Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elxan Aqşın oğlu Zeynallı və ya səhnə adı ilə Qaraqan (3 aprel 1987, Bakı) — azərbaycanlı repçi, musiqiçi, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli K

Qaraqan

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraqan

Elxan Aqşın oğlu Zeynallı və ya səhnə adı ilə Qaraqan (3 aprel 1987, Bakı) — azərbaycanlı repçi, musiqiçi, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibidir.

Qaraqan
Elxan Aqşin oğlu Zeynallı
Bakı Caz Mərkəzindəki konserti zamanı. 2014
Bakı Caz Mərkəzindəki konserti zamanı. 2014
Ümumi məlumatlar
Digər adı Elxan Zeynallı
Ləqəbləri Qaraqan, BlackBlood, Qarğa, Dərzi, QQ
Doğum tarixi 3 aprel 1987(1987-04-03) (38 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, yazıçı
Fəaliyyət illəri 2005-ci ildən
Janrlar hip-hop[d], rep
Musiqi aləti piano
Albom şirkətləri H.O.S.T Production, MadHouse Community
Mükafatları İlin gənci, AYB-nin ən gənc üzvü, Milli Kitab mükafatı
qaraqan.org

Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dilində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb.

Mündəricat

Karyerası

Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib.

2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı "Исповедь Одного Извpaщeнцa" romanı rus dilli kütlə üçün nəzərdə tutulur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konserti baş tutur. 2011-ci ildə "Uşaq yardım" kampaniyasında iştirak edir və "Bir" trekinə klip çəkilir. 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə "A" romanı ABŞ-də çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ildə "Коpоткое Зaмыкaние" adı altında Moskva konserti baş tutur. 2013-cü ildə "Evakuasiya" adlı romanı maraqla qarşılanır. 2013-cü ilin noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım: Beş anonim milyonçu" təqdim edilir.. 2014-cü ilin Dekabr ayının 27-sində yazıçının "Üç addım" trilogiyasının "İkinci addım"ı çapdan çıxır. Elə həmin gün oxucuları ilə BMM-də görüşən yazıçı kitabını təqdim edir və kitabdakı mövzularla bağlı seminar keçir. Görüşdə iştirak edən 250 nəfər oxucuya imzalı kitab verilir. 2016-cı ildə isə "Üçüncü addım" kitabını çapdan çıxardan yazıçı trilogiyanı başa vurur. 2019-cu il aprel ayının 3 də "Art və Xaos" kitabı oxuculara təqdim etdi. 2023-cü il 29 sentyabrda yenidən karyersına "Söz" adlı treki ilə davam edir.

Diskoqrafiyası

Albomlar

Qısa Qapanma (2009)

  1. Öz dünyam
  2. Mən və sən (ft. Ayka)
  3. Bir
  4. H. O. S. T.-çu
  5. Praqa (ft. Ayka)
  6. Metamarfoza
  7. Mənim dərdim
  8. Sən yoxsan (vokal: Ayka)
  9. Dost
  10. Hərb və sülh
  11. Qan və qum
  12. Dön
  13. Qısa qapanma (vokal: Ayka)
  14. Qar
  15. Hardadır?
  16. İnsanlar
  17. Ağ atlı şahzadə (ft. Ayka)
  18. Cinayət və cəza
  19. Sadəcə bir rəqs
  20. Yol (ft. Ayka)
  21. Həqiqət axtarışları (ft. AiD & ProMete)
  22. Azad Azərbaycan (ft. ProMete & AiD & Ayka)

İşıq (2011)

  1. Qaraqan qayıtdı!
  2. Öz başına
  3. BlackBerry (ft. Səbinə Babayeva)
  4. Bowling
  5. Mən inanmıram
  6. Söndür dünyanı
  7. Aysel (ft. Aysel)
  8. Salam, can
  9. Shaggy (skit)
  10. Mr. Loba-Loba (ft. Nadir Nağd Pul)
  11. Kağız gəmilər
  12. İşıq
  13. Valideynlər
  14. Qadın ətri
  15. Dekabr və payızım
  16. Baş rolda özüm
  17. Sakit okean
  18. 1, 2, 3!
  19. Sevgilimə (Hardadır? 2)
  20. Həyatın qanunları
  21. Qaraqanologiya
  22. Oyuncaq
  23. Sevgi qonaq gəlir (ft. Aysel)
  24. Güc var (ft. Aysel) (Etiraf Otağı 2)

Leykemiya (2012)

  1. Intro
  2. Leykemiya
  3. Əlvidalarımı Payladım
  4. Mələk
  5. Söz qarı
  6. Aç balaca qanadlarını
  7. Gübrə
  8. Dua
  9. Salam, Allah
  10. Get
  11. Başqa həyatlar
  12. Bir neçə saatlıq
  13. Son
  14. Outro

Qışlaq (2016)

Qaraqanın uzun müddət sonra qayıdışı (2023)

  1. Söz
  2. Bənövşə (ft. Bîdar)
  3. Bəyaz Duman
  4. O Dünyanı Görüb Gəldim
  5. Sonuncu aşırım
  6. Qızım
  7. Yetdimi
  8. Özümə (ft. Bîdar)
  9. Yarasa
  10. Günəş Altında
  11. Yadımda
  12. Leylim
  13. İçindəki Zülmətin
  14. Zəncirbəndi
  15. Mərcan Ağacı
  16. Səhraların Ulduzu (ft. Nazryn)
  17. Yabanı Çiçək
  18. Ekzistensial
  19. Heç Nə
  20. Sıradan Adam
  21. Bir Alov Yanır
  22. Dağlar (ft. Miri Yusif)
  23. Səhralara Küllərimi

Retroqrad (2025)

  1. Entrée
  2. Gəl və Bax
  3. Retroqrad
  4. Böyük Şəhərlər, Kiçik İnsanlar
  5. Tənhalıqdan Ayrıldım
  6. Həzin Nəğmələr
  7. Bari-Mövsüm
  8. Sahillər (Gəmilərini Gözlər)
  9. Laləzar
  10. Dalğaların Səsi
  11. Leviafan
  12. Tanrılı Gecələr (ft. Pünhan Azim)
  13. Mən Qədər Sevən (ft. Bahar)
  14. Durnalar (ft. İlqar Muradov)
  15. Əksinə (ft. Jasur Nematov)
  16. Leyli Qaç Evə
  17. Qayıdırıq Payıza
  18. Odər
  19. Rubikon
  20. Gecə Yorğunu
  21. Side Effect

Yazıçılıq fəaliyyəti

  • A (2007)
  • Bir milyon dollarım olsaydı (2009)
  • Исповедь Одного Извращенца (2011)
  • A (ingilis dilində) (2012)
  • Mələk (2012)
  • Evakuasiya (2013)
  • Şeytanın kitabı (—)
  • Birinci Addım (2013)
  • İkinci Addım (2015)
  • Üçüncü Addım (2016)
  • Art və Xaos (2019)

Konsertlər və Tədbirlər

Qısa qapanma

27 noyabr 2010-cu il tarixində Qaraqanın solo konserti baş tutur. Bu H. O. S. T.-un 2010-cu il tarixində sonuncu konserti olur.

"Mənim Qaranlığım" (Hip-Hop Musicial)

12 aprel 2011-ci il Azərbaycan Opera və Balet Teatrında Qaraqanın "Mənim qaranlığım" adlı konserti keçirilir. Elə həmin gün "İşıq" albomu da işıq üzü görür. Azərbaycanda ilk dəfə balet və pantomimin müşayiəti ilə keçirilən hip-hop musical konsertə müxtəlif yaş qruplarına mənsub tamaşaçılar gəlir. Tədbirin rəsmi qonaqları sırasında ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşları, siyasətçilər, şou-biznes nümayəndələri olur. Tədbirin birinci hissəsini pantomima aktyoru Pərviz Məhərrəmov açır. Pantomim rəqsinin ardınca proqram Qaraqanın musiqiləri və klipləri ilə davam edir. Konsetdə, həmçinin, H. O. S. T. qrupunun üzvü PRoMete, Miri Yusif və gənc şair Əli Xəyyam da çıxış edir.

Qısa Qapanma

24 mart 2013-cü il tarixində Qaraqanın Moskva şəhərində solo konserti baş tutur. "Moskva Hall" adlı məkanda öz həmvətənləri ilə görüşür. Daha sonra konsert proqramı Qaraqanın musiqiləri ilə davam edir.

Kölgədən adamlar

26 may 2013-cü il, Baku Jazz Center. Emin Kəriminin müşayəti ilə.

Akustik konsert

25 may 2014-cü il, Baku Jazz Center.

Son Renessans

8 noyabr 2014-cü ildə "Opera və Balet" teatrında Qaraqanın daha bir konserti baş tutur. O, 3 il sonra yenidən öz dinləyiciləri ilə bu səhnədə görüşür. Bu konsert çoxlarının yaddaşına həkk olunur. Konserdə canlı musiqi, orkestr, teatral səhnələr və yeni albomdan mahnılar ilk dəfə səslənir.

The BlackBlood

21 fevral 2015-ci il, Otto Club. "BlackBlood" albomunun təqdimatı.

SXSW musiqi festivalı

Müəyyən müddət ərzində Qaraqan Amerikada oldu. Səbəb SXSW Festivalındakı çıxışlar və Ştatlar üzrə konsert proqramlar olmuşdur. SXSW dünyanın ən böyük musiqi festivallarından biridir. Öz miqyası və populyarlığına görə qərbin ən böyük musiqi festivalıdır. Bu festival Amerikada Texas ştatının paytaxtı olan Austin şəhərində keçirilir. Bu yalnız musiqi deyil həm də, film, start-up festivalıdır. Twitter, Foursquare kimi məşhur proqramlar ilk uğurlarını burada qazanıb. Eləcə də Katy Perri bu festivalda çıxışı ilə məşhurlaşıb. Festivalda iştirak üçün yerli və beynəlxalq 15.000–20.000 musiqi qrupu arasından yalnız 1000–1500 ifaçı seçilir. Festivalda çıxış edən məşhur rep ifaçıları arasında Eminem, 50Cent, Kanye West, Lil Wayne və digərlərinin adını çəkmək olar. "Dünyanın ən məşhur rap ifaçıları ilə eyni səhnəni bölüşmək bizim üçün çox xoş olacaq" deyən Qaraqan Austin, Houston şəhərlərində yaşayan bütün həmyerlilərimizi konsertinə dəvət etmişdir. Festivaldakı "Metamarfoza" adı altında 8 – 18 mart arası konsertlərimizdən sonra Qaraqanın Texas Universitetində tələbələrlə görüşü və kitabların təqdimatı oldu. Daha sonra Los Angeles, Hollivudda Amerika üçün yeni albom yazılışlarına start verildi.

Mədrəsə - I / II

7 dekabr 2024-ci il, Nizami Kino Mərkəzi, Bakı.

Mədrəsə - III / IV

11 yanvar 2025-ci il, Nizami Kino Mərkəzi, Bakı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraqan haqqında məlumat. Qaraqan nədir? Qaraqan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Həzrəmövt

  • Fevral 10, 2026

    İran

  • Fevral 27, 2026

    Laçın şəhəri

  • Fevral 27, 2026

    Vitali Vulf

  • Fevral 27, 2026

    Mark Şattlvort

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst