Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsən Mehdi oğlu Seyidbəyli (22 dekabr 1920, Bakı – 25 iyun 1980, Bakı) — Azərbaycan nasiri, kinodramaturq, kinorejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü (

Həsən Seyidbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Həsən Seyidbəyli

Həsən Mehdi oğlu Seyidbəyli (22 dekabr 1920, Bakı – 25 iyun 1980, Bakı) — Azərbaycan nasiri, kinodramaturq, kinorejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1946), Azərbaycan SSR xalq artisti (1976).

Həsən Seyidbəyli
Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin birinci katibi
23 dekabr 1964 – 1981
SonrakıRüstəm İbrahimbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1920(1920-12-22)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi 25 iyun 1980(1980-06-25) (59 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti,
  • Sankt-Peterburq Dövlət Kino və Televiziya Universiteti[d]
Fəaliyyəti kinorejissor, yazıçı, ssenarist
Uşaqları
  • Mehdi Seyidbəyli[d],
  • Məryəm Seyidbəyli

Təltifləri "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19761976 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1960
"Qırmızı əmək bayrağı" ordeni — 19701970 "Şərəf nişanı" ordeni — 19591959
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Həsən Seyidbəylinin yaşadığı ev

Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. Burada 132 saylı şəhər orta məkətbini bitirmişdir. Həsən Mehdi oğlu Seyidbəyli 1938–1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943–1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır. "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963–1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. "Kür sahillərində" (1953), "Bizim Astrada" (1956), "Telefonçu qız" (1960) povestləri, "Cəbhədən-cəbhəyə" (1961), "İllər keçir" (1973, İ. Qasımovla birgə), "Tərsanə" (1975), "Çiçək" (1978) romanları, "Dəniz cəsurları sevir" (1954), "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ. Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ. Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.

Həsən Seyidbəyli 1963–1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin I katibi olmuşdur.

Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülmüşdür.

Film Fondunda rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılmışdır.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 dekabr 1976[⇨]
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960[⇨]
  • "Qırmızı əmək bayrağı" ordeni — 31 dekabr 1970
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959

Filmoqrafiya

Həsən Seyidbəylinin xatirə lövhəsi (Bakı)
  • Bakıdan Göy-gölədək (film, 1947) – rejissor
  • Böyük yol (film, 1949) – rejissor
  • Quba bağlarında və Tərtərçay vadisində (film, 1949) – rejissor, ssenari müəllifi
  • Doğma xalqıma (film, 1954) – ssenari müəllifi
  • Qızmar günəş altında (film, 1957) – ssenari müəllifi
  • Uzaq sahillərdə (film, 1958) – ssenari müəllifi
  • Şosedə hadisə (film, 1960) – ssenari müəllifi
  • Əyri yolla qazanc (film, 1960) – ssenari müəllifi
  • Telefonçu qız (film, 1962) – quruluşçu rejissor, ssenari müəllifi
  • Möcüzələr adası (film, 1963) – quruluşçu rejissor, ssenari müəllifi
  • Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) – rejissor, ssenari müəllifi, "sədr" rolunda
  • Liftçi qız (film, 1966)(film, kinoalmanax) – ssenari müəllifi
  • Sən niyə susursan? (film, 1966) – quruluşçu rejissor, ssenari müəllifi
  • Bizim Cəbiş müəllim (film, 1969) – rejissor
  • O qızı tapın (film, 1970) – quruluşçu rejissor, ssenari müəllifi
  • Sovet Azərbaycanı (film, 1972) – ssenari müəllifi
  • Nəsimi (film, 1973) – quruluşçu rejissor; Filmdə İmaməddin Nəsimi ilə bağlı fikirlər söyləyir.
  • Ömrün səhifələri (film, 1974) – quruluşçu rejissor, ssenari müəllifi, bədii rəhbər
  • Xoşbəxtlik qayğıları (film, 1976) – rejissor, ssenari müəllifi
  • Çətirimiz buludlardır (film, 1976) – bədii rəhbər
  • Kamillik (film, 1979) – ssenari müəllifi
  • Toral və Zəri (film, 1979) – ssenari müəllifi
  • Onun bəlalı sevgisi (film, 1980) – bədii rəhbər
  • Sağ ol, dostum (film, 1980) – ssenari müəllifi
  • Kinorejissor Həsən Seyidbəyli (film, 2002) – Film Həsən Seyidbəyliyə həsr olunmuşdur.
  • Kinonu sevən adam. Həsən Seyidbəyli (film, 2015) – Film Həsən Seyidbəyliyə həsr olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həsən Seyidbəyli haqqında məlumat. Həsən Seyidbəyli nədir? Həsən Seyidbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Venalar

  • Fevral 25, 2026

    Pyer Küri

  • Fevral 25, 2026

    7 mart

  • Fevral 23, 2026

    17 iyun

  • Fevral 23, 2026

    Qətər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst