Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rza Bədəlov (25 sentyabr 1915, Bakı – 1987, Bakı) — texnika elmləri doktoru (1965), professor, AMEA-nın müxbir üzvü (1968).

Rza Bədəlov

  • Ana Səhifə
  • Vikipediya
  • Rza Bədəlov

Rza Bədəlov (25 sentyabr 1915, Bakı – 1987, Bakı) — texnika elmləri doktoru (1965), professor, AMEA-nın müxbir üzvü (1968).

Rza Bədəlov
Azərbaycan Politexnik İnstititunun rektoru
1968 – 1976
ƏvvəlkiƏnvər Qasımzadə
SonrakıMirzə Ağa Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 25 sentyabr 1915(1915-09-25)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1987(1987) (71–72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti mühəndis-mexanik
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika elmləri doktoru
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni

Mündəricat

Həyatı

Rza Bədəlov Bakı şəhərində 25 sentyabr 1915-ci ildə anadan olub. Ali təhsilini 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Universitetin Neft-mexanika fakültəsində Mühəndis-mexanik ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

Rza Bədəlov 1941–1944-cü illərdə "Əzizbəyovneft" trestinin Me­xa­niki təmir zavodunda mühəndis-konstruktordan sex rəisinə qədər müxtəlif vəzifələrdə işləyib. 1944–1947-ci illərdə AzSİ-nun aspirantı olub. 1947–1968-ci illərdə AzNKİ-də baş müəllim, dosent, professor, dekan müa­vini, Neft-mexanika fakültəsinin dekanı, Nəzəri mexanika kafedrasının müdiri vəzifələrini icra edib.

Rza Bədəlov 1968-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunun rektoru və Nəzəri mexanika kafedrasının müdiri olub. Habelə 1976–1987-ci illərdə AzNKİ-nun Neft-mədən mexanikası və Maşın və mexanizmləri kafedrasının müdiri vəzifələrini icra edib.

Elmi fəaliyyəti

Rza Bədəlov dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: mədən-maşın mexanizmlərinin nəzəriyyə və praktikasının tədqiqi; süxurdağıdıcı alətin işçi elementlərinin formasının, optimal parametrlərinin, yerləşdirilməsinin müəyyənləşdirilməsi.

Rza Bədəlov 1953-cü ildə namizədlik, 1965-ci ildə isə "Üçşaroşkalı baltaların işinin səmərəliliyinin tədqiqi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1968-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib. Rza Bədəlov 100-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifdir.

Mükafatları

Rza Bədəlov "Qırmızı Əmək Bayrağı" ordeni və "Rəşadətli əməyə görə" medalı ilə təltif olunub.

Ölümü

Rza Bədəlov 1987-ci ildə Bakıda vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rza Bədəlov haqqında məlumat. Rza Bədəlov nədir? Rza Bədəlov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səfərəli Babayev

  • Fevral 27, 2026

    Kolorektal xərçəng

  • Fevral 27, 2026

    Şibuya

  • Fevral 27, 2026

    İmam Əliyyən-Nəqi

  • Fevral 27, 2026

    Norfolk

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst