Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Moskva (rus. Москва) — Rusiya Federasiyasının paytaxtı, ölkəsinin federal əhəmiyyətli şəhəri, Mərkəz Federal Dairəsinin inzibati mərkəzi və Moskva vilayətinin (

Moskva

  • Ana Səhifə
  • Vikipediya
  • Moskva

Moskva (rus. Москва) — Rusiya Federasiyasının paytaxtı, ölkəsinin federal əhəmiyyətli şəhəri, Mərkəz Federal Dairəsinin inzibati mərkəzi və Moskva vilayətinin (tərkibinə aid olmasa da) mərkəzi. (2019) əhalisi ilə bu göstəriciyə görə Rusiyanın ən böyük şəhəri və subyektidir. Ərazisi bütövlüklə Avropada yerləşən şəhərlər içərisində ən çox əhaliyə maikdir, əhalisinin sayına görə dünya şəhərlərin onluğuna daxildir, dünyanın ən böyük rusdilli şəhəridir.

Paytaxt
Moskva
rus. Москва
Xilaskar İsa Kafedralı; Stalin göydələnləri; Kreml; Dövlət Akademik Böyük Teatr; Moskva Beynəlxalq Biznes Mərkəzi; Qırmızı meydan
Xilaskar İsa Kafedralı; Stalin göydələnləri; Kreml; Dövlət Akademik Böyük Teatr; Moskva Beynəlxalq Biznes Mərkəzi; Qırmızı meydan
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
55°45′02″ şm. e. 37°37′03″ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Başçı Sergey Sobyanin[d]
Tarixi və coğrafiyası
Əsası qoyulub bilinmir
İlk məlumat 4 aprel 1147
Sahəsi
  • 2.562 ± 1 km²
Mərkəzin hündürlüyü 156 m
İqlimi Kontinental iqlim[d]
Saat qurşağı
  • Moskva vaxtı[d]
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 13.274.285 nəf. (2025)
Rəsmi dili Rus dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 495, 499
Poçt indeksi 101001–135999
Nəqliyyat kodu 77, 97, 99, 177, 197, 199, 777, 799
Digər
mos.ru
Moskva xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adı

Müasir Azərbaycan dilində işlənən Moskva sözü ruscada işlənən eyni tələffüzlü alınmadır. Şəhər Moskva çayının adına qoyulub. Tarixi Azərbaycan mənbələrində isə Məsko (azərb. مسکو‎), Məskov (az.-əski. مسکو‎), Mosqov (az.-əski. مسقو‎), Mosqova (az.-əski. موسقوا‎) şəkillərində qeyd olunmuşdur.

Tarixi

Böyük Moskva knyazlığı, Çar Rusiyası, Rusiya imperiyası (1728–1730-cu illərdə), RSFSR və SSRİ-nin paytaxtı olmuşdur. İkinci Dünya müharibəsi dönəmində hərbi əməliyyatlarda fərqləndiyinə görə Qəhrəman şəhər statusunu almışdır.

Şərqi Avropa düzənliyində, Oka və Volqa çayları arasında yerləşir. Rusiya Federasiyasının subyekti kimi Moskva və Kaluqa vilayətləri ilə həmsərhəddir.

Moskva Rusiyanın məşhur turizm mərkəzidir. Burada yerləşən Kreml, Qırmızı meydan, Novodeviçi monastırı UNESCO Ümumdünya irsi siyahsına əlavə edilib. Şəhər mühüm nəqliyyat qovşağı sayılır, burada 6 aeroportl, 9 dəmir yolu vağzalları və 3 çay limanı var. 1935-ci ildən Moskvada metropoliten fəaliyyət göstərir. Moskva həmçinin ölkənin idman mərkəzi sayılır. 1980-ci ildə burada XXII Yay Olimpiya Oyunları, 2018-ci ildə isə futbol üzrə dünya çempionatı keçirilən şəhərlərdən biri olub.

Görməli yerlər

Moskvanın görməli yerlərindən ən birincisi bütün Rusiyanın simvolu sayılan Moskva Kremlidir. Tarixi mənbələrdə ilk dəfə 1156-cı ildə adı çəkilən Kreml şəhərin mərkəzində Borovitsk təpəliyində yerləşir. Vasili Blajennı kilsəsi Moskvanın ən möhtəşəm qədim memarlıq abidələrindən sayılır. Hələ XVI əsrdə səyahətçiləri heyrətə gətirən bu kilsə ruslar üçün milli xarakterin və vətən tarixinin simvoluna çevrilib. Moskvanın cənub-qərbində yerləşən Novodeviçi adlanan qadın monastrı XVI–XVII əsrdə yaranıb.

UNESCO tərəfindən dünyanın mədəni sərvətləri siyahısına salınan monastır Rusiyanın ən gözəl memarlıq abidəsi sayılır. Şəhərin mərkəzi meydanı olan Qızıl meydan Kremlin şərq divarının qarşısında yerləşir. Bu meydan yüz illər boyu Rusiyanın tarixində baş verən ən önəmli hadisələrə şahidlik edib. Xrista Spasitel məbədi 1812-ci ildə Napoleon üzərində qələbənin şərəfinə rus çarı I Aleksandrın əmri ilə tikilib. Arbat Moskvanın ən məşhur küçəsidir. 1993-cü ildə bu küçə 500 illiyini qeyd etdi. Burada Puşkinin, Lermontovun ev-muzeyləri yerləşir.

Rəsmi rəmzləri

Moskvanın gerbi, bayrağı və himni şəhərin rəsmən təsdiqlənmiş rəmzləridir.

Moskvanın gerbi və bayrağı tünd-qırmızı heraldik qalxan və üzərində qara ilanı vuran Müqəddəs Georginin təsvir olunduğu düzbucaqlı taydan ibarətdir.

Qardaşlaşmış şəhərlər

Moskvanın çoxlu qardaşlaşmış şəhərləri var. Onların böyük hissəsi XX əsrin 90-cı illərində yaranıb.

Berlin və Buenos-Ayres Moskva ilə ilk qardaşlaşmış şəhərlərdir.

Hadisələr

  • 1980 Yay Olimpiya Oyunları
  • 2009 Avroviziya Mahnı Müsabiqəsi
  • 2018 FİFA Dünya Kuboku

Qalereya

Moskva Beynəlxalq Biznes Mərkəzi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Moskva haqqında məlumat. Moskva nədir? Moskva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Miletli Fales

  • Fevral 23, 2026

    Lüteranlıq

  • Fevral 23, 2026

    18 may

  • Fevral 23, 2026

    21 noyabr

  • Fevral 16, 2026

    17 fevral

Trend Mahnılar
  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst