Qəsəbə — əhalisinin əksəriyyəti iqtisadi, sənaye, sosial, kommunal təsərrüfatı, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və s. sahələrdə işləyən ərazi vahididir.

Qəsəbə — inkişafına görə kənddən yüksək, şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi statusudur. Azərbaycanda rayon və şəhər tabeliyində olan çox sayda qəsəbə vardır. Qəsəbələr böyüyüb inkişaf etdikcə şəhər tipli qəsəbə halına gələ bilər və daha sonra şəhər statusunu qazana bilər.
Qəsəbənin kəndlərdən fərqi
Qəsəbələrin kəndlərdən ən əsas fərqi əhalisi və onun məşğuliyyətidir. Azərbaycanda çox qəsəbələrdə xəstəxana, kitabxana, uşaq bağçası və s. vardır.
Həmçinin bax
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi,, Kollegiyasının 16.02.2024-cü il tarixli 2/2 nömrəli Qərarı. "Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024" (PDF). www.stat.gov.az. 16.02.2024. 2024-06-23 tarixində (PDF). İstifadə tarixi: 2025-05-30.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəsəbə haqqında məlumat. Qəsəbə nədir? Qəsəbə nə deməkdir?