Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun Yuxarı Salahlı kənd inzibati ərazi dairəsində kənd.

Yuxarı Salahlı

  • Ana Səhifə
  • Vikipediya
  • Yuxarı Salahlı

Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun Yuxarı Salahlı kənd inzibati ərazi dairəsində kənd.

Kənd
Yuxarı Salahlı
41°14′37″ şm. e. 45°16′01″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qazax rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 252 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Yuxarı Salahlı xəritədə
Yuxarı Salahlı
Yuxarı Salahlı

Mündəricat

Tarixi

Qazax mahalının qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı.

Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar:

  • Salahlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda qəsəbə.
  • Salahlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd.
  • Salahlı (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd.
  • Salahlı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
  • Salahlı Kəngərli — Azərbaycanın Ağdam rayonunda kənd.

Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı XIX əsrin sonlarından ara-sıra rast gəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir.

"Yeddi oğul istərəm" filmindəki Peykanlı kəndinin bir çox kadrları Yuxarı Salahlıda çəkilib.

Toponimikası

Yuxarı Salahlı oyk., miir. Düzənlikdədir. Keçmiş adı Salahlı olmuşdur. XIX əsrdə ondan əmələ gəlmiş yeni məntəqə Aşağı Salahlı, əvvəlki kənd isə Yuxarı Salahlı adlandırılmışdır. Keçmişdə Qıraq (Kürün qırağında yerləşdiyi üçün) Salahlı da adlanmışdır. Oykonimin ikinci komponenti qazaxların salahlu tayfasının adını əks etdirir.

Əhalisi

  • 1835-ci ilə olan məlumata əsasən Gürcüstan quberniyasının Qazax distansiyasının Salahlı kəndində 600 evdə 2500 nəfəri kişilər, 1520 nəfəri isə qadınlar olmaqla toplam 4020 nəfər tatar əhali yaşayırdı.
  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 3645 nəfər əhali yaşayır. Əhalinin 1822 nəfəri kişilər, 1823 nəfəri qadınlardan ibarətdir.

Görkəmli şəxsləri

Siyahıda göstərilən 1867-ci ildən öncə doğulmuş şəxslərin anadan olduqları kəndin adı Salahlı, bu tarixdən sonra doğulanların isə anadan olduqları həmin kəndin adı isə sənədlərdə Yuxarı Salahlı kimi qeyd olunmuşdur.

  • Molla Pənah Vaqif (1717–1797) — 18-ci əsrin klassik şairi, müdərris.
  • Səməd Vurğun (1906–1956) — Azərbaycanın ilk xalq şairi.
  • Məqsud Şeyxzadə (1908–1967) — Özbəkistanın xalq şairi.
  • Leyla Vəkilova (1927–1999) — Azərbaycanlı balerina, Azərbaycan SSR xalq artisti, SSRİ xalq artisti.
  • İbrahim ağa Vəkilov (1853–1934) — General-mayor, ilk azərbaycanlı hərbi topoqraf.
  • İbrahim ağa Usubov (1872–1920) — Genaral-mayor, diviziya komandiri.
  • Məmmədrza ağa Vəkilov (1884–1944) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri.
  • Mustafa bəy Vəkilov (1896–1965) — ADR Parlamentinin üzvü, Daxili İşlər Naziri.
  • Mustafa ağa Vəkilov (1899–1943) — Azərbaycanın ilk hüquq professoru.
  • Səməd bəy Vəkilov (1871–1943) — Azərbaycanın ilk ali təhsilli dəmiryolçu mühəndisi.
  • Qalib bəy Vəkilov (1888–1937) — Artilleriya generalı.
  • Mehdixan Vəkilov (1902–1975) — Görkəmli ictimai-siyasi xadim, tarixçi alim.
  • Mirzə Nəbi Qayıbzadə (1810–1869) — Şair.
  • Abbas ağa Nazir (Qayıbzadə) (1849–1919) — 19–20-ci əsr şairi, tərcüməçi və maarif xadimi.
  • Fəxri Vəkilov (1916–1987) — Görkəmli səhiyyə təşkilatçısı, Azərbaycanın Səhiyyə Naziri
  • Osman ağa Gülməmmədov (1892–1950) — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Birinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığa görə ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" xaçı, ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" medalları ilə, Bakı döyüşündə göstərdiyi qəhrəmanlığa görə "Məcidiyyə" ordeni ilə, Türkiyə İstiqlaliyyət Müharibəsində göstərdiyi qəhrəmanlığa görə isə "İstiqlal" medalı ilə təltif edilib.
  • Gəray bəy Vəkilov (1884–1952) — 1918-ci ildə yeni yaranan süvari rotalarının təşkilatçılarından olub.
  • Mirzə Xudadat bəy Vəkilov — Rusiya çar ordusunun polkovniki.
  • Məmməd Qazax (1899–1970) — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.
  • Elvin Namazov (1990–2016) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.
  • Rəhim bəy Vəkilov (1898–1934) — ADR Parlamentinin üzvü, görkəmli siyasi xadim.
  • Məmməd ağa Vəkilov (1862–1941) — ADR Parlamenti dəftərxanasının rəisi, Qori seminariyasının məzunu, türkoloq.
  • Faris bəy Vəkilov (1886–1978) — ADR-in Gürcüstanda diplomatik nümayəndəsi.
  • Firuzə Vəkilova (1878–1927) — Azərbaycan pedaqoqu, maarifçisi.
  • Badisəba Köçərli (1881–1954) — Azərbaycanlı xeyriyyəçi, pedaqoq, maarifçi.
  • Mədinə Qiyasbəyli (1889–1938) — Azərbaycan maarif xadimi, pedaqoq, məktəbdar, jurnalist, tərcüməçi.
  • Fatma Vəkilova (1912–1987) — Geologiya-mineralogiya elmləri doktoru, professor.
  • Yusif Səmədoğlu (1935–1998) — Azərbaycanın xalq yazıçısı.
  • Vaqif Səmədoğlu (1939–2015) — Azərbaycanın xalq şairi.
  • Fuad Şıxıyev (1913–1977) — Texnika elmləri doktoru, professor.
  • Mənsur Vəkilov (1939–2009) — Şair, tərcüməçi, ssenarist, jurnalist.
  • Cavanşir Vəkilov (1951–2013) — İctimai-siyasi xadim diplomat, pedaqoq, yazıçı, tarixçi.
  • Şöhrət Vəkilov (1957) — Azərbaycanlı maliyyəçi, dövlət xadimi.
  • Aybəniz Vəkilova (1937–2009) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.
  • Lətifə Əliyeva (1944) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın xalq artisti.
  • Yusif Alıyev (1979) — Azərbaycan alimi, Azərbaycan Dövlət Pedaqoji Universitetininin Quba filialının direktoru.
  • Namiq Əhmədov (mayor) — Tovuz döyüşləri şəhidi.

Həmçinin bax

  • Qazax rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuxarı Salahlı haqqında məlumat. Yuxarı Salahlı nədir? Yuxarı Salahlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sarı

  • Fevral 27, 2026

    Hidrogen peroksid

  • Fevral 27, 2026

    Bismut

  • Fevral 24, 2026

    İstehsal vasitələri

  • Fevral 28, 2026

    Cıdır düzü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst