Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbdülrza Azər (1905, Məşhəd, Xorasan – 1983, Tehran) ― hərbçi, siyasətçi. Qızılbaş Xalq Qoşunları Ordusunun generalı, Tudə Partiyasının və Azərbaycan Demokrat F

Əbdülrza Azər

  • Ana Səhifə
  • Vikipediya
  • Əbdülrza Azər

Əbdülrza Azər (1905, Məşhəd, Xorasan – 1983, Tehran) ― hərbçi, siyasətçi. Qızılbaş Xalq Qoşunları Ordusunun generalı, Tudə Partiyasının və Azərbaycan Demokrat Firqəsinin üzvü.

Əbdülrza Azər
Şəxsi məlumatlar
Doğum tarixi 1905(1905)
Doğum yeri
  • Məşhəd, Məşhəd şəhristanı, Xorasan, İran
Vəfat tarixi 1983(1983) (77–78 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vətəndaşlığı
  •  İran
  •  Azərbaycan Milli Hökuməti
  •  Azərbaycan SSR
Uşağı
  • İrina Azər
Hərbi fəaliyyəti
Rütbəsi
  • general
Təltifləri "21 Azər" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şah ordusunda xidmətdə ikən Tudə Partiyasının gizli hərbi təşkilatının qurulmasında iştirak edib. 1945-ci ildə Xorasanda baş vermiş zabitlərin üsyanına başçılıq edənlərdən biri olub. 21 Azər hərəkatı dövründə fədai dəstələrinin formalaşdırılmasında və şəhərlərin şah qoşunlarından təmizlənməsində iştirak edib. Azərbaycan Milli Hökuməti dövründə general rütbəsi ilə və "21 Azər" medalı ilə təltif olunub.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra mühacirət edib. Bakıda təhsilini davam etdirib və 1955-ci ildə elmlər doktoru adını alıb. Firdovsinin "Şahnamə" əsərini fars dilindən rus dilinə tərcümə edib. Daha sonra isə Moskvaya köçüb və Şərqşünaslıq İnstitutunda dərs deyib. Ömrünün sonlarına yaxın Tehrana köçüb və orada dünyasını dəyişib.

Mündəricat

Haqqında

İlk illəri

Əbdülrza Azər 1905-ci ildə Məşhəd şəhərində anadan olub. Orta təhsilini Məşhəddə aldıqdan sonra Tehranda Ali Hərbi Məktəbdə oxuyub. Daha sonra Fransada tankçılıq üzrə hərbi kursu bitirib. Geri qayıtdıqdan sonra İran ərazisində müxtəlif bölgələrdə xidmət edib və şah ordusunda polkovnik rütbəsinə qədər yüksəlib. 1943-cü ildə Tudə Partiyasına üzv olub. Partiyanın gizli hərbi təşkilatını yaradıb. Təşkilata çox sayda zabiti cəlb edib. Cəlb etdikləri arasında Xosrov Ruzbeh də olub. 1945-ci ilin avqust ayında Əbdülrza Azərin və Əli Əkbər İskəndanin rəhbərliyi ilə Xorasanda yerləşən hərbi hissənin zabitləri şah hakimiyyətinə qarşı üsyan ediblər. Üsyan məğlub olduqdan sonra Əbdülrza Azər zabit yoldaşları ilə birgə Bakıya gedib. Oktyabrın 27-də Əbdülqasım Əzimi, Həsən Nəzəri, Mahmud Qazi Əsədullahi, Məhəmməd Agahi, Seyid Yusif Murtəzavi və Tağı Musəvi ilə birlikdə Təbrizə gəlib. Azərbaycan Demokrat Partiyasına üzv olub. 1945-ci ilin noyabr ayında Seyid Yusif Murtəzavi və Həsən Nəzəri ilə birlikdə fədai dəstələrinin formalaşdırılmasında iştirak etmək üçün Zəncana gedib. 1945-ci il dekabrın 8-də şəhərin şah qoşunlarından təmizlənməsində iştirak etmək üçün Təbrizə qayıdıb.

AMH dövründə

1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Sonrakı günlərdə Əbdülrza Azər Urmiya şəhərlərinin şah qoşunlarından təmizlənməsində iştirak edib.

Azərbaycan Milli Hökumətinin Milli Məclisi 1945-ci il dekabrın 20-də "Qızılbaş" Xalq Qoşunlarının yaradılması haqqında qanun qəbul etdi. Milli Hökumət yeni yaranmış qoşunlarına Şah İsmayıl Xətainin öz ordusuna verdiyi adı, "Qızılbaş" adını verdi. Cəfər Kavian, Mir Cəfər Pişəvəri tərəfindən Xalq qoşunları naziri təyin olundu. Qızılbaş Xalq Qoşunlarının baş hərbi qərargahı yaradıldı. Bu qərargaha Cəfər Kavian, Əbdülqasım Əzimi, Qulam Yəhya, Mir Cəfər Pişəvəri, Mirzə Rəbi Kəbiri, Mahmud Pənahiyan, Abdin Nəvai, Möhsün Milaniyan, Əbdülrza Azər seçildilər. Qısa müddətdə təşkil olunan xalq qoşunlarının tərkibində müxtəlif rütbəli 300 zabit toplandı. 14 zabitə polkovnik, 8 zabitə isə general rütbəsi verildi. General rütbəsi alanlardan biri də Əbdülrza Azər idi. Ümumilikdə qoşunların sayı 18.000 nəfərə çatdırıldı. Bir neçə hərbi məktəb açıldı.

Əbdülrza Azər şah ordusunda xidmətdə ikən.

Əbdülrza Azər 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün və Milli Hökumətin qurulmasında göstərdiyi şücaətə görə "21 Azər" medalı ilə təltif olunub.

1946-cı ilin sentyabr ayında Xalxal-Astara cəbhəsində şah qoşunlarına qarşı döyüşən fədailərə rəhbərlik edib.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Mir Cəfər Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

Sonrakı həyatı

Əbdülrza Azər Milli Hökumət dağıldıqdan sonra Şimali Azərbaycana mühacirət edib. O və digər firqə rəhbərləri Mərdəkanda yerləşən Yaşıl bağa yerləşdiriliblər. 1955-ci ildə "Müasir Azərbaycan dilində səs kateqoriyası" müvzusunda dissertasiya işini müdafiə edib və elmlər doktoru adını alıb. Firdovsinin "Şahnamə" əsərini fars dilindən rus dilinə tərcümə edib. Daha sonra isə Moskvaya köçüb və Şərqşünaslıq İnstitutunda dərs deyib. Qızı İrina Azərin dediklərinə əsasən Məhəmməd Rza Pəhləvi 1972-ci ildə Moskvaya gələndə Əbdülrza Azər onunla görüşüb və İrana qayıdacağını şahla razılaşdırıb. Daha sonra o, 1974-cü ildə İrana gedib. 1983-cü ildə vəfat edib və Tehranda dəfn olunub.

Ailəsi

Əbdülrza Azər Bakıda əslən qazaxıstanlı olan İkinci Dünya müharibəsinin iştirakçısı Liliya Georgiyevna ilə ailə həyatı qurub və onun ilk evliliyindən olan qızı İrinanı övladlığa götürüb. Cütlüyün 1957-ci ildə Delaram adlı qızları dünyaya gəlib. İrina Azər aktrisa olub və 1967–1991-ci illər arasında 31 filmə çəkilib. 1991-ci ildə sonra aktrisalıq fəaliyyətini dayandırıb və Kaliforniyaya köçüb. Delaram Azər isə 2002-ci ildə intihar edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbdülrza Azər haqqında məlumat. Əbdülrza Azər nədir? Əbdülrza Azər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xurşudbanu Natəvan

  • Fevral 27, 2026

    Sitat

  • Fevral 27, 2026

    Rza Bədəlov

  • Fevral 27, 2026

    Deyləm

  • Fevral 27, 2026

    Mirəşelli

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst