Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elşad Xose müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Dəyirman, Elçin Cəfərov, Elmira Ələkbərzadə, Elnarə Xəlilova, Faiq Ağayev, Günay İbrahimli, Ma

Elşad Xose

  • Ana Səhifə
  • Vikipediya
  • Elşad Xose

Elşad Xose (tam adı: Elşad Əliyev; 25 sentyabr 1979, Bakı) — Azərbaycan repçisi.

Elşad Xose
Elşad Əliyev
Ümumi məlumatlar
Ləqəbi Xose
Doğum tarixi 25 sentyabr 1979 (46 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Repçi, radio aparıcı
Fəaliyyət illəri 1999—
Janr Hip-hop

Elşad Xose müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Dəyirman, Elçin Cəfərov, Elmira Ələkbərzadə, Elnarə Xəlilova, Faiq Ağayev, Günay İbrahimli, Manana Caparidze, Miri Yusif, Natavan Həbibi, Röya, Samirə Allahverdiyeva, Zülfiyyə Xanbabayeva və digər sənətkarlar ilə əməkdaşlıq edib.

Mündəricat

Həyatı

Erkən illəri

1979-cu il sentyabr ayının 25-də Bakıda dünyaya gəlmişdir. Özünə "Xose" təxəllüsünü məktəb vaxtı götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib.

Populyarlıq qazanması

1999-cu ildə 106 FM radio stansiyasında aparıcı işləyib. Radioda işləyən dövrdə özünün ilk treki olan "Allah" mahnısını yazdırıb.

2000-ci ildə "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb. Həmin ildə Şövkət Ələkbərova ilə virtual duet yaradıb, "Qəmgin mahnı" ilə Azərbaycan musiqi səhnəsində uğur qazanmışdır. O, bu mahnını studioda 20 dəqiqəyə yazmışdır. Klipin prezentasiyası 2000-ci il mayın 27-də Bakının "Tunnel" disko klubunda keçirilib.

Albomun buraxılışından sonra yaradıcılığına fasilə verib, Rusiyanın Moskva şəhərinə köçmüşdür.

Sonrakı illər

2007-ci ilin sentyabr ayında Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Elşad Xose saxlanılaraq, onun üzərindən 0,533 qram heroin aşkarlanmışdı. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə 2 aylıq müddətə həbs qətimkan tədbiri seçilib.

2011-ci il dekabr ayının 11-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Əfsanə geri dönür" şüarı altında "Leyli və Məcnun" hip-hop müziklının premyerası baş tutmuşdur. Tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnunu Elşad Xose, Məcnunun atası rolunu Alim Qasımov, Leylinin atasını meyxanaçı Ağamirzə ifa ediblər.

Şəxsi həyatı

2010-cu ildə Azad Azərbaycan TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib.

2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə evlənmişdir. 2012-ci il sentyabrın 18-də cütlük ayrılmışdır. 2021-ci ilin dekabr ayında Lətifə adlı xanımla ailə qurub.

Həbs

2016-ci ildə E.Xose Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılmışdı və üzərindən 0,553 qram heroin götürülmüşdü. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılmışdı.

2017-ci il oktyabr ayında Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib və E. Əliyev saxlanılaraq istintaqa cəlb olunub.

8 yanvar 2026-ci ildə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Diskoqrafiya

Elşad Xosenin diskoqrafiyasına 7 studiya albomu daxildir.

Studiya albomları
Ad İl Albomun üz qabığı Qeyd
Jizn ne menyaetsa 2000
Trek siyahısı
№BaşlıqMüddət
1."К нам не лезь, не надо"3:53
2."Город"4:33
3."Жизнь не меняется"4:59
4."Если очень хочешь" (feat. Eka)4:08
5."Не злись" (feat. Spider 187)5:00
6."Это моя жизнь"2:49
7."Sahil"3:47
8."Allah"2:18
9."Ürəyim" (feat. Zülfiyyə Xanbabayeva)4:00
10."Dönmə geri" (feat. Faiq Ağayev)3:24
11."Aylı gecə" (feat. Şeyla)4:37
12."Qəmgin mahnı" (feat. Şövkət Ələkbərova)2:03
Canlı yayım 2002 [[Fayl:|150px]]
Trek siyahısı
№BaşlıqMüddət
1."İntro"1:05
2."Ordan burdan"3:57
3."Tənhayam" (feat. Elmira Ələkbərzadə)3:36
4."Жизнь серая" (feat. Ser-G)4:39
5."Мне все по..." (Skit)1:48
6."Yuxuma gəl" (feat. Manana Caparidze)2:38
7."Heç kəs əbədi deyil" (feat. Samirə Allahverdiyeva)3:55
8."Qayıtdı xəyallar" (feat. Samirə Allahverdiyeva)4:13
9."Я покидаю этот город" (feat. Samirə Allahverdiyeva)3:50
10."Plagiat" (Skit)2:25
11."Kimdi?"3:59
12."Neylərsən" (feat. İlhamə Quliyeva)2:51
13."Hər şey bizə azdı" (feat. Anar Nağılbaz)3:58
14."Город" (Remix)4:33
15."Neylərsən" (feat. Eka (Remix))4:08
Plagiat 2003
Trek siyahısı
№BaşlıqMüddət
1."İntro"0:44
2."O naz edir" (feat. Miri Yusif)3:18
3."Bu nə güzaran" (feat. Savash)2:50
4."Müxbirlər çaşıb"3:23
5."Xos" (feat. Miri Yusif)4:04
6."Sous" (feat. Dəyirman)6:09
7."Rusiya"3:34
8."Göbələk" (feat. Dəyirman & Anar Nağılbaz)6:25
9."Vay vay vay" (feat. Miri Yusif)2:18
10."Lal, kor, kar" (feat. Dəyirman)5:47
Hər atdığım addım 2004 [[Fayl:|150px]]
Trek siyahısı
№BaşlıqMüddət
1."Uzaqlara" (feat. Elnarə Xəlilova)4:15
2."Plagiata yox" (feat. Elnarə Xəlilova)3:34
3."Bezmişəm"4:12
4."Keyfdi bu"2:57
5."Özünü tanı"3:28
6."Hər atdığım addım"2:21
7."Əyləncə" (feat. Dəyirman & Jin & Nadir)5:28
8."Dəbdi bu" (feat. Miri Yusif & Jin & Nadir)3:53
9."Cənab prezident" (feat. Dəyirman)6:25
10."Corc Buş haralıdır?" (feat. Dəyirman)3:58
11."Аzərbaycan" (feat. Dəyirman & Faiq Ağayev)3:51
İxlas 2005
Trek siyahısı
№BaşlıqMüddət
1."Azdı 2" (feat. Jin & Nadir)3:43
2."Gəl hamama"0:44
3."Gülüm mənim"0:25
4."İxlas"3:17
5."Mavi" (feat. Dəyirman & Aygün Kazımova)4:50
6."2000 — 2004 Mix"2:01
7."Next 2" (feat. Dəyirman)3:47
8."Next" (feat. Dəyirman)3:15
9."Oxay"3:34
10."Qızıl balıq"3:12
11."Yay"0:46
12."Yox yox"3:18
Hip-Hop Namə 2008
Trek siyahısı
№BaşlıqMüddət
1."İntro"0:57
2."Atalar üçdən deyib"3:17
3."Axtara axtara" (feat. Alim Qasımov & Almaz Ələsgərova)1:55
4."Az danış"1:06
5."Gəl ceyranım"2:38
6."Dedi qodu"0:56
7."Düşüncə" (feat. Miri Yusif & Samirə Allahverdiyeva)3:04
8."Freestyle" (feat. Erkin)1:00
9."Мне все по... 2"1:20
10."Yox yox" (SoundLab Remix)4:06
11."Outro"2:26
İnsaf 2011
Trek siyahısı
№BaşlıqMüddət
1."Nur" (İntro)1:12
2."Yox təbəssüm"3:12
3."Qapını bağla" (feat. Miri Yusif)3:41
4."Mənidə apar" (feat. Samirə Allahverdiyeva)3:32
5."Damcı" (Skit)0:37
6."Dedi yalan"3:51
7."Mənə nə?" (feat. MC Murad)3:38
8."İnsaf"3:42
9."Mən, sən, birdə o" (feat. Günay İbrahimli)4:02
10."Müqəssir" (feat. Natavan Həbibi)3:50
11."O sən deyilsən" (feat. Elçin Cəfərov & MC Murad)4:02
12."Dəstəmaz" (Outro)2:18

Filmoqrafiya

  1. Mələyin öpüşü (film, 2017) — Elxan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elşad Xose haqqında məlumat. Elşad Xose nədir? Elşad Xose nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alludo

  • Fevral 27, 2026

    Playboy

  • Fevral 25, 2026

    Uran (planet)

  • Fevral 27, 2026

    Xəstəliklər

  • Fevral 27, 2026

    Namyur

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst