Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maqsud İbrahimbəyov (11 may 1935, Bakı – 22 mart 2016, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq,rejissor, Azərbaycan Respublikasının xalq yazıçısı (199

Maqsud İbrahimbəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Maqsud İbrahimbəyov

Maqsud İbrahimbəyov (11 may 1935, Bakı – 22 mart 2016, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq,rejissor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Sülh Komitəsinin sədri,Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili (1995, 2000, 2005), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, ABŞ-nin Luiziana ştatının Fəxri Senatoru, ABŞ-nin Minneapolis şəhərinin Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN klubunun prezidenti. "Şöhrət" (1995) və "İstiqlal" (2005), "Şərəf" (2015) ordenləri laureatı. Azərbaycan Respublikasının xalq yazıçısı Rüstəm İbrahimbəyovun böyük qardaşıdır.

Maqsud İbrahimbəyov
Maqsud Məmməd İbrahim oğlu İbrahimbəyov
Doğum tarixi 11 may 1935
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 mart 2016 (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Anna İbrahimbəyova
Atası Məmməd İbrahim İbrahimbəyov
Təhsili Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsi (1955-1960)
Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973)
Fəaliyyəti yazıçı, dramaturq, siyasətçi, kinorejissor, ssenarist, film ssenaristi[d]
Fəaliyyət illəri 1960-2016
Əsərlərinin dili Azərbaycan dili, rus dili
Janr nəsr
İlk əsəri "Mezozoy əhvalatı"
Mükafatları
  • "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 19981998 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 19761976
  • "İstiqlal" ordeni — 20052005 "Şərəf" ordeni — 20152015 "Şöhrət" ordeni — 19951995
  • "Dostluq" ordeni (Rusiya) — 2005 "Qırmızı əmək bayrağı" ordeni — 19841984
maksudibragimbekov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Onun ilk kitabı 1961-ci ildə işıq üzü görüb. Yazıçının kitabları dünyanın bir çox ölkəsində dərc edilib. 36 xarici dilə tərcümə olunub. SSRİ-nin və Azərbaycanın Dərgilərində çap olunub. Maqsud İbrahimbəyovun ən məşhur romanları arasında "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək" , "Ondan yaxşı qardaş yox idi", " Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və digərlərinin adını çəkmək olar. Onun bir çox əsərləri həm Azərbaycanda, həm də ölkənin hüdularından kənarda müxtəlif kinostudyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub.

Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960–1962), Moskva Ali Ssenaristlər Kursunda müdavim (1962–1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964–1971), Moskva Ali Rejissorluq Kurslarında müdavim (1971–1973) olmuşdur.

Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində gecə saatlarında vəfat etmişdir və 23 mart 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilərək I Fəxri Xiyabanda dəfn edilmişdir.

  • Azərbaycan Respublikasının Xalq Yazıçısı Rüstəm İbrahimbəyovun qardaşıdır.
  • Azərbaycanlı coğrafiyaşünas, coğrafiya elmləri doktoru, Respublika Coğrafiya Cəmiyyətinin üzvü Məmmədibrahim İbrahimbəyovun oğludur. Həyat yoldaşı isə Anna İbrahimbəyova (d. 1947), oğlu Murad İbrahimbəyov (1965), kinorejissordur.

Yaradıcılığı

Bədii yaradıcılığa 1960-cı illərdən başlamışdır. Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. "Mezozoy əhvalatı", "Bayquş gəlmişdi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün — ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilmişdir.

"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlar üçün — ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilmişdir.

Azərbaycan Penklubunun (beynəlxalq yazıçılar təşkilatının) sədridir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (Beynəlxalq əlaqələr üzrə katib) seçilmişdir (1991). Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür. Kuba (1967) və İspaniyaya (1980) sovet nümayəndə heyətinin tərkibində rəsmi səfərdə, Monqolustan (1978) və Almaniya Demokratik Respublikasında (1980) yaradıcılıq ezamiyyətində olmuşdur. Amerikanın Luiziana ştatının fəxri senatoru və Minneapolis şəhərinin fəxri vətəndaşı seçilmişdir.

Xatirəsi

● Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2018-ci il tarixli sərəncamı ilə Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzi yaradılmışdır.

● 2023-cü ildə kinoredaktor Nadejda İsmayılovanın yazıçıya həsr olunmuş "Maqsud əbədidir" kitabı işıq üzü görmüşdür.

● 13 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

Mükafatları

  • Azərbaycan SSR Dövlət mükafatı — 27 aprel 1976 ("Bayquş gəldi" və "Yaxşılığa yamanlıq" povestləri üçün)
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 iyul 1979
  • "Qırmızı əmək bayrağı" ordeni — 1984
  • "Şöhrət" ordeni — 13 may 1995
  • "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 23 may 1998
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 2 oktyabr 2002
  • "İstiqlal" ordeni — 10 may 2005
  • "Dostluq" ordeni (Rusiya) — 1 iyul 2005
  • Roma Papası ordeni
  • "Şöhrət və şərəf" ordeni (Rus Pravoslav Kilsəsi) — 2010
  • "Şərəf" ordeni — 7 may 2015

Əsərləri

  1. Катастрофа. Баку: Азернешр, 1963, 72 стр.
  2. Фисташковое дерево. Баку: Азернешр, 1965, 114 стр.
  3. Последняя ночь детства. М.: Детская литература, 1968, 112 стр.
  4. Где та дорога. Баку: Гянджлик, 1969, 80 стр.
  5. Немного весенного праздника. М.: Советский писатель, 1973, 208 стр.
  6. Незнакомая песня. М.: Молодая гвардия, 1974, 271 стр.
  7. Две повести. Баку: Гянджлик, 1975, 157 стр.
  8. Мезозойская история. М.: Искусство, 1976, 68 стр.
  9. За всё хорошее — смерть. Баку: Гянджлик, 1978, 158 стр.
  10. В один прекрасный день. М.: Советский писатель, 1980, 526 стр.
  11. Пусть он останется с нами. Новосибирск, Изд. Западный Сибирь, 1982, 192 стр.
  12. История с благополучным концом. Баку: Язычы, 1983, 598 стр.
  13. История с благополучным концом (второе издание). Баку: Язычы, 1984, 598 стр.
  14. Böyük şəhərin nağılları. Bakı: Gənclik, 1985, 284 səh.
  15. Bütün yaxşılıqlara ölüm. Bakı: Azərnəşr, 1993, 376 səh.

Filmoqrafiya

  1. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  2. Aslan və iki öküz (film, 1970)
  3. Ayı və siçan (film, 1970)
  4. Azadlıq adasında (film, 1967)
  5. Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968)
  6. Bakı qalası (film, 1973)
  7. Bakı. Müharibə illəri (film, 1985)
  8. Bayquş gələndə... (film, 1978)
  9. Bir az da Bahar bayramı (film, 1979)
  10. Bir nəfər hamıya görə (film, 1989)
  11. Bizim Cəbiş müəllim (film, 1969)
  12. Böyük ömrün anları (film, 2006)
  13. De ki, məni sevirsən! (film, 1977)
  14. Ən vacib müsahibə (film, 1971)
  15. Gənc qadının kişisi (film, 1988)
  16. Günlərin bir günü... (film, 1976)
  17. Heyif siqnalından (film, 1978)
  18. Məğlubedilməzlər (film, 1983)
  19. Mezozoy əhvalatı (film, 1976)
  20. Orijinal üsul (film, 1983)
  21. Super ağcaqanad (film, 1981)
  22. Sürücünün aqibəti (film, 1973)
  23. Uşaqlığın son gecəsi (film, 1968)
  24. Yarımçıq qalmış mahnı (film, 1979)
  25. Yaxşı qurtardıq (film, 1985)
  26. Yeddi gözəl (film, 1982)

Həmçinin bax

  • Rüstəm İbrahimbəyov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maqsud İbrahimbəyov haqqında məlumat. Maqsud İbrahimbəyov nədir? Maqsud İbrahimbəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Təcnis

  • Fevral 25, 2026

    Politologiya

  • Fevral 27, 2026

    Sitoplazma

  • Fevral 27, 2026

    Nüvə strategiyası

  • Fevral 27, 2026

    Günay Əfəndiyeva

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst