Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şiələr: İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər • İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər

Hənbəli məzhəbi

  • Ana Səhifə
  • Vikipediya
  • Hənbəli məzhəbi

İslam

İslam tarixi

İmanın şərtləri

Tövhid • Mələklər
Kitablar • Peyğəmbərlər
Məad • Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət • Namaz
Oruc • Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər • Matüridilər • Qədərilər (Mötəzililər) • Cəbrilər • Mürcilər • Cəhmiyyə • Müşəbbihilər • Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər • Malikilər • Şafiilər • Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər • Auzailər • Leysilər • Səvrilər • Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər •
İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər • Xəttabilər) • Vaqifiyyə • Rafizilər (Batinilər) • Qeysanilər • Xürrəmilər • Baziğiyyə • Qurabiyyə
Xaricilər:
Mühakkimə • Əcrədilər (Meymunilər • Səələbilər) • Əzraqilər • Bəyhəsilər • İbadilər • Nəcdatilər • Süfrilər

Həmçinin bax

Sufilər • Yəsəvilik • Nəqşibəndilik • Sührəvərdilik • Xəlvətilik • Səfəvilik • Bayramilik • Bəktaşilik • Cəlvətilik • Cərrahilik • Çiştiyyə • Ehqaqiyə • Gülşənilik • Hürufilik • Kübravilik • Məlamətilik • Mövləvilik • Nemətullahiyyə • Nöqtəvilik • Qələndərilik • Qadiriyyə • Rahmaniyyə • Rifailik • Rövşənilər • Sənusilər • Şaziliyyə • Zahidiyyə • Nüseyrilər • Druzlar • İslam fəlsəfəsi

Hənbəli məzhəbi (ərəb. المذهب الحنبلية‎) — Əhli-Sünnədə dörd məzhəbdən biri. İslam dünyasında geniş yayılmış hüquq məktəblərindən biri.

Mündəricat

Yaranması

Onun qurucusu Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuş, erkən yaşlarından Quranı, hədisləri, səhabə və tabiunların həyatını dərindən öyrənmiş, ərəb dilinin incəliklərinə yiyələnmişdir. Lakin onu daha çox hədis və hüquq elmləri maraqlandırmışdır. Bu sahələr üzrə müəllimi hüquqşünas, Hənəfi məzhəbinin qazisi Əbu Yusif olmuşdur. Əhməd ibn Hənbəl mötəziliyi rəsmi dövlət ideologiyasına çevirmiş Abbasi xəlifəsi Məmunun hakimiyyəti dövründə yaşamışdır. O zamanlar mötəzilə kəlamçıları ilə sünni ənənəçiləri arasında Quranın yaradılmış olub-olmaması haqqında qızğın diskussiyalar gedirdi. Mötəzilə mənsubları Quranın yaradılmış olduğunu iddia edir, sünnilər isə bununla razılaşmırdılar. Bu durumu görən xəlifə Məmun 841-ci ildə hamıya zorla "Quranın yaradılmış olması" inancını və başqa mötəzilə ehkamlarını qəbul etdirməyə başlamışdır. Bundan sonra müsəlman alimlərinin əksəriyyəti mötəzilə ehkamlarını qəbul etsələr də, bəziləri bundan imtina etməmişlər. Bu səbəbdən təqiblərlə üzləşənlərdən biri də Əhməd ibn Hənbəl olmuşdur.

On dörd il mübarizə əzmi göstərən, yeddi il zindanlarda qalan Əhməd ibn Hənbəl mətinliyi və dönməzliyi sayəsində mötəzilə ehkamını qəbul etməmişdir. Təqiblərə yalnız xəlifə Mütəvəkkilin dövründə son qoyulmuş və mötəzilə ideologiyasından imtina edilmişdir. Alim 855-ci ildə dünyaya göz açdığı şəhərdə vəfat etmişdir.

Sistemi

Əhməd ibn Hənbəlin günümüzədək çatmış ən məşhur əsəri "Müsnəd"dir. Alimin etibarlı ötürücülərdən rəvayət olunmuş otuz min hədisi ehtiva edən bu əsəri onun oğlu Abdulla tərəfindən atasından qalmış əlyazmalar əsasında tərtib edilmişdir.

Əhməd ibn Hənbəl həm hüquqçu, həm də hədisçi olmuşdur. Buna görə də hüquqi mühakimələr irəli sürərkən hədislərə böyük önəm vermiş və onları seçərkən nəql edənlərin silsiləsinə böyük diqqət yetirmişdir. Onun başlıca şərti bu silsilənin Həzrət Peyğəmbərə (s) qədər çatması olmuşdur. Alim bu meyara cavab verməyən, hətta ən etibarlı rəvayətçilər tərəfindən söylənilmiş hədisləri belə zəif hesab edərmiş.

Hədislərdə hər hansı problem haqqında peyğəmbər səhabələrinin çeşidli şərhləri olurdusa, Əhməd ibn Hənbəl onlardan heç birinə üstünlük verməmiş və bu cür olayların problemə müxtəlif yanaşmalardan irəli gəldiyini iddia etmişdir.

Əhməd ibn Hənbəlin hüquq metodu yeddi mənbəyə əsaslanırdı:

  1. Nasslar. Bunlar Quran və Sünnədə təsbit olunan və Allah tərəfindən endirildiyi heç bir şübhə doğurmayan məlumatlardır. Nasslar olan yerdə başqa qaynaqlara güvənmək olmaz;
  2. Peyğəmbər səhabələrinin fətvaları;
  3. Səhabələrin rəyləri. Hansısa problemlə bağlı səhabələr arasında müxtəlif rəylər olurmuşsa, onda Quran və Sünnənin birbaşa göstərişlərinə (nasslara) daha yaxın olana istinad edilməlidir. Bu məsələdə Əhməd ibn Hənbəlin prinsipi analogiya (qiyas) metoduna üstünlük vermiş Şafiidən fərqlənirdi;
  4. Mürsəl və zəif hədislər. Həzrət Peyğəmbərdən (s) nəql olunan, lakin səhabə ravisi (rəvayətçisi) bilinməyən hədislərə istinad etmək mümkündür. Bunlara "mürsəl" hədislər deyilir. Alim həmçinin zəif olan, lakin saxtalığı sübuta yetirilməyən hədislərə də istinad edilməsini məqbul sayırdı;
  5. Qiyas. Yuxarıda verilmiş dörd mənbə ilə çözülməyən hüquqi problem, ilk qaynaqların (Quran və Sünnənin) mənalarına bənzərlik (analogiya) yolu ilə çözülə bilər. Bu metodu Həzrət Peyğəmbərin (s) səhabələri də tətbiq etmişlər;
  6. İcma. Əsrlər boyu hansısa problem haqqında müxtəlif hüquqçuların eyni fikirdə olmaları;
  7. İstishab. Hər fətvanın hüquqi təsiri onu əvəz edən yeni dəlilin tapılmasınadək qüvvədə qalmaq.

Hənbəli təliminin əsasları alimin davamçıları tərəfindən inkişaf etdirilib, günümüzədək gəlib çatmışdır. Bu məzhəbdə bir-neçə istiqamət vardır. Hənbəlilər ictihadın yekunlaşdığını qəbul etmirlər. Onların fikrincə, dini və hüquqi məsələlərin araşdırılması hər zaman davam etməlidir. Bununla yanaşı, onlar müctəhidin də olmasını vacib bilirlər. Çünki zaman ötdükcə müxtəlif problemlər ortalığa çıxır və bunların çözülməsi üçün bilikli adamlar olmalıdır.

Hənbəli məzhəbində müftilərə qarşı yüksək tələblər irəli sürülür. Onlar fətva vermək üçün Quran və Sünnəni, səhabə və tabiunların fətvalarını, məzhəbin hüquqi metodlarını mükəmməl bilməlidirlər. Müftilərin bu sahələrdə təbii keyfiyyətləri də çox önəmlidir.

Yayılması

Fundamental nəzəri əsasına, müftilərin yaxşı hazırlılığına, ictihadın açıq olmasına və başqa üstünlüklərinə baxmayaraq, Hənbəli hüquq məktəbi geniş yayılmamışdır. Ərəbistanda yalnız Səud sülaləsi hakimiyyətə gələndən sonra Hənbəli məzhəbi rəsmi dövlət statusunu almışdır. Buna qədər hənbəlilər müsəlman dünyasında azlıq təşkil etmişlər.

Hənbəli məzhəbinin az yayılmasının səbəbi onun nisbətən geç yaranması və mühafizəkar olmasıdır. Hənbəlilər başqa məzhəblərin nümayəndələrindən daha çox dinin xarici tərəflərinə diqqət yetirir, öz ardıcıllarından Həzrət Peyğəmbərin və səhabələrinin həyatlarına tam uyğun yaşamağı tələb edirlər. Bəzən bu mövqe, hətta dini ifratçılığa gətirib çıxarır. Lakin hənbəlilərin arasında mötədil mövqeli adamlar da az deyildir.

Həmçinin bax

  • Əhli Sünnə
  • Şafi məzhəbi
  • Maliki məzhəbi
  • Şafi məzhəbi
  • Əhməd ibn Hənbəl

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hənbəli məzhəbi haqqında məlumat. Hənbəli məzhəbi nədir? Hənbəli məzhəbi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yakov Aqarunov

  • Fevral 27, 2026

    Cindağ (Şahbuz)

  • Fevral 27, 2026

    Aspaziya

  • Fevral 27, 2026

    E.ə. 305

  • Fevral 28, 2026

    Qobustan (Qaradağ)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst