Vəhhabilik və ya Vəhhabizm (ərəb. الوهابية; əl-Vəhhabiyyə) — İslamda XVIII əsrdə formalaşmış dini və siyasi hərəkatdır.
Haqqında
Hərəkat İbn Teymiyyənin (1263–1328) davamçısı olan Məhəmməd ibn Əbdülvəhhabın (1703–1792) şərəfinə adlandırılmışdır. Əslində, "Vəhhabilik" termini təsisçinin şəxsi adından deyil, onun "İbn Əbdülvəhhab" – "əl-Vəhhabın qulunun oğlu" nəsəbindən yaranmışdır. Nəsəbin ikinci hissəsi olan "əl-Vəhhab" Allahın adlarındandır. Bəzi müsəlmanlar bu adlandırmanı Allaha qarşı təhqir hesab edirlər. Məhəmməd ibn Əbdülvəhhab həqiqi İslamın yalnız Məhəmməd peyğəmbərin ardıcıllarının (Sələfüs-Salehin) ilk üç nəsli tərəfindən tətbiq edildiyinə inanırdı və sonrakı bütün yeniliklərə etiraz edərək, onları kənar qüvvələr tərəfindən yeridilən bidət hesab edirdi.
Bəzi etnoqrafların baxış bucağına görə, Vəhhabilik nisbətən yeni cərəyandır. Onlara görə, Vəhhabilik şəhər sakinlərinin sərvətinə etiraz olaraq ifadə edilir. Odur ki, bu, bədəvi əhalinin, eləcə də din xadimlərinin bir hissəsi arasında sosial-iqtisadi və siyasi şəraitin ağırlaşmasının səbəb olmuşdu. Hərəkat Osmanlı imperiyasına qarşı üsyanda da mühüm rol oynamışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vəhhabilik haqqında məlumat. Vəhhabilik nədir? Vəhhabilik nə deməkdir?
