Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1991-ci il oktyabr ayının 18-də Bakıda anadan olub. O, talışəsillidir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 20

Paster

  • Ana Səhifə
  • Vikipediya
  • Paster

Pərviz Quluzadə və ya səhnə adı ilə Paster (18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi.

Paster
Pərviz Quluzadə
Ümumi məlumatlar
Ləqəbləri Nifrət, Difai
Doğum tarixi 18 oktyabr 1991(1991-10-18) (34 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan
Həyat yoldaşı Natavan Əfəndiyeva (e. 2023)
Uşağı 1
Musiqiçi məlumatları
Fəaliyyəti solo ifaçı
Fəaliyyət illəri 2009-cu ildən
Janrlar rep, hip-hop[d]
Əlaqəsi Synaps Production

Mündəricat

Həyatı və karyerası

Erkən illəri

1991-ci il oktyabr ayının 18-də Bakıda anadan olub. O, talışəsillidir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Onun Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib.

Məşhurlaşması

2016-cı ildə karyerasında yeni mərhələ başayır. Onun Dost və OD ilə birgə ifa etdiyi "1st class" treki böyük diqqət cəlb edir. 2017-ci ildə ilk albomu olan "Puldan baha" işıq üzü görür. 2018-ci ildə "Dorian Gray" sinqlını ərsəyə gətirib. 2018-ci ildə Xpertlə birgə ölkənin müxtəlif bölgələrinə tura çıxıb. 2019-cu ilin sonunda "Kəllə-Kəlləyə" layihəsi çərçivəsində rep-batlda etdiyi çıxışı ilə ölkədə böyük səs-küy yaratmışdır. 2020-ci ildə sayca ikinci solo albomu olan "Bina" albomunu təqdim edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr olunmuş "Yaşma" trekini oxuyub. 2021-ci ildə "Pulumu doğ" adlı trekini təqdim edib. 2023-cü ildə "Çirkin" albomu, bir il sonra isə RZZA ilə birlikdə "Lotos" mini-albomu işıq üzü görüb.

Sonrakı illər

2019-cu il dekabrın 26-da Binəqədi Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb. Bəzi ictimai fəalların sözlərinə görə, onun saxlanmasına səbəb dekabrın 9-da yazdığı "Gang" adlı mahnısında "Paşa Bank" haqqında ifa etməsi olub. 2020-ci il yanvarın 21-də gündüz saatlarında cəza müddətini başa vuraraq azadlığa çıxıb.

O, müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib.

Şəxsi həyatı

21 yanvar 2023-cü ildə Natavan Əfəndiyeva ilə ailə həyatı qurmuşdur. Albert adlı bir oğlu var.

Diskoqrafiya

Sinqllar

  • "Artıq sabahdır" (2009)
  • "Mən gedirəm"
  • "Cavab ver"
  • "Newschool"
  • "Heyatın oyunu"
  • "Marshal ve biz"
  • "Forever"
  • "Smackdown"
  • "Music note"
  • "Love and peace"
  • "Küçələr bizimdir" (2013)
  • "Huk"
  • "Klick klick baau"
  • "Pis teatr"
  • "Like 10"
  • "Meqabaytlar"
  • "TTM"
  • "Fransızsayağı işgəncə"
  • "North west"
  • "Bang bang"
  • "Demo"
  • "X noise"
  • "Label 3"
  • "Ağır metal"
  • "İri çaplı"
  • "1st class" (2016)
  • "Dorian Gray" (2017)
  • "Phenom" (2018)
  • "Yolunda" (2019)
  • "Gang" (2019)
  • "Diss" (2020)
  • "Ya indi, ya heç vaxt" (2020)
  • "Gəzirəm" (2020)
  • "Yenidən" (2020)
  • "Chain" (2020)
  • "Qayıt gəl" (2020)
  • "Yaşma" (2020)
  • "Pulumu doğ" (2021)
  • "Bi skmə döül" (2021)
  • "6 AM" (2022)
  • "Ayka" (2022)
  • "Six-Six" (2023)
  • "LLC" (2023)
  • "İgid Ölər, Adı Qalar" (2023)
  • "Ömür kömür kimi" (2023)
  • "Vid ver" (2023)

Albomlar

Onun diskoqrafiyasına 3 studiya albomu daxildir.

Ad İl Albomun üz qabığı Qeyd
Puldan baha 2016
Trek siyahısı
№BaşlıqMüddət
Bina 2020
Trek siyahısı
№BaşlıqMüddət
1."Ya indi, ya heç vaxt"2:42
2."Gəzirəm"4:14
3."Yenidən"3:31
4."Chain" (feat. Saybu Swag)4:39
5."Qayıt gəl" (feat. OD)3:22
Çirkin 2023
Trek siyahısı
№BaşlıqMüddət
1."Spinner"1:44
2."Easy Job"2:44
3."Malakan" (feat. OD)2:57
4."Zəngəzur" (feat. OD)3:55
5."Wake Up" (feat. OD)2:37
6."Aydınlandım"3:25
7."Oh No" (feat. Rio)3:20
8."Qan Pul" (feat. RIO)2:29
9."Taksist"1:20
10."Bane"3:30
11."Loo"3:07
12."Amen" (feat. RZZA)3:19
13."Surfing"4:03
14."Jameson" (feat. RZZA)3:15

Solo konsertlər

  • 2023-cü il iyulun 1-də Elektra Events Hall-da Çirkin adlı solo konsert
  • 2023-cü il sentyabrın 9-da Elektra Events Hall-da Bakı Tərpən adlı solo konsert

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Paster haqqında məlumat. Paster nədir? Paster nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Araqon krallığı

  • Fevral 27, 2026

    Yaroslav Mudrı

  • Fevral 26, 2026

    Qurani Kərim

  • Fevral 27, 2026

    Dempferləmə (söndürmə)

  • Fevral 27, 2026

    Firudin Cəm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst