Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şiələr: İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər • İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər

Səbailik

  • Ana Səhifə
  • Vikipediya
  • Səbailik

İslam

İslam tarixi

İmanın şərtləri

Tövhid • Mələklər
Kitablar • Peyğəmbərlər
Məad • Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət • Namaz
Oruc • Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər • Matüridilər • Qədərilər (Mötəzililər) • Cəbrilər • Mürcilər • Cəhmiyyə • Müşəbbihilər • Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər • Malikilər • Şafiilər • Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər • Auzailər • Leysilər • Səvrilər • Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər •
İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər • Xəttabilər) • Vaqifiyyə • Rafizilər (Batinilər) • Qeysanilər • Xürrəmilər • Baziğiyyə • Qurabiyyə
Xaricilər:
Mühakkimə • Əcrədilər (Meymunilər • Səələbilər) • Əzraqilər • Bəyhəsilər • İbadilər • Nəcdatilər • Süfrilər

Həmçinin bax

Sufilər • Yəsəvilik • Nəqşibəndilik • Sührəvərdilik • Xəlvətilik • Səfəvilik • Bayramilik • Bəktaşilik • Cəlvətilik • Cərrahilik • Çiştiyyə • Ehqaqiyə • Gülşənilik • Hürufilik • Kübravilik • Məlamətilik • Mövləvilik • Nemətullahiyyə • Nöqtəvilik • Qələndərilik • Qadiriyyə • Rahmaniyyə • Rifailik • Rövşənilər • Sənusilər • Şaziliyyə • Zahidiyyə • Nüseyrilər • Druzlar • İslam fəlsəfəsi

Səbailik — Abdullah ibn Səba adlı yəmənli bir yəhudi tərəfindən qulat ideyaları üzərində qurulmuş bir təriqətdir və ilk dəfə Allahı (с.с.) insanlara tanıtmaqla insanın ilahilik prinsipini İslam dininə daxil etmişdir. Bu gün Nusayrilik inancında hakim olan Əlinin ilahilik və ilahilik prinsipi ilk dəfə bu təriqət mənsubları tərəfindən Ələvi məzhəblərinə daşınaraq qarışdırılmışdır.

Abdullah ibn Səbanın əslində həqiqətdən uzaq, xəyali bir obraz olduğunu tanınmış Misir alimi Taha Hüseyn “Böyük fitnə” kitabında qeyd etmişdir. Son onilliklərdə yaşamış cəfəri məzhəbli məşhur tədqiqatçı alim Əllamə Seyid Mürtəza Əsgəri “Abdullah ibn Səba əfsanəsi” adlı kitabında bu məsələ barədə qeyd edir ki, Abdullah ibn Səba adlı şəxsiyyətin və banisi hesab edildiyi Səbaiyyə firqəsinin mövcudluğunun heç bir əsası yoxdur. Abdullah ibn Səba haqqında bütün mövcud rəvayətlər Təbəri tarixindən götürülüb. Təbəri isə bu rəvayətləri hicri 170-ci ildə (miladi 786-787-ci illərdə) vəfat etmiş Seyf ibn Ömər Təmimi Kufi adlı şəxsdən rəvayət edib. Seyf ibn Ömər də İslam Rical mənbələrində yalançı, iftiraçı, hadisələri dəyişdirib əksinə nəql edən ravi kimi tanınır.


Taha Hüseyn “Əli və bənuh” (“Əli və övladları”) kitabında belə deyir: “Tarixçilərin Siffeyn döyüşündə “səbəiyyə” və İbn Səvda(nın rolu) barədə heç bir söz deməmələri ən azı buna dəlalət edir ki, “səbəiyyə” firqəsi və onun başçsı İbn Səvda sonradan – şiələrlə digər islam firqələri arasında münaqişə ortaya çıxdığı zaman qondarılan uydurma və saxta obrazlardır.

Mündəricat

İnanclar

Etiqadın əsasları Əli ibn Əbu Talib üzərinə formalaşdırılmışdır. İbn Səba Tövratda hər peyğəmbərin bir nümayəndəsi olduğunu və Əli ibn Əbu Talibin İslam Peyğəmbəri Məhəmmədin (s.a.v) nümayəndəsi olduğunu gördüyünü; Məhəmmədin ən üstün peyğəmbər olduğunu, Əlinin isə üstün nümayəndə olduğunu bildirmişdir. O, həmçinin dedi:

" “İsa Məsihin qayıdacağını, amma Məhəmmədin qayıdmayacağın söyləyənlərə açığı heyrətlənirəm”. "

Sünni ilahiyyatçıları Səbailəri Əli ibn Əbu Talibin ilahiləşdirilməsini təbliğ edən ilk İslam hərəkatı hesab edirdilər. Rəvayətə görə, Əli ibn Əbu Talib, onu tanrı elan edən bir qrup səbainin yandırılmasını əmr etdi və onlar Əliyə dedilər: "İndi bildik ki, sən həqiqətən tanrısan, çünki odla cəza verən ancaq Allahdır". Səbailər Əlinin ölümünü inkar edirdilər. Onun qisas almaq və ədaləti bərpa etmək üçün qayıdacağına inanırdılar. Onlar Əlini Məhəmməd peyğəmbərin vəsiyyətinin davamçısı elan etmişlər və Əlinin imamətini “dayandırmaq” (təvəkkuf) və onun Məsih olaraq “qayıtması” ideyasını ilk dəfə irəli sürmüşdülər. Yenə bəzi səbailik mənsubları “Allah Əlidə və ondan sonra gələcək imamlarda təcəlli etdi” deyirlər. Onlar öz mülahizələri ilə insan ilahilik prinsipini İslama gətirmişlər.

Onlardan bir qrup Allahın Əli ilə bir olduğunu iddia edərək “Sən Allahsan” demişlər

Yandırılma

İbn Səbə Əlinin xilafəti zamanı Əlinin Allah, özünün də onun peyğəmbəri olduğunu iddia edirdi. Əli üç gün ondan tövbə etməsini tələb etmiş, lakin o sözündən dönməmişdir. Bundan sonra Əli onu yandırmışdır.

Abdullah ibn Səbə peyğəmbərlik iddiası edir, Əlinin Allah olduğunu deyirdi. Əli üç gün ondan tövbə etməsini tələb etmiş, lakin o sözündən dönməmişdir. Bundan sonra Əli onu eyni iddianı edən yetmiş nəfərlə birlikdə yandırmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səbailik haqqında məlumat. Səbailik nədir? Səbailik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mizrab

  • Fevral 27, 2026

    İspan

  • Fevral 27, 2026

    1553-cü il

  • Fevral 27, 2026

    Bəhai məbədləri

  • Fevral 27, 2026

    Nəsrəddin Məhəmməd

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst