Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Deyləm (ərəb. ديلام‎, fars. دیلمان‎) — Xəzər dənizinin qərbindəki dağlıq bölgənin tarixi adı. Şərqindəki Təbəristan (bugünkü Mazandaran) qərbindəki Gilanda geni

Deyləm

  • Ana Səhifə
  • Vikipediya
  • Deyləm

Deyləm (ərəb. ديلام‎, fars. دیلمان‎) — Xəzər dənizinin qərbindəki dağlıq bölgənin tarixi adı. Şərqindəki Təbəristan (bugünkü Mazandaran) qərbindəki Gilanda geniş anlamla tarixi Deyləm bölgəsini əhatə edir.

Tarixi

Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd axırıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qulam) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd Salarilər (941–981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır. Mərzban ibn Məhəmməd çətin mübarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışırdı. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər. Salarilərin qoşunu maaşla saxlanlan süvari və piyada dəstələrindən ibarət idi.

Beləliklə, Salarilər dövləti şimalda Dərbənd keçidindən başlayaraq, cənubda Dəclə və Fərat çaylarının yuxarılarına qədər, şərqdə Gilan da daxil olmaqla Xəzər]sahillərindən, qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edən bir dövlətə çevrildi. Bununla, sacilərdən sonra Salarilər sülaləsinin hakimiyyəti illərində yenidən bütün Azərbaycan torpaqları vahid dövlət daxilində birləşdi. Bu da təbii olaraq, bütün ölkə miqyasında iqtisadi əlaqələrin inkişafına, sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi.

Salarilərin hakimiyyəti illərində Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Bütün Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı, müxtəlif etnik qrupların Azərbaycan xalqı ilə qaynayıb-qarışması prosesi sürətləndi. Bununla belə, Mərzban ibn Məhəmmədin ölümündən sonra onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət üstündə gedən daxili çəkişmələr mərkəzi hakimiyyətin zəifləməsinə səbəb oldu. Xəzərsahili Azərbaycan vilayətlərinin tez-tez rusların basqınlarına məruz qalması, 944-cü ildə Bərdənin qarət olunması və şəhər əhalisinə dəhşətli divan tutulması Salarilər dövlətinin süqutunu daha da sürətləndirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Deyləm haqqında məlumat. Deyləm nədir? Deyləm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kantçılıq

  • Fevral 27, 2026

    Qirokastra

  • Fevral 27, 2026

    Yakov Aqarunov

  • Fevral 27, 2026

    Rasim Müzəffərli

  • Fevral 26, 2026

    Luiziana

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst