Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanun

Yay vaxtı

  • Ana Səhifə
  • Vikipediya
  • Yay vaxtı

Yay vaxtı və ya qış vaxtı.

Hər nə qədər dünyadakı çoxu ölkədə var olmasa da, yay vaxtı tətbiqi yüksək paralellərdə sıx rast gəlinən bir tətbiqdir.  Yay vaxtı istifadə edilir  Yay vaxtı artıq istifadə edilmir  Yay vaxtı heç istifadə edilməmişdir

Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir.

Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Azərbaycanda Yay vaxtına keçid 1997-ci ildən 2016-cı ilədək Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına görə həyata keçirilib. Həmin Qərara görə:

  1. 1997-ci ildən başlayaraq hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə Azərbaycan Respublikası ərazisində yay vaxtına keçilir.
  2. Hər il oktyabr ayının son bazar günü saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə ləğv olunur. Bununla da Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir.

Qazaxıstan, Türkiyə, Cənubi Koreya, İran, Gürcüstan, Virciniya adaları, Braziliya, Yaponiya, Sinqapur, Rusiya, Belarus, Ukrayna və s. ölkələr də saatlarının əqrəbini geri çəkməkdən imtina edib.

Bir sıra ölkələrdə yay və qış vaxtlarına keçidin ləğvi barədə təkliflər səslənir. Məsələn, 2008-ci ilin mayında Rusiya Dövlət Dumasına vaxt dəyişikliyindən imtina ilə bağlı qanun layihəsi təqdim olunub. Belə bir qanun layihəsinin yaranmasına, yay və qış vaxtlarına keçidin vətəndaşların səhhətinə mənfi təsiri barədə məlumatlar səbəb olub. Hesablamalara görə, saatların əqrəblərinin bir saat irəli çəkilməsindən sonra keçən ilk iki həftə ərzində təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı 12%, bədbəxt hadisələr 29%, miokard infarktından ölüm halları 75%, intiharlar isə 66% artır. Əlavə arqument kimi 1980–1999-cu illər ərzində Rusiyada ölüm hallarının sayı barədə statistika da göstərilir. Bildirilir ki, bu statistikada yay və qış vaxtlarına keçid dövrünün payı 8–10% təşkil edir. İddia edilir ki, saat dəyişikliyi nəticəsində hər il Rusiyada 60–70 min insan ölür.

Həkimlər isə saatların ildə iki dəfə çəkilməsinin insan orqanizminə neqativ təsir göstərdiyini deyir. Lakin bu təsir bir o qədər də böyük deyil. İstirahət günündən başlayaraq insanlar öz gündəlik rejiminlərini korrektə etsə və saatların çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat tez yatsa, bu təsiri minimuma endirə bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yay vaxtı haqqında məlumat. Yay vaxtı nədir? Yay vaxtı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Adobe Flash

  • Fevral 23, 2026

    Svuynoy adası

  • Fevral 17, 2026

    Sürix

  • Fevral 24, 2026

    Yakutsk

  • Fevral 23, 2026

    22 fevral

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst