Kəlmeyi-şəhadət (ərəb. الشهادة — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur.

Kəlmeyi-şəhadətin mətni
Ərəbcə:
أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ
أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ
Ərəbcə tələffüzü:
Əşhədu ən la ilahə illəllah,
Əşhədu ənnə Muhəmmədən rəsulullah.
Şiəlikdə aşağıdakı sözlər əlavə edilir:
أَشْهَدُ أَنَّ عَلِيًّا وَلِيُّ اللهِ
Əşhədu ənnə əmirəl-mü'mininə Əliyyən vəliyyullah.
Azərbaycanca:
Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur,
Şəhadət verirəm ki, Məhəmməd Allahın elçisidir.
Şəhadət verirəm ki, möminlərin əmiri Əli Allahın dostudur (vəlisidir).
Həmçinin bax
- La ilahə illəllah
- Şəhid
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kəlmeyi-şəhadət haqqında məlumat. Kəlmeyi-şəhadət nədir? Kəlmeyi-şəhadət nə deməkdir?