Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbadilik (ərəb. الإباضية‎) — orta əsrlərdə yaranmış müsəlman hüquq məzhəbi. Təsisçisi Cabir ibn Zeyd Əzdidir. İbadi məzhəbinin ardıcılları hal-hazırda Omanda, Ş

İbadilik

  • Ana Səhifə
  • Vikipediya
  • İbadilik

İbadilik (ərəb. الإباضية‎) — orta əsrlərdə yaranmış müsəlman hüquq məzhəbi. Təsisçisi Cabir ibn Zeyd Əzdidir. İbadi məzhəbinin ardıcılları hal-hazırda Omanda, Şərqi Afrikada, Əlcəzairdə, Liviyada, Tunisdə,Yəməndə yaşayırlar. Cəfəri məzhəbi ilə ortaq görüşləri vardır.

Mündəricat

Tarixi

Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İslam dünyasında məşhur tabiinlərdəndir və İbn Abbasın şagirdlərindən sayılır. Hədis, fiqh və təfsir sahələrində dərin biliklərə yiyələnmişdir. İbadi məzhəbini Abdullah ibn İbad Təmimin adı ilə bağlayanlar da vardır. Abdullah ibn İbadın məzhəblə bağlı kəlam və siyasi məsələlərdə özünəməxsus mövqeyi olduğundan sözügedən məzhəb onun adı ilə tanınmışdır. İbadiyyənin başlanğıcı hicri 65-ci miladi 684-cü ilə aid edirlər. Abdullah ibn İbadın qatı xaricilərdən məhz bu ildə ayrıldığı qeyd edilir.

Ümumilikdə nə şiəlik nə də sünnilik məzhəbi ilə qatı şəkildə bağlı deyil və xaricilərin yumşaq qolu hesab olunur.

Görüşləri

İbadi məzhəbinin əsas mənbələri Quran, Sünnə, icma və qiyasdır. Onlar xaricilərdən uzaq olduqlarını etiraf edirlər və özlərini mötədil qrupdan hesab edirlər. Onların bəzi əqidəyə adi məsələlərdəki görüşləri şiələrin görüşləri ilə üst-üstə düşür. Bunlar aşağıdakılardır: Vilayət məsələsini qəbul edir, Əhli-Beyt düşmənlərindən uzaq olduqlarını söyləyirlər; danışıqlarda təqiyyədən istifadəyə icazə verirlər; onlara görə Allahın sifətləri zatın özüdür, ondan ayrı deyildir; qiyamət günü Allahı görməyin mümkünlüyünü inkar edirlər.

Bəzi fiqhi məsələlərdə də onların görüşləri cəfəri məzhəbi ilə üst-üstə düşür: Xüffeynin üzərinə məsh çəkməyə icazə vermirlər; namazda durarkən əlləri bir-birinin üstünə qoymurlar və aşağı salırlar; əgər cünub olan şəxs qəsdən sübh azanına qədər qusul etməzsə, yaxud vəzifəsi təyəmmüm olduğu halda qəsdən təyəmmüm etməzsə orucu batildir; Kitab-Əhlinin yəni yəhudilərin və xaçpərəstlərin kəsdiyi heyvan ətini yeməyi özlərinə haram bilirlər; hamilə qadın öz iddəsini-təlaq verildiyi gündən hamiləliyini başa vurana qədər-gözləməlidir.

Ardıcılları

Xəritədə yaşıl rəng sünni məzhəbi, qırmızı rəng şiə məzhəbi, bənövşəyi rəng isə ibadilik məzhəbinin qoludur.

İbadi məzhəbinin ardıcılları hal-hazırda Omanda, Şərqi Afrikada, Əlcəzairdə, Liviyada, Tunisdə yaşayırlar. İbadi məzhəbinin müftisi Şeyx Məhəmməd Xəlilidən ibadi fiqhi ilə cəfəri fiqhi arasındakı oxşarlıq haqqında soruşduqda o belə demişdir: "Bizim fiqhdə belə bir qayda var. Əgər məsələ ilə bağlı həm Həzrət Əlidən, həm də digər səhabələrdən fərqli görüşləri nəql olunubsa, biz Həzrəti Əlinin görüşünə üstünlük veririk".

Həmçinin bax

  • Zahirilik
  • Məzhəblər
  • Hənbəli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbadilik haqqında məlumat. İbadilik nədir? İbadilik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lourensium

  • Fevral 27, 2026

    LCCN

  • Fevral 27, 2026

    İohann Edel

  • Fevral 27, 2026

    Acacia alata

  • Fevral 27, 2026

    Üçoğlan-Alıbəyli bələdiyyəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst