Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fuad Məsim oğlu Şıxıyev - texnika elmləri doktoru, professor, Odessa Milli Dənizçilik Universitetinin hidrotexnika fakültəsinin yaradıcılarından biri. Qazax ray

Fuad Şıxıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Fuad Şıxıyev

Fuad Məsim oğlu Şıxıyev - texnika elmləri doktoru, professor, Odessa Milli Dənizçilik Universitetinin hidrotexnika fakültəsinin yaradıcılarından biri. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub.

Fuad Şıxıyev
Fuad Məsim oğlu Şıxıyev
Doğum tarixi 1913
Doğum yeri Ağdaş, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1977 (63–64 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Məsim Şıxıyev
Elmi dərəcələri Ali, texnika elmləri doktoru
Elmi adı Professor
Təhsili Leninqrad Su Nəqliyyatı İnstitutu

Həyatı

Fuad Şıxıyev 1913-cü ildə Ağdaş şəhərində dünyaya gəlmişdir. Əslən Qazax rayonunun Salahlı kəndindəndir. Atası Məsim Şeyxzadə 1901-ci ildə Qori seminariyasını bitirmiş, sonra Peterburq Tibb İnstitutunda təhsilini davam etdirmişdir. İnstitutu qurtardıqdan sonra Azərbaycanda malyariya xəstəliyinə qarşı mübarizədə iştirak etmiş, 55 il insanların sağlamlığı keşiyində durmuşdur.

F. Şıxıyev 1920-ci ildə birinci sinfə qədəm qoymuş, orta məktəbi bitirdikdən sonra Leninqrad Su Nəqliyyatı İnstitutuna qəbul olmuşdur.

F. Şıxıyev texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün 1952-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə etmişdir. Texnika probleminə həsr olunan doktorluq dissertasiyasının yazıb qurtarır və onu 1963-cü ildə Leninqradda müvəffəqiyyətlə müdafiə edir.

F Şıxıyev 1977-ci ildə vəfat etmişdir. F. Şıxıyev Məqsud Şeyxzadənin qardaşıdır.

Fəaliyyəti

F. Şıxıyev Leninqrad Su Nəqliyyatı İnstitutunda təhsilini başa vurduqdan sonra SSRİ-nin müxtəlif şəhərlərində çalışmışdır.O, Leninqrad limanına baş mühəndis təyin edilmiş, Bakıda, Mahacqalada, Odessada işləmişdir. Böyük Vətən müharibəsi dövründə Taqanroqda dəniz donanması tikintisi idarələrinin birində baş mühəndis olmuşdur.

Texnika elmləri doktoru alimlik dərəcəsini aldıqdan sonra F. Şıxıyev yenidən Odessaya, instituta qayıdır. Orada prorektor vəzifəsində çalışır. Elə həmin il o, Odessa institutunda su yolları və dəniz limanları kafedrasının müdiri vəzifəsinə seçilir.

Texnika elmləri doktoru, professor F. Şıxıyevin rəhbərliyi altında 7 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. O, Ali Attestasiya Komissiyasının üzvü olmuşdur. Onun 7 monoqrafiyası, 102 elmi əsəri çapdan çıxmışdır.

"Dəniz limanları və liman qurğuları" adlı kitabın müəllifidir. Həmçinin Çexoslavakiyada, Almaniyada, ABŞ-də, Belçikada, İngiltərədə və başqa xarici ölkələrdə əsərləri çap olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fuad Şıxıyev haqqında məlumat. Fuad Şıxıyev nədir? Fuad Şıxıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məcidiyyə ordeni

  • Fevral 25, 2026

    Mədhiyyə

  • Fevral 27, 2026

    İttifaq dövlətləri

  • Fevral 23, 2026

    İyul

  • Fevral 27, 2026

    Cela

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst