Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sədi Yüzbəndi (1918, Yüzbənd, Şərqi Azərbaycan ostanı – 1946, Təbriz) ― azərbaycanlı şair, aktyor, fədai. Azərbaycan Milli Hökuməti dövründə Şairlər məclisinin

Sədi Yüzbəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Sədi Yüzbəndi

Sədi Yüzbəndi (1918, Yüzbənd, Şərqi Azərbaycan ostanı – 1946, Təbriz) ― azərbaycanlı şair, aktyor, fədai. Azərbaycan Milli Hökuməti dövründə Şairlər məclisinin üzvü.

Sədi Yüzbəndi
Doğum tarixi 1918(1918)
Doğum yeri
  • Yüzbənd, Əhər şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1946(1946) (27–28 yaşında)
Vəfat yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Fəaliyyəti şair, siyasətçi, aktyor
Mükafatları "21 Azər" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Milli Hökuməti süquta uğradıqdan sonra şah ordusunun silahlı dəstələri tərəfindən başı kəsilib.

Mündəricat

Həyatı

Sədi İzzət oğlu Yüzbəndi 1918-ci ildə Qaradağ mahalının Yüzbənd kəndində anadan olub.

1941-ci ildə Tudə Partiyasına, 1945-ci ildə isə Azərbaycan Demokrat Partiyası qoşulub. Partiyanın Qaradağ Vilayət Komitəsinin üzvü olub eləcə də Qaradağ mahalında Əbdülsəməd İmraninin rəhbərliyi altında fədai kimi döyüşlərdə iştirak edib. Partiyanın vilayət komitəsində müxtəlif məsul vəzifələrə seçilib. 1945-ci ilin dekabr ayında Təbrizin şah qoşunlarından təmizlənməsində iştirak edib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Sədi Yüzbəndi Təbrizdə təsis edilmiş Şairlər Məclisinin üzvü olub. O dövrdə nəşr olunan qəzet və jurnallarda şeirləri çap olunub. Bundan başqa Azərbaycan dilində fəaliyyət göstərən teatrlarda aktyorluq edib. Təbrizdə səhnələşdirilən "O olmasın, bu olsun" tamaşasında Sərvər rolunu oynayıb.

1946-cı ildə isə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı və leytenant rütbəsilə təltif olunub.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mircəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai dəstələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında əmr verdi. Elə həmin gündən etibarən, İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra Sədi Yüzbəndi şah ordusunun silahlı dəstələri tərəfindən Qaradağda ələ keçirilərək öldürülüb. Öldürüldükdən sonra başı kəsilib və Təbrizə gətirilərək anasının qarşısına atılıb.

Xatirəsi

1966-cı il martın 28-də Xəlil Rza Ulutürk Sədi Yüzbəndinin öldürülməsini təsvir edən şeir yazıb. Şeirdən hissə:

" Od-alov ürəkli şair Yüzbəndi

Onun yüz şərqisi, onun yüz bəndi

Yandırdı suyu da, dağı, daşı da.

Qızıl bayraq kimi getdi qarşıda.

Heyhat! Bir ildırım-balta vuruldu

Göyərən palıdın budaqlarına.

- Al! – deyə balanın qanlı başını

Atdılar ananın ayaqlarına.

"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sədi Yüzbəndi haqqında məlumat. Sədi Yüzbəndi nədir? Sədi Yüzbəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Beteae

  • Fevral 27, 2026

    Windows NT

  • Fevral 27, 2026

    Kanar cərəyanı

  • Fevral 27, 2026

    Gavalıkimilər

  • Fevral 27, 2026

    Arxiv

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst