Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şiələr: İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər • İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər

Sənusilər

  • Ana Səhifə
  • Vikipediya
  • Sənusilər

İslam

İslam tarixi

İmanın şərtləri

Tövhid • Mələklər
Kitablar • Peyğəmbərlər
Məad • Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət • Namaz
Oruc • Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər • Matüridilər • Qədərilər (Mötəzililər) • Cəbrilər • Mürcilər • Cəhmiyyə • Müşəbbihilər • Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər • Malikilər • Şafiilər • Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər • Auzailər • Leysilər • Səvrilər • Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər •
İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər • Xəttabilər) • Vaqifiyyə • Rafizilər (Batinilər) • Qeysanilər • Xürrəmilər • Baziğiyyə • Qurabiyyə
Xaricilər:
Mühakkimə • Əcrədilər (Meymunilər • Səələbilər) • Əzraqilər • Bəyhəsilər • İbadilər • Nəcdatilər • Süfrilər

Həmçinin bax

Sufilər • Yəsəvilik • Nəqşibəndilik • Sührəvərdilik • Xəlvətilik • Səfəvilik • Bayramilik • Bəktaşilik • Cəlvətilik • Cərrahilik • Çiştiyyə • Ehqaqiyə • Gülşənilik • Hürufilik • Kübravilik • Məlamətilik • Mövləvilik • Nemətullahiyyə • Nöqtəvilik • Qələndərilik • Qadiriyyə • Rahmaniyyə • Rifailik • Rövşənilər • Sənusilər • Şaziliyyə • Zahidiyyə • Nüseyrilər • Druzlar • İslam fəlsəfəsi

Sənusilər (ərəb. سنوسية‎) — Şimali Afrikada Məhəmməd ibn Əli əs-Sənusi tərəfindən əsası qoyulmuş islahatçı sufi qardaşlığının ardıcıllarıdırlar.

Mündəricat

Haqqında

Yaranması

Məhəmməd ibn Əli əs-Sənusi Əlcəzairdə anadan olmuş, uzun müddət müxtəlif dini elmləri öyrənmiş və özünü maliki hüquq məktəbinin mənsubu hesab etmişdir.

Ruhani kamilləşmə yolunu o, Hidrilər adlı sufi qardaşlığının rəhbəri Əhməd ibn İdrisin yanında keçmişdir. Bundan başqa ona Ticani sufi təriqətinin yaradıcısı Əhməd ət-Ticaninin ideyaları da böyük təsir etmişdir. Sonralar Sənusi başqa təriqətlərin — Şazililərin, Qadirilərin mənəvi təlimləri ilə səsləşmiş və öz sufi qardaşlığının əsasını qoymuşdur. Məhəmməd ibn Əli öləndən sonra onun oğulları Mehdi və Məhəmməd Şərif qardaşlığa başçılıq etmişlər.

İnkişafı

Sənusilər ilkin İslamın saflığına qayıdışı təbliğ etmiş, dinə sonradan gətirilmiş yenilik və əlavələrdən uzaq durub, müsəlmanlar arasındakı ziddiyyətləri aradan qaldırmaq istəmişlər. Bu qardaşlıqda xəfi (sakit) zikrlər oxunmuş, ekstaz və trans halına girmək, ibadət zamanı rəqs etmək qadağan olunmuşdur. Onlar müqəddəslərin ziyarət edilməsinə qarşı çıxmamış, Məhəmməd peyğəmbərə xüsusi dualar oxumuşlar. Sənusilər dövlət idarəçiliyinin ciddi teokratik prinsiplər əsasında həyata keçirilməsinin tərəfdarı idilər.

Yayılması

Onların ideyaları Liviya, Əlcəzairlə yanaşı, Şimali Afrikanın başqa regionlarında, eləcə də Hicaz və Sudanda yayılmışdır. Sənusilərin mənsubları bu bölgələrin siyasi həyatında baş vermiş hadisələrin gedişatında aktiv rol oynamışlar. Məsələn, XIX-XX əsrlərdə onlar Şimali Afrika xalqlarının Avropa dövlətlərinin, xüsusən də İtaliyanın müstəmləkəçi hakimiyyətinə qarşı apardıqları müqavimət hərəkatında fəal iştirak etmişlər.

İşğalçılarla mübarizə

Sənusilər uzun müddət Şimali Afrikanı, xüsusi ilə də Liviyanı işğal etməyə çalışan fransız və italyanlara qarşı mübarizə aparmışlar.

Tanınmış simaları

  • Məhəmməd ibn Əli əs-Sənusi — təriqətin banisi.
  • Məhəmməd Mehdi əs-Sənusi — təriqətin şeyxi, Məhəmməd ibn Əli əs-Sənusinin oğlu.
  • Əhməd Şərif əs-Sənusi — təriqətin şeyxi, Liviya azadlıq hərəkatının liderlərindən biri.
  • Ömər Muxtar — Liviya azadlıq hərəkatının liderlərindən biri.
  • I İdris — təriqətin şeyxi, müstəqil Liviya dövlətinin ilk rəhbəri.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sənusilər haqqında məlumat. Sənusilər nədir? Sənusilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Anuştəkinlilər sülaləsi

  • Fevral 22, 2026

    Avstraliya

  • Fevral 27, 2026

    Pforshaym

  • Fevral 27, 2026

    Bell

  • Fevral 27, 2026

    Karvan FK

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst