Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kilim texnikasının əsasına da arğac ipinin ərişdən keçirilməsi təşkil edir. Lakin cecim, palaz və şəddədən fərqli olaraq arğac toxunulan məhsulun bütün eni və y

Kilim

  • Ana Səhifə
  • Vikipediya
  • Kilim

Kilim — xovsuz xalça növləridən biri. Hər iki üzündən istifadə olunur.

Xalça
kilim
Xalça haqqında məlumatlar
Tam adı Yun kilim
Növü Xovsuz xalçalar
Ölkə Azərbaycan
Bölgə Şirvan
Toxunması haqqında məlumatlar
Başlanma XIX əsr
Üslubu Naxışlı toxunma yun xalça
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ümumi məlumat

Balıkəsir kilimindən bir örnək

Kilim texnikasının əsasına da arğac ipinin ərişdən keçirilməsi təşkil edir. Lakin cecim, palaz və şəddədən fərqli olaraq arğac toxunulan məhsulun bütün eni və ya uzunu boyu aparılmır. Kilimdə müxtəlif rəngli arğaclar bir cərgədə düzülə bilər. Beləliklə hər cərgədə müxtəlif rəngli iplərin sayını artırıb azaltmaqla toxucu şaquli istiqamətdə yönəlmiş həndəsi ornament zənginliyinə nail ola bilər. Zonasından və ənənəsindən asılı olaraq belə ornamentlər gah iri, gah da xırda formalı olurlar. Bəzən toxucu bir məmulatın toxunuşunda həm palaz, həm də kilim texnikasından istifadə edir. Bu da öz növbəsində toxunulan məhsulun bədii keyfiyyətlərini artırırdı.

Kilim texnikasında toxunan məmulat içərisində qədirqə xüsusilə qeyd olunmalıdır. Toxunuşuna görə kilimin bir növü olan qədirqənin iri şaquli formalı zolaqları vardır. Bu zolaqlar ardıcıl olaraq isti və soyuq çalarlardan təşkil olunur. Müxtəlif rəngli zolaqların kənarı boyunca onların konturunu təkrarlayan saya ip buraxılırdı.

Bədii analiz

Xovsuz xalçaların ən geniş yayılmış növu kilimdir. Kilimlər iplərlə naxışlama yolu ilə daha mürəkkəb hörmə tikməklə toxunur. Kilim həndəsi naxışların əhatə etdiyi çatvari işıq zolağı ilə səciyyələnir. Bu çatvari işıq zolağı şəbəkə effekti verir. Kilimin texnologiyasına əsasən naxışlar romb, üçbucaq və trapesiya formasında olur. Bitki mənşəyinə malik bütün elementlərin, heyvan, quş və insanların rəsmlərin həndəsi təsviri verilir. Kilimin müxtəlif zonalarındakı tikişlər kompozisiyası, naxışları və rənginə görə bir-birindən fərqlənir.

Texniki xüsusiyyətlər

Texniki xüsusiyyətlərinə görə kilimləri istehsal mərkəzlərinə əsasən 5 əsas qrupa bölmək olar: Qazax kilimləri, Qarabağ kilimləri, Abşeron kilimləri, Şirvan kilimləri və Təbriz kilimləri. Bu kilimlərin səciyyəvi xüsusiyyəti kompozisiyanın tarazlığı, rənglərin ziddiyyəti və dəqiq simmetriya, iri və xırda romb və qarmaqvari elementlər qismində, daha qabarıq və ifadəli ənənəvi naxışdan ibarətdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kilim haqqında məlumat. Kilim nədir? Kilim nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Malvales

  • Fevral 23, 2026

    Proqramlaşdırma dili

  • Fevral 27, 2026

    Qoturçay

  • Fevral 27, 2026

    Laristan şəhristanı

  • Fevral 27, 2026

    Salih Omurtak

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst