Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xalxal Tehrandan şimali-qərbdə 549 km-liyində yerləşir. Xalxalın şərq rayonlarının iqlimi soyuq, şimal və cənub rayonlarının iqlimi isə sabitdir.

Xalxal şəhristanı

  • Ana Səhifə
  • Vikipediya
  • Xalxal şəhristanı

Xalxal şəhristanı — İranda, Cənubi Azərbaycanın Ərdəbil ostanında bölgə.

Xalxal şəhristanı
37°37′ şm. e. 48°32′ ş. u.HGYO
Ölkə
  •  İran
Əhalisi
Əhalisi
  • 86.731 nəf. (2016)
Xəritəni göstər/gizlə
Xalxal şəhristanı xəritədə
Xalxal şəhristanı
Xalxal şəhristanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xalxal şəhristanının Ərdəbil ostanındakı yerləşimi

Xalxal Tehrandan şimali-qərbdə 549 km-liyində yerləşir. Xalxalın şərq rayonlarının iqlimi soyuq, şimal və cənub rayonlarının iqlimi isə sabitdir.

Mündəricat

Əhalisi

Keçmişdə Xalxal şəhristanının inzibati bölgüsü Xanəndəbil (mərkəzi Xalxal/Hirov/Hirovabad şəhəri), Səncabad (mərkəzi Givi şəhəri), Xuruş Rüstəm (mərkəzi Həşcin şəhəri), Şahrud (mərkəzi Külür şəhəri) və Kağızkünan (mərkəzi Ağkənd şəhəri) bəxşlərindən ibarət idi.

Hazırda isə keçmiş Xanəndəbil və Səncabad şəhristanları ləğv olunaraq, onların toplam ərazisinin əksəriyyətində yeni Mərkəzi bəxşi (mərkəzi Xalxal/Hirov/Hirovabad şəhəri) yaradıldı, qalan hissəsindən isə ayrıca Kövsər şəhristanı (mərkəzi Givi şəhəri) quruldu. Həmçinin Kağızkünan bəxşinin ərazisi (mərkəzi Ağkənd şəhəri ilə) Şərqi Azərbaycan ostanının Miyanə şəhristanına birləşdirildi. Xuruşrüstəm və Şahrud bəxşləri isə dəyişilmədən Xalxal şəhristanının tərkibindədirlər.

Etnik tərkibi

Şəhristan əhalisi əsasən Azərbaycan türklərindən, az sayda Tatlar və Kurmanclardan ibarətdir. ibarətdir.

Tatlar əsasən Xalxal şəhristanının, Şahrud bəxşində qismən isə Xuruş Rüstəm bəxşində yaşayırlar.

Dini tərkibi

Bölgə əhalisinin 90%-i İslamın şiə-cəfəri; 10%-i isə sünni-şafi məzhəbinə etiqad edirlər. Sünnilər bölgənin Gavan, Qusun, Şəmsabad, Diz, Dayıkəndi, Məzrəə və Keçəl kəndlərinin əhalisinin hamısını və Kəzə kəndinin əhalisinin əksəriyyətini təşkil edir.

Xalxal şəhristanının inzibati bölgüsü

  • Mərkəzi bəxşi
  • İnzibati mərkəzi: Xalxal (Hirov / Hirovabad)
    • DEHİSTANLARI:
      • Xanəndəbil-i Qərbi dehistanı
        • KƏNDLƏRİ: Ağbulaq, Ərsun, Asmarud, Beyraq (Bayraq (?)), Bürgəhim, Gərmxana, Gəzəz, Güllücə, Kəhran, Kolu, Lamədəşt, Mahmudabad, Niyaxürrəm, Piruc, Qızıldərə, Şeyxcanlı, Suran, Susahab, Tərəzuc, Tərk, Tərzənəq, Varisabad, Yellicə, Yüznab
      • Xanəndəbil-i Şərqi dehistanı
        • KƏNDLƏRİ: Əlhəşim-i Ülya, Əlhəşim-i Süfla, Əliabad, Ənəviz, Əndəbil, Bəfrəcird, Bəlil, Davudxani, Gavdol, Güransərab, İlvanəq, Xəmis / Xəms, Xanəgah-i Bəfrəcird, Xanəgah-i Sadat, Xucin, Macarə, Məzəcin, Qaraağac, Səncəbədlə, Təhristan, Tulaş / Tolaşt / Tulman, Zərdüştabad / Fəcrabad / Ab-i Zəri, Zəviyə-i Sadat
      • Səncabad-i Şərqi dehistanı
        • KƏNDLƏRİ: Ağbulaq, Çələmbər, Dəllər, Qafurabad, Hacıabad, Kələr, Kalistan-i Ülya, Kalistan-i Süfla, Xudaquluqışlaq, Lonbar, Milağardan, Mustafalı, Muristan, Nəvəşanəq, Üçgəz-i Ülya, Üçgəz-i Süfla
  • Xoreşrüstəm (Xuruşrüstəm) bəxşi
  • İnzibati mərkəzi: Həşcin
    • DEHİSTANLARI:
      • Xoreşrüstəm-i Cənubi / Xuruşrüstəm-i Cənubi dehistanı
        • KƏNDLƏRİ: Ahu, Ağsu, Bərəndəq, Çinarlıq, Qiyasabad, Güllücə, Cəfərabad, Kərnəq, Nimahil, Nisaz, Pişgaman, Qışlaq-i Bərəndəq, Səfidab, Sicahrud (Sıcaqrud (?)), Tuyistan, Viyu / Viv, Zəviyə-i Cəfərabad
      • Xoreşrüstəm-i Şimali / Xuruşrüstəm-i Şimali dehistanı
        • KƏNDLƏRİ: Ərdəbilək, Bilədeh, Çinar, Damdol, Dayıkəndi, Diz, Gavan, Gəlgəlab, Heşi, Kabudçu, Kəhlik, Kacal, Kəmər, Kəmərdərə, Kərgəzli, Kazac, Xatpərəst, Xoşnamə, Kivi, Mənəmin, Məzrayə, Mirəcin, Novdeh (Nüvədi / Nüğədi), Qaratikan, Qusacin, Saqqızçı, Şəmsabad, Vanan, Zəndərəq, Zəviyə-i Kivi
  • Şahrud bəxşi
  • İnzibati mərkəzi: Külür
    • DEHİSTANLARI:
      • Pələngə dehistanı
        • KƏNDLƏRİ: Əzizabad, Fərəcabad, Kərin, Lərd, Miyanrudan, Til
      • Şahrud dehistanı
        • KƏNDLƏRİ: Əsbu, Əskistan, Dirov, Deyləmabad
      • Şal dehistanı
        • KƏNDLƏRİ: Əhmədabad, Əliabad, Əndərəq, Çamlıgəbin, Dəştəndar, Diz, Gəndomabad, Gilavan, Cəlalabad, Köhül, Köhüldəşt, Xanəgah-i Gilavan, Məculan, Ülkəş, Qışlaq-i Diz, Qışlaq-i Gilvan, Rüknabad, Şal, Şeyxəlilər, Sövmayə-i Rudbar (Sumay-i Rudbar), Təharumdəşt, Təzəkəndgəndomabad, Təzəkənd-i Galvazan

Şəhərin və rayonun səyahət yerləri

Xalxal şəhərinin panoraması
  • İsti bulaq suları və isti mineral bulaqlar
  • Mərkəzi bəxşinin Xanəndəbil-i Şərqi dehistanında yerləşən Xəmis / Xəms kəndində İmamzadə Mirzaman və Seyid İbrahim məzarları
  • Mərkəzi bəxşinin Xanəndəbil-i Şərqi dehistanında yerləşən Xəmis / Xəms kəndində Jami və Nur məscidləri
  • Danual müqəddəs yeri
  • Yandım Abad kəndində tarixi mağara
  • Mərkəzi bəxşinin Xanəndəbil-i Qərbi dehistanında yerləşən Gərmxana kəndində mağara

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xalxal şəhristanı haqqında məlumat. Xalxal şəhristanı nədir? Xalxal şəhristanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İbn Abbas

  • Fevral 27, 2026

    Voyacer proqramı

  • Fevral 27, 2026

    Konstantin Stanislavski

  • Fevral 27, 2026

    Cüneyd Bağdadi

  • Fevral 27, 2026

    Məsih Paşa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst