Qızılbaş (türkcə kızılbaş; fars. قزلباش Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (Azərbaycan türkü) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar.

Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar.
Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi
Tarixi

Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi.
Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı, Xırmandalı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.
Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən bəziləri:
- Şamlı eli
- Ustaclı eli
- Türkman eli
- Təkəli eli
- Əvşar eli
- Qacar eli
- Zülqədər eli
- Qaramanlı eli
- Qaradağlı eli
- Xırmandalı eli
- Bayat eli
- Rumlu eli
- Varsaq eli
Əfqanıstan qızılbaşları
Özbək və türkmənlərdən sonra Əfqanıstanda üçüncü ən böyük türk qrupu qızılbaşlardır. 4 yanvar 2004-cü ildə qəbul edilmiş konstitusiyanın I bölmə, IV maddəsinə əsasən qızılbaşlar etnik qrup kimi Əfqanıstan dövləti tərəfindən tanınır. XVIII əsrdə Nadir şah Əfşar tərəfindən Əfqanıstana köçürülüblər. On iki imam şiəsi olan qızılbaşların hamısı ikidillidir. Bu ölkədəki qızılbaşlar əfşar, bayat, şahsevən, ənsarlı, şahağası, şamlı və cavanşir tayfalarından ibarətdir, əsas dil kimi əksəriyyəti dəri dilində, əfşar tayfasından olanların bir hissəsi isə Azərbaycan dilinə yaxın dialektdə danışır. Əsas dil olaraq dəricə danışanların ikinci dili şimali Azərbaycanda danışılan dialektlərdir. Kompakt halda Kabil, Herat, Lögər və Qəndahar şəhərlərində, həmçinin Əfqanıstanın mərkəzində bəzi kəndlərdə yaşayılar.
Əfqanıstanda yaşayan etnik qrupların sayı haqqında məlumat siyahıyaalınma keçirilmədiyi üçün təxminlərə əsaslanır. 1996-cı ilə olan təxminə əsasən qızılbaşlar Əfqanıstan əhalisinin təxminən 1,00%–ni təşkil edirlər. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015-ci ilə olan məlumatına əsasən ölkənin oturaq əhalisinin sayı 27.101.365 nəfərdir. Oturaq əhalidən əlavə ölkədə təxminən 1.5 milyon nəfər köçəri (fars. کوچیهای افغانستان) yaşayır və beləliklə ölkənin faktiki əhalisi qeyd edilən tarixə təxminən 28.6 milyon nəfərdən çoxdur.
Beləliklə, 2015-ci ildə Əfqanıstanda qızılbaşların sayının 286 min nəfərdən çox olduğunu təxmin etmək mümkündür.
Pakistan qızılbaşları
Anadolu
Anadoluda Qırşexir, Ankara, Sivas, Malatya, Diyarbəkir, Ərzurum, Çorum, Kars, Antalya, İzmir, Manisa, Kütaxya, Balıqəsirdə Qızılbaş kəndləri vardır. Ümumiyyətlə isə, Qızılbaşlara Türkiyənin hər bir yerində rast gəlmək mümkündür. Orta Anadolu Qızılbaşları Hacı Bəktaşi Vəli-Çələbi ocağına, Qızılbaşların bir qolu olan Taxtacılar İzmirin Narlıdərə kəndindəki Yanın Yatır ocağına, Aydında olan Qızılbaşlar isə Hacı Əmir ocağına bağlıdırlar. Qızılbaşların böyük bir piri də Ankaranın Həsən dədə kəndindəki eyni adlı bir pirdir. Taxtacılar Qızılbaşların qolu olub Yörük türkmənləridir. Bunlar köçəri həyat tərzi keçirirlər. Meşə təsərrüfatı ilə məşğul olduqlarından taxtacı adlandırılırlar.
Anadolu Qızılbaşları demokrat ruhlu və yüksək əxlaqlı insanlardır. Əski türkcə danışırlar, savadlıdırlar, cahil və qaba deyildirlər. Bir çox mahnılar, şeirlər və əfsanələr bilirlər.
Diyarbəkir Vilayəti Alevi-Qızılbaş Türkmənləri
Müasir bəzi Alevi və Bəxtaşi icmaları, xüsusilə Cənub-Şərqi Anadoluda yerləşənlər, hələ də Qızılbaş irsinə bağlı mədəni və dil xüsusiyyətlərini qorumaqdadır. “Qızılbaş” termini – mənası “qırmızı baş” olub Şah İsmayılın tərəfdarlarının geyindiyi qırmızı taclara istinad edir – tarixən Səfəvi dövlətini qurmaq üçün savaşan şiə türkmən tayfalarına verilmişdi.
Osmanlı dövründə bu termin tez-tez mənfi məna kəsb edərək, sünni məzhəbinə uyğun olmayan, “sapqın” sayılan icmalar üçün istifadə olunurdu. Lakin, bu damğaya baxmayaraq, bir çox Alevi icması bu kimliyi qürurla daşıyırdı. Xüsusilə dağlıq bölgələrdə – sosial və dini təcridin qorunduğu yerlərdə – bu kimlik daha da möhkəmləndi.
Diyarbəkir-Mardin Vilayəti: Tarixi Qızılbaş-Alevi Mərkəzi
Osmanlı dövründə Diyarbəkir Vilayəti (bugünkü Diyarbakır, Mardin, Elazığ və bəzən Urfa əraziləri) Qızılbaş tayfalarının yerləşdiyi əsas bölgələrdən biri idi. Bu türkmən tayfalar — xüsusilə Qaraqoyunlu və Ağqoyunlu konfederasiyalarına bağlı olanlar — Səfəvi ideallarını mənimsəmiş və bu hərəkatın ilk tərəfdarlarından olmuşdular.
1514-cü ildəki Çaldıran döyüşündən sonra, bu tayfalar Osmanlılar tərəfindən təqibə məruz qaldı, bəziləri zorla köçürüldü və ya məhv edildi. Bölgədə qalanlar dağlıq ərazilərdə – məsələn, Diyarbəkir, Mardin, Siverek, Tunceli və Elazığda – izolyasiya şəraitində yaşamağa məcbur oldular. Nəticədə, burada unikal bir heterodoks şiə inancı – səfəvilik, Bəxtaşi sufilik və önislam türk inanc sistemlərinin sintezi – formalaşdı.

Dil və Mədəniyyət
Bu Qızılbaş-Alevi icmalarının danışdığı dil azeroid və ya agəmi Türk ləhcəsi adlandırıla bilər. Bu ləhcə klassik Anadolu türkcəsindən fərqli olub, Azərbaycan türkcəsinə, İraq türkməncəsinə və İranın şimal-qərbindəki türk ləhcələrinə bənzəyirdi. Oğuz ləhcəsinin şərq qoluna aid olan bu danışıq forması, həm fonetik, həm də leksik baxımdan fərqli idi.
Bugün bir çox kənd və ailələrdə bu dialektin yerini Türkiyə türkcəsi alsa da, Diyarbakır, Mardin, Siverek və Elazığ bölgələrində bəzi Alevi kəndlərində bu dil yaddaşlarda və yaşlı nəsil arasında hələ də yaşamaqdadır. Bu dil vasitəsilə ötürülən poetik və musiqi irsi, Pir Sultan Abdal, Şah Hatayi (Şah İsmayıl), Kul Himmet kimi böyük ozanlar vasitəsilə nəsildən-nəslə keçmişdir.
Assimilyasiya Prosesi
Zamanla – xüsusilə 19 və 20-ci əsrdə – Alevi-Qızılbaş icmalarının bir qismi assimilyasiyaya məruz qaldı. Siyasi təzyiqlər, iqtisadi məhdudiyyətlər və dini diskriminasiya səbəbilə bir çox ailə köç etməyə məcbur oldu. Kimiləri şimala (Erzincan, Erzurum və ya Sivasdakı Alevi icmalarına), kimiləri isə şəhərlərə köç etdilər. Qalanlar isə sünni kürd və ya türk çoxluğuna uyğunlaşaraq dil və mədəniyyət baxımından assimilyasiya oldular. Bununla belə, bu unikal kimlik bəzi ailələr və kəndlər vasitəsilə bu günə qədər qorunub saxlanılır.
Hindistan qızılbaşları
Yazılı ədəbiyyat
XV əsrin ilk yarısına aid "Əqaid-i Övliya-i Səba" əsəri Azərbaycan dilində yazılmışdır. Bu əsər ələvi-qızılbaş inancının keçmişi və ideologiyası haqqında əsas nəzəri əsərlərdən biri sayılır.
Qeydlər
- Ənsarlı və ya Ənsaroğlu adlı tayfa əvvəllər Bayat tayfasından ayrılmış qəbilə olmuşdur, sonrdan artaraq tayfaya çevrildi.
- Bayat tayfasına mənsub olan qızılbaşlar Əfqanıstanın şərqində və şimali-şərqində məskunlaşıblar. Ənsarlı qızılbaşlar Kabil vilayətinin Qala Fətulla, Qala Sədulla və Vəzirabad 2021-08-31 at the Wayback Machine kəndlərində yaşayırlar. Şamlı tayfasının nümayəndələri Kabil və Herat şəhərlərində məskunlaşıblar.
- Hicri-şəmsi təqviminə əsasən 1 fərvərdin 1394-cü il tarixi Qriqori təqvimi ilə 21 mart 2015-ci il tarixinə uyğun gəlir (bax 2009-01-20 at the Wayback Machine).
- BMT sisteminə daxil olan "Dünya Qida Proqramı" təşkilatının məlumatına görə ("Köçərilərin milli çoxsahəli qiymətləndirilməsi"nə əsasən) 2004-cü il etibarı ilə Əfqanıstanda (əksəriyyəti etnik puştun olan) aktiv köçəri əhalinin sayı 1.5 milyon 2012-12-18 at the Wayback Machine dur. Həmçinin, Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 2009-cu 2015-09-09 at the Wayback Machine, 2010-cu 2015-09-09 at the Wayback Machine, 2011-ci 2015-09-09 at the Wayback Machine, 2012-ci 2015-09-09 at the Wayback Machine, 2013-cü 2017-10-11 at the Wayback Machine və 2014-cü 2015-09-09 at the Wayback Machine illər üçün hazırladığı "Statistik məcmuə"lərdə köçərilərin sayı dəyişilmədən 1.5 milyon nəfər olaraq göstərilib.
- BMT 2012-ci ilə Əfqanıstan əhalisini 29.825 milyon nəfər təxmin etmişdir. Yenə BMT–yə görə 2010–2015-ci illərdə Əfqanıstanda əhalinin illik orta artımı 2,40 % təşkil edəcəkdir. Buna əsaslanaraq ehtimal etmək olar ki, 2015-ci ildə Əfqanıstan əhalisi 32.024 milyon nəfər təşkil edə bilər. — Bu məlumatlar üçün istinad olaraq baxın: Country profiles. — Afghanistan, page 3. // World Statistics Pocketbook, 2014 edition 2015-03-29 at the Wayback Machine. Department of Economic and Social Affairs Statistics Division, Series V, No. 38. New York: United Nations, 2014, 241 pages. ISBN 9789211615869.
- Əfqanıstanda yaşayan qızılbaşların sayının 30 mindən 1 milyonadək Arxivləşdirilib 2015-07-01 at Archive.today olduğuna dair müxtəlif təxminlər mövcuddur.
Ədəbiyyat
- Atabay, T. (2024). Safevi Tarikatının İlk Türkçe Kaynaklarından ‘Akā’İd-i Evliyā’-i Seb’a. SÜREK Alevilik - Bektaşilik Ve Kültür Araştırmaları Dergisi(2), 79-101.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qızılbaşlar haqqında məlumat. Qızılbaşlar nədir? Qızılbaşlar nə deməkdir?