Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir.
| Paytaxt | |
| Ankara | |
|---|---|
| Ankara آنقره | |
| |
| 39°56′09″ şm. e. 32°50′19″ ş. u.HGYO | |
| Ölkə | |
| Başçı | Mansur Yavaş |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 938 ± 1 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +90 312 |
| Poçt indeksi | 06000–06999 |
| Nəqliyyat kodu | 06 |
| Digər | |
| ankara.bel.tr | |
![]() Ankara | |
Etimologiya
Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα [Anqira] olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Anqara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Anqara" olmuşdur. Şəhərin adı Osmanlı İmperiyası dövründə, XVI əsrdən etibarən rəsmi olaraq Anqara (آنقره) olmasına baxmayaraq, xalq arasında "Əngürü", qərb ölkələrində isə "Anqora" adlarından istifadə edilirdi. Türkiyə Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra digər adların istifadəsi sona çatmış, Ankara adı isə universallaşdırmışdır.
Digər etimologiyaya görə isə Ankara sözü iki sözün birləşməsindən An Kara əmələ gəlir. Bunun mənası isə Türk dilində Ən qara deməkdir.
Tarix
Ankarada aşkar edilmiş ən qədim tarixi əsərlər qədim daş dövrünə aiddir. Bu dövrə aid müxtəlif əsərlərə Qavurkale, Ergazi, Lodumlu ve Maltəpədə rast gəlmək olar. Bunlardan başqa, Ankaranın Polatlı rayonunda e.ə aid olan 3000-ə qədər olan yaşayış yerləri tapılmışdır.
Muzeylər


Nəqliyyat
Ankara şəhərlərarası avtobus terminalı
İdman
Futbol
İlin Super Liqasında iki komandası var: "Gənclərbirliyi" və "Osmanlıspor". İlin komandalarından "Ankaragücü MKE" və "Gənclərbirliyi" 19.209 nəfərlik Ankara 19 may stadionunu, "Osmanlıspor" isə 20 min nəfərlik Osmanlı stadionunu istifadə edir. "Ankaragücü MKE", "Hacəttəpəspor", "Keçirörengücü", "Buqsaşspor" II liqada yer alır.
Basketbol

İl mərkəzi İstanbulda təşkil edilən 1959 Avropa Basketbol Çempionatından sonra 2001-ci ildə Türkiyədə təşkil edilən ikinci Avropa Basketbol Çempionatına ev sahibliyi etmişdir. Bu çempionatda Türkiyə milli basketbol komandası Yuqoslaviyadan sonra ikinci yerdə olmuşdur. İldə olan basketbol komandaları Türkiyə Basketbol Liqasında "TED Ankara kollecləri" və "Türk Telekom", Türkiyə Qadınlar Basketbol Liqasında "Çankaya Universiteti İdman Kulubu"-dur. Bu komandalardan biri olan "Türk Telekom", üç dəfə Prezident kubokunu, iki dəfə Türkiyə kubokunu qazanmışdır. 2010-cu ildə tikilən Ankara Arena Çoxməqsədli Basketbol Kompleksi 2010 Dünya Basketbol Çempionatına ev sahibliyi etmişdir.
Voleybol
2017-ci ildə keçirilən Çempionlar kubokunda kişilərdən ikinci yeri "Xalqbank" tutmuşdur. 2016–2017 mövsümündə kişilər arasında keçirilən Voley kubokunda "Xalqbank" ikinci yeri tutmuşdur. 2017–2018 mövsümündə Voley kubokunda kişilərdən çempion "Xalqbank", ikincisi isə "Maliyyə lotereyası" olmuşdur.
Digər idmanlar
Ankara Gənclər və İdman Nazirliyi hər il müxtəlif idman fəaliyyətləri təşkil edir. Yüngül və ağır atletika, gimnastika, velosiped, buz, qılıncoynatma, cüdo, taekvondo, karate, həndbol, at sürmə, güləş, üzgüçülük üçün şəhər mərkəzində müxtəlif imkanlar mövcuddur. Almadağda xizək, digər məhəllələrdə də idman zalları var. Beynəlxalq "Yaşar Doğu Güləş Çempionatı" hər il Ankarada təşkil edilir.
Qardaş şəhərləri

Ankaranın 40 ədəd qardaş şəhəri var. 2003-cü ildən İzmir prospektində Ankanın qardaş şəhərləri üçün abidə var.
Amerika
- Bakı,
Azərbaycan (2011-ci ildən) - Aşqabad,
Türkmənistan (1994-cü ildən) - Astana,
Qazaxıstan (2001-ci ildən) - Pekin,
ÇXR (1990-cı ildən) - Bişkek,
Qırğızıstan (1992-ci ildən) - Düşənbə,
Tacikistan (2002-ci ildən) - Hanoy,
Vyetnam (1998-ci ildən) - İslamabad,
Pakistan (1982-ci ildən) - Kabil,
Əfqanıstan (2003-cü ildən) - Kuala-Lumpur,
Malayziya (1984-cü ildən) - Küveyt,
Küveyt (1994-cü ildən) - Manama,
Bəhreyn (2000-ci ildən) - Sana,
Yəmən (2006-cı ildən) - Seul,
Cənubi Koreya (1971-ci ildən) - Daşkənd,
Özbəkistan (2004-cü ildən) - Ulan-Bator,
Monqolustan (2003-cü ildən) - Şam,
Suriya (2004-cü ildən)
- Buxarest,
Rumıniya (1998-ci ildən) - Budapeşt,
Macarıstan (2015-ci ildən) - Kişinyov,
Moldova (2001-ci ildən) - Dipkarpaz,
Şimali Kipr Türk Respublikası (1986-cı ildən) - Nikosiya,
Şimali Kipr Türk Respublikası (1989-cu ildən) - Kazan,
Rusiya (2005-ci ildən) - Kiyev,
Ukrayna (1993-cü ildən) - Minsk,
Belarusiya (2007-ci ildən) - Moskva,
Rusiya (1992-ci ildən) - Priştina,
Kosovo (2005-ci ildən) - Sarayevo,
Bosniya və Herseqovina (1994-cü ildən) - Skopye,
Şimali Makedoniya (1995-ci ildən) - Sofiya,
Boliviya (1992-ci ildən) - Tiflis,
Gürcüstan (1996-cı ildən) - Tirana,
Albaniya (1995-ci ildən) - Ufa,
Rusiya (1997-ci ildən bəri) - Zaqreb,
Xorvatiya (2008-ci ildən)
Həmçinin bax
- Ankaranın Roma Yolu
Ədəbiyyat
- Küçük Asya'nın Bin Yüzü (Türkçe). Ankara: Dost Yayınları. ISBN 975-298-173-9.
- Ankara, Başkentin Tarihi, Arkeolojisi, Mimarisi (Türkçe). Ankara Enstitüsü Vakfı Yayınları. ISBN 975-95848-3-2.
- Sargın, Haluk. Antik Ankara (Türkçe). ISBN 975-288-886-0.
- Hengirmen, Mehmet. Turistik Ankara (Türkçe). ISBN 975-320-123-0.
- Erdoğan, Abdülkerim. Tarih İçinde Ankara (Türkçe). Ankara: SFN. 2007. ISBN 9944-473-07-3. (#redundant_parameters)
- "Ankara." Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ankara haqqında məlumat. Ankara nədir? Ankara nə deməkdir?

