Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şiələr: İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər • İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər

Bayramilik

  • Ana Səhifə
  • Vikipediya
  • Bayramilik

İslam

İslam tarixi

İmanın şərtləri

Tövhid • Mələklər
Kitablar • Peyğəmbərlər
Məad • Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət • Namaz
Oruc • Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər • Matüridilər • Qədərilər (Mötəzililər) • Cəbrilər • Mürcilər • Cəhmiyyə • Müşəbbihilər • Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər • Malikilər • Şafiilər • Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər • Auzailər • Leysilər • Səvrilər • Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər •
İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər • Xəttabilər) • Vaqifiyyə • Rafizilər (Batinilər) • Qeysanilər • Xürrəmilər • Baziğiyyə • Qurabiyyə
Xaricilər:
Mühakkimə • Əcrədilər (Meymunilər • Səələbilər) • Əzraqilər • Bəyhəsilər • İbadilər • Nəcdatilər • Süfrilər

Həmçinin bax

Sufilər • Yəsəvilik • Nəqşibəndilik • Sührəvərdilik • Xəlvətilik • Səfəvilik • Bayramilik • Bəktaşilik • Cəlvətilik • Cərrahilik • Çiştiyyə • Ehqaqiyə • Gülşənilik • Hürufilik • Kübravilik • Məlamətilik • Mövləvilik • Nemətullahiyyə • Nöqtəvilik • Qələndərilik • Qadiriyyə • Rahmaniyyə • Rifailik • Rövşənilər • Sənusilər • Şaziliyyə • Zahidiyyə • Nüseyrilər • Druzlar • İslam fəlsəfəsi

Bayramilik və ya Bayramiyyə (ərəb. الطريقة البيرامية‎) — Sufi İslam təriqətidir.

Mündəricat

Yaranması

Təriqətin banisi Hacı Bayram Vəli (vəfatı: 1429-cu il) Ankara şəhərinin yaxınlığındakı Zülfədl kəndində dünyaya gəlmişdir. Dini elmlərlə yiyələndikdən sonra mədrəsədə müəllimlik etmişdir. Lakin sonralar tədrisdən ayrılaraq məşhur sufi Əbu Hamidəd-Din Ağsarayinin (vəfatı: 1412-ci il) başçılığı altında təsəvvüf yoluna qədəm qoymuşdur. Onun ölümündən sonra Hacı Bayram Ankarada təkyə (dərgah) yaradaraq dövrünün ən hörmətli və nüfuzlu sufi şeyxlərindən birinə çevrilmişdir. Sultan II Muradın dəvəti ilə o, Ədirnəyə (Adrianopola) gələrək, burada məşhur dövlət və elm xadimləri ilə tanış olmuş, nüfuzu daha da artmışdır.

Hacı Bayram Vəlinin davamçısı (xəlifəsi) Ağ Şəmsəd-Din İstanbulu fəth etmiş böyük sultan II Mehmət Fatihin müəllimi olmuşdur. Bundan başqa Yazıcıoğlu Mehmet, Əhməd Bican, Ağbıyıq Sultan, Dədə Ömər Sikkini kimi tanınmış sufilər də onun xəlifələrindəndirlər. Tədqiqatçılar hesab edirlər ki, öz mənəvi varisliklərini göstərən silsilələrə və metodologiyalarına görə Bayrami təriqətinin üsulları Nəqşibəndiliyin və Xəlvətiliyin üsullarını təkrarlayır və özündə birləşdirir.

Görüşləri

Bayramilərin dünyagörüşü bir çox hallarda İbn Ərəbinin dünyagörüşünə yaxındır. Öz mərasimlərində onlar çox vaxt ucadan deyilən cəhri, bəzən isə pıçıltı ilə deyilən xəfi zikrlərdən istifadə edirlər. Bayramilərin əsas doktrinaları "cəzbə, sevgi və ilahi sirr"dir. Bu təriqətin yazılı ədəbiyyatını əsasən Ağ Şəmsəddin qələmə almışdır. Hacı Bayram Vəlidən isə heç bir əsər qalmamışdır.

Bu təriqət Anadoluda və Balkan yarımadasında yayılmışdır. Mənsubları çox da hündür olmayan ağ mahuddan tikilmiş altıguşəli papaq geyinirmişlər.

Qolları

Bayramilər təriqətinin üç əsas qolu vardır:

  1. Ağ Şəmsəd-Dinə aid edilən Şəmsiyyə (Dövrümüzdə məhz bu qol klassik bayramilik hesab edilir);
  2. Dədə Ömər Sikkiniyə aid edilən Məlamiyə;
  3. Ağbıyığa aid edilən Cəlvətiyyə.

Cəlvətiyyə daha sonralar müstəqil sufi təriqətinə çevrilmişdir. Osmanlı imperiyasında bu təriqətin inkişafı zəmanəsinin ən savadlı və mömin insanlarından olmuş Əziz Mahmud Hüdainin (vəfatı: 1628-ci il) adı ilə bağlıdır. O, otuzdan artıq əsərin müəllifi olmuş və minlərlə tələbə yetişdirmişdir. Cəlvətiyyənin daha sonrakı inkişafında İsmail Həqqi Bursalı (vəfatı: 1724-cü il) da çox işlər görmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bayramilik haqqında məlumat. Bayramilik nədir? Bayramilik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Omonim

  • Fevral 27, 2026

    Pilot kabinəsi

  • Fevral 27, 2026

    Sertifikat

  • Fevral 18, 2026

    Magellan boğazı

  • Fevral 25, 2026

    Malay dili

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst