Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qulam Yəhya və ya Qulam Danişian (1906, Əskəvar, Şərqi Azərbaycan ostanı – 1986, Bakı) — fədai, siyasətçi, general-mayor, Təbrizdə qurulmuş Azərbaycan Milli Hök

Qulam Yəhya

  • Ana Səhifə
  • Vikipediya
  • Qulam Yəhya

Qulam Yəhya və ya Qulam Danişian (1906, Əskəvar, Şərqi Azərbaycan ostanı – 1986, Bakı) — fədai, siyasətçi, general-mayor, Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin Xalq qoşunları nazirinin müavini, Azərbaycan Milli Hökumətinin Milli Məclisinin üzvü. Kommunist Partiyasının, Tudə Partiyasının üzvü və Azərbaycan Demokrat Firqəsinin sədri.

Qulam Yəhya
Azərbaycan Demokrat Firqəsinin sədri
avqust 1959 – oktyabr 1979
Azərbaycan vilayətinin Nigəhbanlıq İdarəsinin rəisi
13 iyun 1946 – 12 dekabr 1946
Azərbaycan Milli Hökumətinin Müdafiə nazirinin müavini
12 dekabr 1945 – 13 iyun 1946
Şəxsi məlumatlar
Doğum tarixi 1906(1906)
Doğum yeri
  • Əskəvar, Sərab şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1986(1986) (79–80 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1925),
  • İran Tudə Partiyası (1941–1945),
  • Azərbaycan Demokrat Firqəsi (1945–1986)
Təhsili
  • Bakı Ali Partiya Məktəbi
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Döyüşlər 21 Azər hərəkatı
Rütbəsi
  • general-mayor

Təltifləri "21 Azər" medalı — 19461946 "Səttarxan" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli-demokratik hərəkatda iştirak etdiyi üçün Azərbaycan Milli Hökuməti tərəfindən "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif olunub.

1986-cı ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Mündəricat

Həyatı

Qulam Yəhya oğlu Danişian 1906-cı ildə Sərab mahalının Əsgərabad kəndində anadan olub. 1918-ci ildə Bakıya gələrək atası ilə birlikdə Sabunçu qəsəbəsində yaşayıb. 1920-ci ildən çilingər köməkçisi daha sonra isə çilingər işləyib.

1925-ci ildə Kommunist Partiyasına üzv olub. 1927–1929-cu illərdə Bakıda Partiya Məktəbinidə təhsil alıb. 1931-ci ilə qədər Bakıda Lenin rayonu partiya komitəsində işləyib. 1931-ci ildən 1935-ci ilə qədər Lenin rayon partiya komitəsində kadrlar üzrə şöbə müdiri, rayon zəhmetkeş deputatlar şurasının sədri vəzifəsində fəaliyyət göstərib. 1935–1937-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1937-ci ildə İrana geri qayıdıb. Öz yaşadığı kəndə çatmamış İran polisi tərəfindən həbs olunaraq Ərdəbildə həbsxanaya salınıb. 1939-cu ildə həbsdən azad olunaraq doğulduğu kəndə sürgün edilir. Daha sonra Miyanəyə gedərək 1939-cu ildən 1941-ci ilə qədər dəmiryolu idarəsində mexanik işləyib.

1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular.1941-ci il sentyabrın 17-də Rza şah taxtından imtina edərək İranı tərk etdi. Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı. Qulam Yəhya 1941-ci ildə Tudə Partiyasına üzv olub. Partiyanın Sərab vilayət komitəsinə rəhbərlik edib. 1942-ci ildə yenidən həbs olunaraq Tehrana aparılıb. 1943-cü ildə həbsdən azad olunub və partiyanın Miyanə vilayət komitəsinə sədr seçilib. Miyanədə yerləşən İşlə kəndində Abbasəli Pənbeyi ilə birlikdə, mülkədar Ənsari və onun tərəfdarları tərəfindən döyülərək diri-diri basdırılıb.

21 Azər hərəkatında

1945-ci ilin sentyabr ayında yaradılmış Azərbaycan Demokrat Partiyasına qoşulub. Firqənin I qurultayında iştirak edib və Mərkəzi Təftiş Komissiyasına üzv seçilib. Partiyanın Miyanə şəhər komitəsini yaradıb.

1945-ci il noyabrın 8-də Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin iclası baş tutub. Bu iclasda fədai dəstələrinin yaradılması haqda qərar qəbul edildi. və Miyanə fədailərinin başçısı Qulam Yəhya seçildi. 1945-ci ilin noyabrın 15-də rəhbərlik etdiyi dəstə Sərab və Miyanədə jandarm postlarını tərk-silah edib. Daha sonra noyabrın 25-də Miyanə şəhərinin şah qoşunlarından təmizlənməsinə rəhbərlik edib. Bununla da Miyanə şəhəri şah qoşunlarından təmizlənən ilk şəhər olub. 1945-ci il dekabrın 6-da Mir Cəfər Pişəvərinin göstərişi ilə Təbrizə çağırılıb. Təbriz jandarm idarəsinin tərk-silah olunmasına rəhbərlik edib.

1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib. Seçkilər nəticəsində Qulam Yəhya Azərbaycan Milli Məclisinə Sərabdan nümayəndə seçildi. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Qulam Yəhya xalq qoşunları naziri Cəfər Kavianın müavini seçilib. Milli Məclisin birinci iclası dekabrın 12-də keçirilib. Bura seçilən nümayəndələrdən 26 nəfəri xidmətdə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilmirlər. Onlardan biri də Qulam Yəhya olub.

Azərbaycan Milli Hökumətinin Milli Məclisi 1945-ci il dekabrın 20-də "Qızılbaş" xalq qoşunlarının yaradılması haqqında qanun qəbul etdi. Milli Hökumət yeni yaranmış qoşunlarına Şah İsmayıl Xətainin öz ordusuna verdiyi adı, "Qızılbaş" adını verdi. "Qızılbaş" Xalq Qoşunlarının baş hərbi qərargahı yaradıldı. Bu qərargaha Cəfər Kavian, Əbdülqasım Əzimi, Qulam Yəhya, Mir Cəfər Pişəvəri, Mirzə Rəbi Kəbiri, Mahmud Pənahiyan, Nəvai, Möhsün Milaniyan, Əbdülrza Azər seçildilər.

1946-cı ilin yanvar ayında Zəncanda aparılan işlərə dəstək vermək və orada təhlükəsizliyi qorumaq məqsədilə göndərilən fədailərə rəhbərlik edib. 17 fevral tarixində rəhbərlik etdiyi 600 fədai ilə birlikdə Zülfüqarinin dəstələrinə qarşı döyüşüb və onları bölgəni tərk etməyə məcbur edib. Döyüşlərdə göstərdiyi şücaətə görə general rütbəsi alıb.

1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif edilib.

1946-cı il iyunun 13-də İran və Azərbaycan Milli Hökuməti arasında imzalanmış müqaviləyə əsasən əyalət əncüməni tərəfindən yaradılmış Nigəhbanlıq İdarəsinin rəisi təyin edilib. Bundan başqa müqaviləyə əsasən Zəncan İran hökumətinə təhvil verildiyi üçün Qulam Yəhya və rəhbərlik etdiyi fədailər Miyanəyə yerləşdilər.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Bu komitəyə Hacı Mirzə Əli Şəbüstəri, Qazi Məhəmməd, Qulam Yəhya, Mahmud Pənahiyan və Sadiq Padeqan üzv oldular. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı. Qulam Yəhya 1946-cı ilin dekabr ayının 10-na qədər şah qoşunlarına qarşı müqavimət göstərib. Dekabr ayının 10-da Təbrizə çağırılıb. 1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

AMH dağıldıqdan sonra

Qulam Yəhya da Milli Hökumət dağıldıqdan sonra siyasi mühacir kimi Şimali Azərbaycana gəlib. Mir Cəfər Bağırovun göstərişi ilə o və digər firqə rəhbərləri əvvəlcə Mərdəkanda yerləşdiriliblər.

1947-ci il iyunun 10-da Mir Cəfər Pişəvəri Hacıkənddə təlimdə olan fədailərə eləcə də o bölgəyə yerləşmiş demokratlara baş çəkmək üçün yola çıxıb. İyunun 11-də Nuri Quliyev və Qulam Yəhya ilə birlikdə Gəncədən geri qayıdarkən olduqları maşın qəzaya uğrayıb. Hər üçü yaralanaraq xəstəxanaya çatdırılsalar da Mir Cəfər Pişəvərini xilas etmək olmur. 1954–1957-ci illərdə Moskva Həmkarlar Hərəkatı Ali Məktəbində təhsil alıb. 1957–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində dekan kimi işləyib.

1959-cu ilin avqust ayında Azərbaycan Demokrat Firqəsinin sədri seçilib. Bu vəzifəni 1979-cu ilin oktyabr ayınadək icra edib.

1960-cı ildə Tudə Partiyasının Mərkəzi Komitəsinin İcraiyyə Heyətinin üzvü seçilib. SSRİ Ali Sovetinin Rəyasət heyətinin fərmanı ilə 60 illik münasibətilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib.

Qulam Yəhya Danişian 1986-cı il avqustun 16-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Xatirəsi

1947-ci ildə rejissoru və ssenaristi Esfir Şub olan Arazın o tayında filmi çəkilib. Film 1945–1946-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökuməti və ümumilikdə hökumət qurulana qədər baş vermiş proseslər haqqındadır. Filmdə həm də Qulam Yəhyanın fədailərlə birlikdə keçirdiyi təlimlər, döyüş hazırlığı da göstərilib.

2016-cı ildə "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin təşkilatçılığı ilə Qulam Yəhyanın 110 illik yubileyi qeyd olunub.

Qulam Yəhya Danişian öz xatirələrini qələmə alıb. Xatirələr kitabı 2006-cı ildə Bakıda çap olunub. 2021-ci ildə Səməd Niknam Qulam Yəhyanın ömür yolundan bəhs edən "Xatirələr" kitabını farscaya çevirərək çap etdirib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qulam Yəhya haqqında məlumat. Qulam Yəhya nədir? Qulam Yəhya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Torpaq

  • Fevral 20, 2026

    Bağışlanma

  • Fevral 27, 2026

    Şamaxı qəzası

  • Fevral 25, 2026

    Bayandurlar sülaləsi

  • Fevral 27, 2026

    Temis

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst