Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Firuzə Abbasqulu qızı Vəkilova (1878, Salyan, Cavad qəzası – 1927, Bakı) — Azərbaycan pedaqoqu və maarifçisi.

Firuzə Vəkilova

  • Ana Səhifə
  • Vikipediya
  • Firuzə Vəkilova

Firuzə Abbasqulu qızı Vəkilova (1878, Salyan, Cavad qəzası – 1927, Bakı) — Azərbaycan pedaqoqu və maarifçisi.

Firuzə Vəkilova
Doğum tarixi 1878(1878)
Doğum yeri
  • Salyan, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1927(1927) (48–49 yaşında)
Vəfat yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Həyat yoldaşı
  • Məcid Behbudov
Uşaqları
  • Rəşid Behbudov,
  • Ənvər Behbudov,
  • Nəcibə Behbudova
Atası Abbasqulu bəy Vəkilov[d]

Həyatı

Əslən Qazax rayonunun Salahlı kəndindəndir. Məşhur Vəkilovlar nəslindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun (1844-1927) qızıdır.

O, gələcək həyat yoldaşı Məcid Behbudov tərəfindən qaçırılıb. Belə ki, gənc xanəndə olan Məcid sosial mənşəyi aşağı olduğuna görə evlənmək üçün razılıq almağa ümid etmirdi. Cütlük Tiflis də məskunlaşıb və Firuzə ömrünün sonuna kimi orada yaşayıb.

Firuzə Vəkilova zadəgan ailəyə məxsus olduğundan, dövrünə görə yaxşı təhsil almışdır. O, Tiflis şəhərində yerləşən Müqəddəs Nina qadın gimnaziyasını bitirib. Firuzə Vəkilova rus və fransız dillərini mükəmməl bilirdi. Müəllim işləyirdi. O, şəhərdə qadın müsəlman cəmiyyəti təşkil etmiş, orada gənc qızlara ədəb-ərkan, rus və fransız dillərini öyrədirdi. Firuzə Vəkilova dram dərnəyində tamaşalar səhnələşdirib.

Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının əsasını Firuzə ilə Məcidin məhəbbət hekayəsi təşkil etmişdir.

Ailəsi

Firuzə Vəkilova xanəndə Məcid Behbudovun həyat yoldaşı olub. Onların üç övladı var idi. Ailənin hər üç övladı incəsənət aləmində şöhrət qazanıblar.

  • Böyük oğlu — Ənvər Behbudov (1912, Şuşa - 1993, Moskva) - Azərbaycan, sovet teatrı rejissoru, RSFSR xalq artisti 1965).
  • Qızı — Nəcibə Behbudova (6 yanvar 1914, Tiflis – 7 dekabr 1999, Bakı) — azərbaycanlı tanınmış teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1974).
  • Kiçik oğlu — Rəşid Behbudov (1 (14) dekabr 1915, Tiflis – 9 iyun 1989, Moskva) — Azərbaycan müğənnisi, SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR xalq artisti və Dağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Firuzə Vəkilova haqqında məlumat. Firuzə Vəkilova nədir? Firuzə Vəkilova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Lak dili

  • Fevral 27, 2026

    Həzrə (Qusar)

  • Fevral 27, 2026

    Puta

  • Fevral 27, 2026

    George Bentham

  • Fevral 28, 2026

    .bm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst