Səvri məzhəbi (ərəb. المذهب الثوري) və ya Səvrilik — İslamın sünni qolunda ilkin hüquq məktəblərindən (məzhəblərindən) biri.
Haqqında
Məzhəbin banisi-eponimi Kufədən (müasir İraq) olan məşhur müsəlman hüquq alimi (fəqih) və mühəddis Süfyan əs-Səvridir (716–778). İslam fiqh məktəbləri arasında qısa ömürlü olanlarındandır. Müsəlman İspaniyasına qədər yayılmış və oradan Maliki məzhəbi tərəfindən sıxışdırılmışdır. Səvrinin hüquq məktəbi XI əsrin əvvəllərində tamamilə yox olmuş və onun ardıcılları dörd sünni məzhəbinə (Maliki, Hənəfi, Hənbəli və Şafii) qoşulmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səvrilik haqqında məlumat. Səvrilik nədir? Səvrilik nə deməkdir?
