Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tağı Musəvi və ya Tağı Tağıyev (1 may 1918, Təbriz – 30 iyul 2000, Lund, Skane) — tarix elmləri namizədi, şərqşünas, siyasətçi, hərbi təyyarəçi və 21 Azər hərək

Tağı Musəvi

  • Ana Səhifə
  • Vikipediya
  • Tağı Musəvi

Tağı Musəvi və ya Tağı Tağıyev (1 may 1918, Təbriz – 30 iyul 2000, Lund, Skane) — tarix elmləri namizədi, şərqşünas, siyasətçi, hərbi təyyarəçi və 21 Azər hərəkatının iştirakçısı.

Tağı Musəvi
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1918(1918-05-01)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 30 iyul 2000(2000-07-30) (82 yaşında)
Vəfat yeri
  • Lund, Skane, İsveç
Vətəndaşlığı
  •  İran
  •  Azərbaycan Milli Hökuməti
  •  Azərbaycan Respublikası
  •  Azərbaycan
Təhsili
  • Bakı Ali Partiya Məktəbi,
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Hərbi fəaliyyəti
Təltifləri "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Tehran Ali Hərbi Məktəbində və Tehran Təyyarəçilik Məktəbində təhsil alıb. Tudə partiyasının gizli hərbi təşkilatının üzvü olub. 1945-ci ildə Azərbaycan Demokrat Partiyasına üzv olduqdan sonra gizli partiya işi ilə məşğul olub və fədai dəstəsinə rəhbərlik edib.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakı Ali Partiya Məktəbində və Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Azərbaycan SSR EA Tarix İnstitutunda fəaliyyət göstərib və Azərbaycan tarixinə aid bir neçə kitab yazıb.

Mündəricat

Haqqında

İlk illəri

Tağı Məmmədəli oğlu Musəvi 1918-ci il mayın 1-də Təbrizdə anadan olub. 1923–1930-cu illər Təbrizdə "Gülzar" məktəbində təhsil alıb. 1930–1934-cü illərdə Təbriz xalça fabrikində fəhlə kimi işləyib. 1934–1936-cı illərdə Təbrizdə "Ədəb" orta məktəbində, daha sonra isə hərbi məktəbdə təhsil alıb. 1939–1941-ci illərdə Tehranda Hərbi Hava Qüvvələri Akademiyasında təhsil alıb. Hərbi təhsilini bitirdikdən sonra İran Hərbi Hava Qüvvələrinin birinci alayına təyinat alıb. 1942-ci ildə Tudə Partiyasına üzv olub. Partiyanın gizli hərbi təşkilatının üzvü olub. 1942-ci ildə ixtisasını artırmaq üçün Tehran Təyyarəçilik Məktəbinə göndərilib. 1942–1945-ci illərdə İran Hərbi Hava Qüvvələrinin tərkibində Tehran, İsfahan və Kirmanşah şəhərlərində təyyarəçi-şturman kimi xidmət edib.

1945-ci ildə Bakıya gedib. Oktyabrın 27-də Əbdülrza Azər, Əbdülqasım Əzimi, Mahmud Qazi Əsədullahi, Məhəmməd Agahi, Seyid Yusif Murtəzavi və Həsən Nəzəri ilə birlikdə Təbrizə gəlib. Azərbaycan Demokrat Partiyasına üzv olub. 1945-ci ilin noyabr ayında Əbdülqasım Əzimi ilə birlikdə fədai dəstələrinin formalaşdırılması üçün Marağaya gedib. Azərbaycan Milli Hökuməti qurulanadək gizli partiya işi ilə məşğul olub və fədai dəstəsinə rəhbərlik edib. 1945-ci il dekabrın 21-də Azərbaycan Milli Hökuməti qurulub. Milli Hökumət qurulduqdan sonra Tağı Musəvinin təşkilatçılığı ilə 130 zabit əvvəl xidmət etdikləri İran ordusunu tərk edərək yeni qurulmuş Qızılbaş Xalq Qoşunları Ordusuna qoşulublar. AMH-nin qərarı ilə 1946-cı ilin aprelin 15-də Tağı Musəvinin rəhbərliyi ilə 230 azərbaycanlı və 50 kürd gənci hərbi təhsil almaq üçün Təbrizdən Bakıya göndəriliblər. Bu gənclərdən 30 nəfəri may ayında Tağı Musəvinin rəhbərliyi ilə Kirovabad Təyyarəçilik Məktəbində oxumağa göndəriliblər. Tağı Musəvi də bu məktəbdə hərbi təhsilini artırıb və oranı kapitan rütbəsi ilə bitirib.

1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Azərbaycan Milli Hökuməti süqut etdi. Minlərlə insan həbs olundu, sürgün edildi.

AMH dağıldıqdan sonra

Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra Tağı Musəvi Azərbaycan SSR-də qalıb. 1947-ci ildə Mircəfər Pişəvərinin təklifi ilə gələcəkdə partizan müharibəsi aparmaq, Cənubi Azərbaycanda şah qoşunlarına müqavimət göstərmək üçün seçilmiş fədailərdən və hərbçilərdən 2 dəstə yaradıldı. Onlardan biri Hacıkəndə, digəri isə Şəki şəhərinə göndərildilər. Hacıkənddəki dəstəyə Tağı Musəvi, Şəkidəki dəstəyə isə Həsən Nəzəri başçı təyin olundu. Mircəfər Pişəvəri avtomobil qəzasında dünyasını dəyişdikdən sonra təlimdə olan fədai dəstələri ləğv olunub. Tağı Musəvi bundan sonra ali təhsilini davam etdirib. Fars, fransız və rus dillərini bilib.

1947–1951-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1951–1952-ci illərdə Azərbaycan Demokrat Partiyası MK-də təlimatçı kimi fəaliyyət göstərib. 1952–1956-cı illərdə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun marksizm-leninizm kafedrasının aspiranturasında təhsilini davam etdirib. 1953-cü ilin oktyabr ayında Azərbaycan Demokrat Firqəsinin Azərbaycan SSR ərazisində yaradılmış təşkilatlarının konfransı keçirilib. Bu konfransda Tağı Musəvi firqənin təftiş komissiyasına üzv seçilib. 1956–1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Radio Verilişləri və Televiziya Komitəsində radionun xarici verilişlər reaksiyasında redaktor və mütərcim kimi, 1961–1980-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində fəaliyyət göstərib. 1960-cı ildə namizədlik dissertasiyasını müdafiə edib, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1965-ci ildə "Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər", 1967-ci ildə "Bakı tarixinə dair orta əsr sənədləri" kitabları Bakıda nəşr olunub. 1970-ci ildə "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif olunub.

1979-cu ildə İran İslam İnqilabından sonra siyasi fəaliyyət göstərmək üçün İrana gedib. Burada Azərbaycan Demokrat Firqəsinin fəaliyyətinin yenidən bərpa olunmasında iştirak edib. Orada siyasi təqiblərə məruz qaldığı üçün dostlarının köməyi ilə əvvəlcə Əfqanıstana daha sonra isə SSRİ-yə qaçırılıb və Bakıda yaşamağa davam edib. 1990-cı ildə inqilabi fəaliyyətinə görə ADF Mərkəzi Komitəsinin fəxri üzvü seçilib.

1994-cü ildə insult keçirib. Bundan sonra İsveçin Lund şəhərində yaşayan qızı Azərin yanına köçüb və ömrünün sonunadək orada yaşayıb.

2000-ci il iyulun 30-da İsveçin Lund şəhərində dünyasını dəyişib və həmin şəhərdə dəfn olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tağı Musəvi haqqında məlumat. Tağı Musəvi nədir? Tağı Musəvi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İmperiya dairəsi

  • Fevral 27, 2026

    Zakir Bağırov

  • Fevral 27, 2026

    Macarıstan–Xorvatiya uniyası

  • Fevral 27, 2026

    Sverdlovsk

  • Fevral 27, 2026

    İrəvan qalası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst