Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Azərbaycan hip-hopu və ya Azərbaycan repi — hip-hop musiqi janrının növü. 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənk

Azərbaycan hip-hopu

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan hip-hopu

Azərbaycan hip-hopu və ya Azərbaycan repi — hip-hop musiqi janrının növü. 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrında mahnı səsləndirib. 1990-cı illərin ortasında Azərbaycan hip-hopu ölkədə məşhurluq qazanmışdır.

Azərbaycan musiqisi
Ümumi mövzular
  • Musiqi alətləri
  • Xanəndə
  • Muğam üçlüyü
  • Tar ifaçılıq sənəti
  • Rəqslər
  • Balet
Janrlar
  • Caz
  • Dini
  • Hərbi
  • Hip hop
  • Klassik
  • Opera
  • Pop
  • Rok
  • Xalq musiqisi
    • Layla
    • Nanay
    • Ağı
Xüsusi formalar
Milli musiqi
  • Aşıq musiqisi
  • Meyxana
  • Muğam
  • Təsnif
Alt janrlar
  • Caz-muğam
  • Muğam operası
  • Simfonik muğam
Media və təqdim etmə
Musiqi festivalları
  • Bakı Caz Festivalı
  • Bakı payızı
  • Xarı bülbül festivalı
  • Beynəlxalq muğam festivalı
  • Hacıbəyov musiqi festivalı
  • Qəbələ Musiqi Festivalı
  • Qızıl payız-69
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni
  • b
  • m
  • r

Mündəricat

Tarixi

1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1993-cü ildə Anar Nağılbazın "Kasıbların mahnısı" adlı mahnısı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırmışdı. Daha sonra 1990-cı illərdə vətənpərvər musiqi yarışmasında qalib gələn "Dəyirman", "Ya Qarabağ, Ya Ölüm" adlı mahnısı ilə populyarlıq qazandı.

2000-ci illərdə "Mən də varam" kimi televiziya verilişləri və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdi. Ölkədə janrın populyarlığına baxmayaraq, Azərbaycanda rep kommersiya şəklini almayıb. 2000-ci illərin sonunda H.O.S.T. qrupu Azərbaycan musiqi səhnəsində populyarlıq qazandı.

2010-cu illərdə repçi Miri Yusifin reqqi və soul-pop janrlarından ibarət olan "Karma" albomu Azərbaycanın musiqi çartlarıda birinci yeri tutmuşdur. 2011-ci il dekabr ayının 11-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Əfsanə geri dönür" şüarı altında "Leyli və Məcnun" hip-hop müziklının premyerası baş tutmuşdur. Tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnunu Elşad Xose, Məcnunun atası rolunu Alim Qasımov, Leylinin atasını meyxana ustası Ağamirzə ifa ediblər. 2016-cı ildə Uran Azərbaycan repində ilk dəfə 100 misralıq non-stop trek çıxarıb.

2018-ci ildə Azərbaycanda "Kəllə-Kəlləyə" rep-battl arenası məşhurluq qazanıb.

Mövzular

Vətənpərvərlik mahnıları

Digər musiqi janrlarında olduğu kimi, vətənpərvərlik ruhunda yazılan mahnıların Azərbaycan hip-hopunda xüsusi yeri var. Bu mövzuda "Dəyirman" qrupunun "Ya Qarabağ, Ya Ölüm", Uranın "Kor zabit", "Kor zabit 2", "İçimdə ağrım", "Vətən balladası", və s., Anar Nağılbazın "Ey erməni", Qaraqanın "Xocalı", Hüseyn Dəryanın "Soy", Okaberin "Taboo" mahnılarını qeyd etmək olar.

Sevgi mahnıları

Azərbaycan hip-hopunda sevgi mövzusunda mahnılar adətən duet formasında olur. Uğurlu duetlərdən Anar Nağılbazın Brilliant Dadaşova ilə "Mən səni sevirəm", Elşad Xosenin Elnarə ilə "Uzaqlara", Röya ilə "Gəl danış", Elli ilə "Çıx get", Günay İbrahimli ilə "Yadına sal", Elmira Ələkbərzadə ilə "Tənhayam" mahnılarını qeyd etmək olar.

Sosial-iqtisadi mahnılar

Azərbaycan hip-hopunda cəmiyyətdə baş verən sosial-iqtisadi hadisələr geniş yer alır. Bu mövzuda Qaraqanın "Bir", "Dəyirman" qrupunun və Elşad Xosenin "Cənab prezident", Uranın "Tam səmimi", Anar Nağılbazın Promete ilə "Qəribə vaxtlar", Hüseyn Dəryanın "Kef elə" və H.O.S.T.-un "Mənim Mübarizəm" mahnılarını qeyd etmək olar.

Məşhurluğu və təsiri

2010-cu illərdə Facebook və Youtube kimi sosial şəbəkələrinin internet cəmiyyətində artan rolu Azərbaycan rep musiqisinin digər ölkələrə daha da yayılmasına səbəb oldu.

Avropa

Rusiya

Azərbaycan hip-hopu Rusiya hip-hopuna da təsir göstərmişdir. 2000-ci illərdə Pauk və Ptaxa, 2010-cu illərdə isə Rusiyanın pop və hip-hop musiqi səhnəsində "Azərbaycan dalğasına" aid olan HammAli & Navai, ELMAN, TERNOVOY, Jah Khalib, Jony, Bahh Tee və Kaspiyskiy Qruz kimi ifaçılar və qruplar uğur qazanmışdır.

2015-ci ildə Kaspiyskiy Qruzun "Storona A / Storona B" (azərb. Tərəf A / Tərəf B‎) albomu, Rap.ru saytının "İlin Ən Yaxşı Rus Albomu" siyahısına düşüb. 2017-ci ildə HammAli & Navai-nin ilk hiti "Tı moya ximiya" (azərb. Sən mənim kimyamsan‎) Rusiyada ən çox dinlənən mahnıların Top 20-liyinə düşüb.

Görkəmli sənətçilər

Şəxslər

Kişi

Anar Nağılbaz  · Elşad Xose  · Qaraqan
  • ABD Malik
  • Albay Əfəndi
  • Anar Nağılbaz
  • Cin
  • Çingiz Mustafayev
  • Elşad Xose
  • Epi
  • Hüseyn Dərya
  • Xpert
  • Qaraqan
  • Qurd
  • Miri Yusif
  • Okaber
  • Orxan Qarabasma
  • Paster
  • PRoMete
  • Saybu Swag
  • Uran

Qruplar

  • Dəyirman
  • H.O.S.T.

Həmçinin bax

  • Meyxana
  • Muğam
  • Azərbaycan xalq musiqisi
  • Azərbaycan klassik musiqisi
  • Azərbaycan pop musiqisi
  • Azərbaycan roku
  • Azərbaycan aşıq sənəti

Ədəbiyyat

  • Səid Riad. #Intro: Repin Tarixi. BaşlaKitab — 2018. 160 səh.
  • Səid Riad. OUTRO: Repin Təhlili. BaşlaKitab — 2022. 146 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan hip-hopu haqqında məlumat. Azərbaycan hip-hopu nədir? Azərbaycan hip-hopu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Gülşən Kərimova

  • Fevral 26, 2026

    Windows 3.x

  • Fevral 26, 2026

    BMP (format)

  • Fevral 27, 2026

    Starıy Krım

  • Fevral 27, 2026

    Məzdək

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www. - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları:
Üst