmışı Haşim ibn Həkəmin başçılıq etdiyi haşimilər idi. Tanınmış təriqətşünas Şəhristani onun mötəzili alimi Əbülhüzeyl arasındakı teoloji diskussiyasını qələmə almışdır. Bu diskussiyada Haşim ibn Həkəm Allahın insanabənzər olduğunu, konkret bir obrazda mövcudluğunu iddia etmişdir. O, hətta Tanrının insan əzalarına bənzəyən üzvlərinin uzunluğu haqqında da fikirlər söyləmişdir.

Dini görüşləri

Müsəlman qaynaqlarına görə, müşəbbihilər daha çox ilahi təcəssümə inanan qulatların (ifrat təriqətlərin) nümayəndələri olmuşlar. Onlardan biri kimi, xəlifə Əli ibn Əbu Talibin (ə) şəxsiyyətini ilahiləşdirən, onun simasında Tanrının təcəssüm etdiyini iddia edən Abdulla ibn Səbanın adı çəkilir. Haşim ibn Həkəm də qulatdan olmuşdur. Bəzi Bəsrə mötəzililəri də müəyyən qədər öz baxışlarında müşəbbihiliyə meyilli idilər. Məsələn, onlardan bəziləri Allahın iradəsini insan iradəsi kimi dəyərləndirirdilər. Yaxud onlar Allahın danışmaq bacarığını insanın analoji bacarığından fərqləndirmirdilər.

Lakin müşəbbihilik vahid dünyagörüş sistemi olmamışdır. Bu kimi teoloji-fəlsəfi baxışlar müxtəlif, hətta bir-birinə zidd məktəblərin nümayəndələrində də ola bilərdi. Orta əsrlərdə Müsəlman cərəyanlarının nümayəndələri arasında aparılan çəkişmələrdən göründüyü kimi, tərəflər çox zaman bir-birini müşəbbilikdə ittiham etmişlər. Məsələn, mütəzililər ənənəvi İslamda Allahın sifətlərinin olmasını, Cənnətdə Allahın görünməsini, Onun taxtda (Ərşdə) oturması kimi inancları müşəbbihiliyin əlamətləri kimi qiymətləndirmişlər. Formal məntiqə dayanan mötəzililər hesab edirdilər ki, belə olsa, onda Allah müəyyən məkanda və zamanda mövcud olmalıdır. Mötəzili Zahid Kövsəri bu problemlər üzrə aparılan diskussiyalar zamanı ənənə tərəfdarı İbn Qüteybəni müşəbbihilikdə ittiham etmişdir.

Tənqidi

Fəxrəddin Razi kimi bəzi tanınmış alimlər də, Quranda Allahın "üzü" və "əlləri" anlayışlarının mahiyyətini izah etməyə çalışanları müşəbbihi adlandırmışlar. Ənənəvi İslam tərəfdarları bütün bu ittihamları təkzib etmiş, həmin məsələlərdə yalnız formal məntiqə istinad edilməsini düzgün saymamışlar. Onlara görə, Allahın sifətləri və yuxarıda qeyd edilmiş başqa məsələlər düşüncədən kənar (irrasional) sahəyə aid problemlərdəndir. Quranda isə məsələ ilə bağlı buyurulur: "…Ona (Allaha) bənzər heç bir şey yoxdur…".

Digər tərəfdən Quran və hədislərdə Allahın sifətlərə malik olduğu haqqında deyilsə də, bunlar insan düşüncəsinə sığmayan məsələlərdir. İslam ənənəçilərinin fikrincə, onlara insan kateqoriyaları ilə baxılması müşəbbihiliyin əlamətidir. Allahın diri, qüdrətli, bilikli və s. olması kimi İlahi sifətlər haqqında danışılanda, bunları heç də insandakı kimi təsəvvür etmək olmaz. Bu sözlər İlahi kitabda yalnız insanın düşüncəsi səviyyəsində təqdim olunmuşdur. Bunların həqiqi mahiyyəti isə dərk edilməzdir. Başqa sözlə, İslam ənənəçilərinə görə, Allahın diriliyi, biliyi, yaxud qüdrəti insanın analoji keyfiyyətləri ilə eyni deyildir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müşəbbihilər haqqında məlumat. Müşəbbihilər nədir? Müşəbbihilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kilim

  • Fevral 27, 2026

    Qafqaz səfəri

  • Fevral 23, 2026

    30 yanvar

  • Fevral 27, 2026

    Laktaza

  • Fevral 25, 2026

    Rod-Aylend

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst