General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar.

Ümumi olaraq general rütbələri bunlardır:
- Briqada generalı: Briqada komandiri
- General-mayor: Diviziya komandiri
- General-leytenant: Korpus komandiri
- Dörd ulduzlu general: Ordu komandiri
Marşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir. Məsələn, Baş Qərargahın Rabitə İdarəsi Qərargahının rəhbəri kimi fəaliyyət göstərən bir general-mayora tabe olan diviziya yoxdur
Həmçinin bax
- General-mayor
- General-leytenant
- General-polkovnik
- Dörd ulduzlu general
- Generalissimus
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, General haqqında məlumat. General nədir? General nə deməkdir?