Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşağı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Salahlı kənd inzibati ərazi dairəsində kənd.

Aşağı Salahlı

  • Ana Səhifə
  • Vikipediya
  • Aşağı Salahlı

Aşağı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Salahlı kənd inzibati ərazi dairəsində kənd.

Kənd
Aşağı Salahlı
41°12′36″ şm. e. 45°20′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qazax rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 288 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 1705 nəfər
Milli tərkibi azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Aşağı Salahlı xəritədə
Aşağı Salahlı
Aşağı Salahlı

Mündəricat

Tarixi

  • Kənd 1999-cu ildə yaradılmışdır. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı.

Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar:

  • Salahlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd.
  • Salahlı (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd.
  • Salahlı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
  • Salahlı Kəngərli — Azərbaycanın Ağdam rayonunda kənd.
  • Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı XIX əsrin sonlarından ara-sıra rast gəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
  • Kənd Kür çayınin sag sahilindən təxminən 6–7 km uzaqlıqda yerləşir. Kəndin ərazisində 100 yaşdan artiq qədim qəbiristanlıq vardır. Həmin qəbiristanlıq hazırda yeni qəbiristanlıq ilə birləşmişdir.
  • Kənd ərazisində eyni zamanda digər bir qədim qəbiristanlıq- Qazaxlı qəbiristanlığı vardır. Qeyd etmək lazimdı kı, Qazaxlı adlı yaşayiş məskəni bu kəndin içərisində bir məhəllə olaraq yerləşmişdir. Sonradan bu məhəllə Aşağı Salahlı kəndinin içərisin qarışmışdır.
  • Əli Ağa Şıxlinski, Fərrux Ağa Qayıbov, Hüseyn Əfəndi Qayıbov və s. kimi tarixi şəxsiyyətlər məhz bu Qazaxli məhələsində dünyaya gəmişlər. Məşhur Qayıbovlar nəslinın kökü Aşagı Salahlı kəndinə (Qazaxli məhəlləsi) aiddir.
  • Qəbirstaligin yaxınlığənda kükürd tərkibli müalicəvi isti su çıxır. Hal-hazirda bu su ilə fəaliyyət göstərən hamam tipli obyekt fəaliyyət göstərir.
  • Kənd Birinci Qarabağ müharibəsində 7 şəhid vermişdir. Kəndə 11 illik 1 orta ümüumtəhsil məktəbi vardır və bu məktəb kəndin 1-ci şəhidi olan Nizami Hüseynovun adını daşımaqdadır.

Toponimikası

Aşağı Salahlı oyk., mür. Kür çayından bir qədər aralı, Gəncə-Qazax düzənliyindədir. Oykonim "aşağıda yerləşən Salahlı kəndi" deməkdir. Öykonimin ikinci komponenti qazaxların salahlı tayfasının adı ilə bağlıdır.

Əhalisi

  • 2009-cu ilin əhalinin sıyahıyaalınmasına əsasən kəndə 1705 nəfər əhali yaşayır. Onlardan 879 nərəf kişilər, 826 nəfər isə qadınlar təşkil edir.

Coğrafiyası və iqlimi

  • Əhali kənd təsərüfatının heyvandarlıq (maldarlıq və qoyunçuluq) və əkinçilik (taxil, bostançəlıq) növləri ilə məşğuldur. Sovetlər dövründən əsasən üzumçlüklə məşğul olan kənd əhalisi sonradan bu sahalərin məhv edilməsi nəticəsində fərqli təsərrüfat sahlərinə üstnlük vürdilər. Hal-hazırda Üzümçülük zəif inkişaf etmişdir, amma bu sahənin prespektivi böyük olmaqdadır.
  • Kənd Kür çayının sağ sahilində, 6 km uzaqliqda yerıəşir. Kəndin kənd təsərrüfatina daxil olan əkin torpaqlarinin bir hissəsi və maldarliq sahələri Kür qırağı ərazilərdə yerləşir.

Görkəmli şəxsləri

  • Mirzə Məhəmməd Fədai — XVIII əsrin sonlarında və XIX əsrin əvvəllərində fəaliyyət göstərmiş şair.
  • Mirzə Hüseyn Qayıbzadə (1830–1917) — Qafqaz müftisi, maarif xadimi, ədəbiyyatşünas.
  • Əliağa Şıxlinski (1863–1943) —Görkəmli hərbi xadim, general-leytenant.
  • Nigar Şıxlinskaya (1871–1931) — İlk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın.
  • Fərrux ağa Qayıbov (1891–1916) — İlk azərbaycanlı hərbi təyyarəçi.
  • Xədicə Qayıbova (1893–1938) — İlk azərbaycanlı pianoçu qadın.
  • Rəşid Qayıbov (1898–1938) — Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru.
  • Cavad bəy Şıxlinski (1874–1959) — Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun general-mayoru.
  • Rüstəm Şıxlinski (1878–1920) — Azərbaycan Xalq Cümhuriyyətinin Ordusunun polkovniki.
  • Fərman Salmanov (ata yurdu) (1931–2007) — Görkəmli neftçi.
  • İsmət Qayıbov (ata yurdu) (1942–1991) — Azərbaycanın ilk baş prokuroru.
  • Mais Salmanov (ata yurdu)(1933–2008) — Xanəndə, Azərbaycan əməkdar artisti.
  • Şaqibə Əhmədova (ata yurdu) (1925–2015) — Azərbaycan parazitoloqu və baytarı. Şərqdə və Türk dünyasında baytarlıq sahəsi üzrə ilk qadın elmlər doktoru və professordur.
  • Natiq Mehdiyev.

Həmçinin bax

  • Qazax rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşağı Salahlı haqqında məlumat. Aşağı Salahlı nədir? Aşağı Salahlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Epitet

  • Fevral 25, 2026

    Atatürk islahatları

  • Fevral 27, 2026

    Canəli Əkbərov

  • Fevral 24, 2026

    Baba Salahov

  • Fevral 27, 2026

    Kunaşir

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst