Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov (5 fevral 1939, Bakı – 10 mart 2022, Moskva) — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejisso

Rüstəm İbrahimbəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Rüstəm İbrahimbəyov

Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov (5 fevral 1939, Bakı – 10 mart 2022, Moskva) — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (1998). Rüstəm İbrahimbəyov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır. Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun qardaşıdır. Demokratik Qüvvələrin Milli Şurasının əvvəlcə sədri, ardınca da fəxri sədri (2013); Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi.

Rüstəm İbrahimbəyov
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri
1981 – 10 mart 2022
ƏvvəlkiHəsən Seyidbəyli
SonrakıRasim Balayev
Demokratik Qüvvələrin Milli Şurasının sədri
7 iyun 2013 – 3 dekabr 2013
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıCəmil Həsənli
Şəxsi məlumatlar
Doğum tarixi 5 fevral 1939(1939-02-05)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 10 mart 2022(2022-03-10) (83 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti,
  • Ali rejissor və ssenarist kursu[d]
Fəaliyyəti yazıçı, ssenarist, kinorejissor, film prodüseri, dramaturq, kinooperator, nasir, siyasətçi, teatr direktoru[d], hekayə yazıçısı[d]
Atası Məmməd İbrahim İbrahimbəyov
Anası Fatimə Məşədibəyova
Həyat yoldaşı Şöhrət Salman qızı İbrahimbəyova

Təltifləri "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 19981998 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1976 SSRİ Dövlət mükafatı — 19811981 Azərbaycan SSR Dövlət mükafatı — 19801980 Ümumittifaq Lenin komsomolu mükafatı — 1980
Rusiya Federasiyasının Dövlət mükafatı — 1993 Rusiya Federasiyasının Dövlət mükafatı — 1995 Rusiya Federasiyasının Dövlət mükafatı — 1997 Rusiya Federasiyasının Dövlət mükafatı — 1993 Rusiya Federasiyasının əməkdar incəsənət xadimi — 1995
"Şöhrət" ordeni — 19991999 III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) "İncəsənət və ədəbiyyat" ordeni komandoru (Fransa) — 2000
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir.

1989-cu ildə əsası qoyulan "İbrus" (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyniadlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub.

7 iyun 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilmişdir. 2 iyul 2013-cü il tarixindən Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilmişdir, lakin 27 avqust 2013-cü ildə keçirilmiş MSK iclasında ikili vətəndaşlığı əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilmişdir. 3 dekabr 2013-cü ildə Cəmil Həsənli MŞ-nin sədri, Rüstəm İbrahimbəyov isə fəxri sədri seçilib.

Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat etmişdir. 13 mart 2022-ci ildə sənətkar ilə Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilmiş və 16 martda nəşi Bakıya gətirilmişdir. Sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Şəxsi həyatı

İlk həyat yoldaşı Şöhrət İbrahimbəyovadan 1972-ci ildə rejissor Fuad İbrahimbəyov dünyaya gəlmişdir.

İkinci həyat yoldaşı xalq artisiti Lyudmila Duxovnayadan 1974-cü ildə rejissor Fatimə İbrahimbəyova dünyaya gəlmişdir.

Oğlu - Fərhad İbrahimbəyov (2005-ci il təvəllüdlü), anası - Əfəndiyeva Lalə Kamil qızı, Dünya Kinosunun 100 illiyi Fondunun Azərbaycanda direktoru.

Nailiyyətləri

  • "Urqa – məhəbbət dairəsi" (1991) — ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-də "Cənnətə bağlı" (Close to Eden) adıyla tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika film"də Oskar mükafatına namizədliyi irəli sürülüb.
  • Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.
  • Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.
  • 1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Régis Wargnier olan "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.
  • Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.
  • 10 aprel 2025-ci ildə Bakıda Rüstəm İbrahimbəyov adına yaradıcılıq mərkəzi olan “IBRUS HALL”un açılışı oldu.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976
  • Lenin komsomolu mükafatı — 1979
  • Azərbaycan SSR dövlət mükafatı — 1980
  • SSRİ dövlət mükafatı — 1981
  • Rusiya Federasiyasının dövlət mükafatı — 1993, 1995, 1997, 1999
  • "Rusiya Federasiyasının əməkdar incəsənət xadimi" fəxri adı — 28 dekabr 1995
  • "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 23 may 1998
  • "Şöhrət" ordeni — 4 fevral 1999 —.
  • III dərəcəli "Vətənə xidmətə görə" ordeni (Rusiya Federasiyası) — 9 fevral 1999
  • Ədəbiyyat və İncəsənət ordeni komandoru (Fransa) — 2000
  • Müstəqil Dövlətlər Birliyinin fəxri fərmanı — 1 iyun 2001
  • "Teatr Xadimi" qızıl medalı — 2006
  • Moskva Dövlət Dumasının fəxri fərmanı — 2009
  • "Qızıl Portağal" mükafatı (Türkiyə) — 2011

Qeydlər

  • Rüstəm İbrahimbəyov həm də 10-dan artıq teatr tamaşasının müəllifidir.

Filmoqrafiya

  1. Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968) (ssenari müəllifi)
  2. Bir cənub şəhərində (film, 1969) (ssenari müəllifi)
  3. Səhranın ağ günəşi (ssenari müəllifi)
  4. Çekist haqqında povest (film, 1969) (ssenari müəllifi)
  5. Müharibənin sonunda sakit gün (film, 1970) (ssenari müəllifi)
  6. Arzu (film, 1972) (ssenari müəllifi)
  7. Təki dam olsun... (film, 1972) (rejissor, ssenari müəllifi)
  8. O vaxt mən yox dedim (film, 1973) (ssenari müəllifi)
  9. Nəğmə dərsi (film, 1974) (ssenari müəllifi)
  10. Ürək... Ürək... (film, 1976) (ssenari müəllifi)
  11. Süita (film, 1976) (rejissor, ssenari müəllifi)
  12. Ad günü (film, 1977) (ssenari müəllifi)
  13. Risqin strategiyası (film, 1978) (ssenari müəllifi)
  14. Bir ailəlik bağ evi (film, 1978) (ssenari müəllifi)
  15. Kontor (film, 1978) (ssenari müəllifi)
  16. Qara Qarayev-60 (film, 1978) (ssenari müəllifi)
  17. Məhəbbətlə yarıbayarı (film, 1979) (ssenari müəllifi)
  18. İstintaq (film, 1979) (ssenari müəllifi)
  19. Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-ssenari müəllifi
  20. Neft çağırır (film, 1980) (ssenari müəllifi)
  21. Bağlı qapı (film, 1981) (ssenari müəllifi)
  22. Son söz (film, 1981) (ssenari müəllifi)
  23. Başlanğıc (film, 1982) (ssenari müəllifi)
  24. İstirahət gecəsi (film, 1982) (ssenari müəllifi)
  25. İşgüzar səfər (film, 1982) (ssenari müəllifi)
  26. Yeddi gözəl (film, 1982) (ssenari müəllifi)
  27. Gəmi saatının sirri (film, 1983) (ssenari müəllifi)
  28. İlişdim (film, 1983) (ssenari müəllifi)
  29. Nə haqla? (film, 1983) (ssenari müəllifi)
  30. Park (film, 1983) (ssenari müəllifi)
  31. Bir axşam... (film, 1985) (ssenari müəllifi)
  32. Səfillər (film, 1985) (ssenari müəllifi)
  33. Talismanım, qoru məni (film, 1986) (ssenari müəllifi)
  34. Vurulmayan şillə (film, 1987) (ssenari müəllifi)
  35. Sərbəst enmə (film, 1987) (ssenari müəllifi)
  36. Özgə ömür (film, 1987) (ssenari müəllifi)
  37. Filyör (film, 1987) (ssenari müəllifi)
  38. Rüstəm İbrahimbəyov (film, 1988) (filmdə iştirak edən)
  39. Ölsəm... bağışla (film, 1989) (ssenari müəllifi)
  40. Yanar qəlbin ritmləri (film, 1989) (ssenari müəllifi)
  41. Qətldən yeddi gün sonra (film, 1991) (ssenari müəllifi)
  42. Urqa – məhəbbət dairəsi (film, 1991) (ssenari müəllifi)
  43. Həm ziyarət, həm ticarət... (film, 1995) (ssenari müəllifi)
  44. Günəşdən usanmışlar (film, 1994) (ssenari müəllifi)
  45. Azərbaycan kinosu-80 (film, 1996) (filmdə iştirak edən)
  46. Dağıdılmış körpülər (film, 1996) (ssenari müəllifi, rejissor)
  47. Çalışan adam (film, 1996) (rejissor, ssenari müəllifi, prodüser)
  48. Xalqlar Dostluğu muzeyi (film, 1997) (rejissor, ssenari müəllifi)
  49. Ailə (film) (rejissor, ssenari müəllifi, prodüser)
  50. Sibir bərbəri (film, 1998) (ssenari müəllifi)
  51. Şərq-Qərb (film, 1999) (ssenari müəllifi)
  52. Balalayka (film,2000) (Işıl Özgəntürklə birgə ssenari müəllifi)
  53. Etimad telefonu (film, 2001) (rejissor, ssenari müəllifi)
  54. Kinorejissor Həsən Seyidbəyli (film, 2002) (filmdə iştirak edən)
  55. Ovsunçu (film, 2002) (ssenari müəllifi)
  56. Köçərilər (film, 2004) (prodüser)
  57. Əbədiyyət elçisi (film, 2005) (arxiv kadrlar)
  58. Əli və Nino (film, 2005) (ssenari müəllifi)
  59. Əlvida, cənub şəhəri (film, 2006) (ssenari müəllifi, prodüser)
  60. Üç qız (film, 2005) (prodüser)
  61. Cənnət quşları (film, 2008) (ssenari müəllifi)
  62. Kabusun gözüylə (film, 2010) (ssenari müəllifi, rejissor, prodüser)
  63. Çılğın, qəzəbli, çox qəzəbli (film, 2011) (ssenari müəllifi)
  64. Qafqaz üçlüyü (film, 2015) (prodüser, ssenari müəllifi)

Həmçinin bax

  • Rüstəm İbrahimbəyov (film, 1988)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rüstəm İbrahimbəyov haqqında məlumat. Rüstəm İbrahimbəyov nədir? Rüstəm İbrahimbəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kosa dili

  • Fevral 26, 2026

    Limerik

  • Fevral 27, 2026

    Uinçester (İngiltərə)

  • Fevral 27, 2026

    Seyid Rəzi

  • Fevral 27, 2026

    Lütfəli Nuriyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst