Leysi məzhəbi (ərəb. المذهب الليثي) və ya Leysilik — islamın sünni qolunda ilkin hüquq məktəblərindən (məzhəblərindən) biri. Məzhəbin banisi-eponimi Misir müsəlman hüquqşünaslarının və dövrünün hədisşünaslarının başçısı fars mənşəli Əl-Leys ibn Saaddır (713–791). Əl-Leys ibn Saadın məzhəbi Misirdə geniş yayılır, lakin sonra digər məktəblərin təsiri altında tamamilə yox olur. Bu gün Misirdə əsas məktəblər Maliki, Hənəfi və Şafii məzhəbləridir. Bundan əlavə, əl-Leys ibn Saadın tələbələri arasında dərs zamanı onun sözlərini yazmaq təcrübəsinin olmaması səbəbindən onun bir əsəri də bu günə qədər gəlib çatmamışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Leysilik haqqında məlumat. Leysilik nədir? Leysilik nə deməkdir?
